Microsoft Word Vuqar ders vesaiti 2017


Polis sahə inspektorlarının əsas funksiyaları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   144
386 in.fealxh ders vesaiti

Polis sahə inspektorlarının əsas funksiyaları:
– post-patrul xidməti, dövlət yol polisi, mühafizə və polisin di-
gər struktur qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək
– inzibati sahədə xidmət aparan post-patrul xidməti naryadları-
nın fəaliyyətini yoxlamaq, onlara bilavasitə marşrut və postlarda 
xidmət aparma üsullarını öyrətmək; 
– cinayətlərin qarşısının alınması, açılması və axtarışda olanların 
tutulması sahəsində polisin, eləcə də digər hüquq-mühafizə orqanla-
rının həyata keçirdiyi tədbirlərdə iştirak etmək, prosessual qərarların 
və göstərişlərin icrasını təmin etmək; 
– icra hakimiyyəti, bələdiyyə, vergi, gömrük, baytarlıq, sanita-
riya, elektrik enerjisi, qaz və su təminatı təşkilatları, habelə digər 
dövlət orqanları və müəssisələrinin nümayəndələrinə xidməti və-


57
zifələrinin həyata keçirilməsində lazımi köməklik göstərmək, işti-
rak etdiyi reyd və tədbirlərin nəticəsini rəhbərliyə məruzə etmək
– səlahiyyəti daxilində aidiyyatı orqan və təşkilatlarla birlikdə 
profilaktiki tədbirlər görmək; 
– küçələrin və digər ictimai yerlərin işıqlandırılmasının yaxşı-
laşdırılması ilə bağlı təkliflər vermək; 
– xüsusi icazə sisteminin və pasport qeydiyyat rejiminin təmin 
edilməsi üzrə zəruri tədbirlər həyata keçirmək. 
Polis sahə inspektorları tərəfindən həftədə iki dəfədən az olma-
yaraq, xidmət etdikləri inzibati sahədə, müəyyən edilmiş yerdə və 
vaxtda vətəndaşların qəbulu həyata keçirilir. 
İnzibati sahədə bir neçə yaşayış məntəqəsi yerləşdiyi halda
polis orqanının rəhbərliyi tərəfindən aidiyyati yerli orqanlarla bir-
gə onların hər birində vətəndaşların qəbulunun keçirilməsi üçün 
münasib şərait yaradılması məqsədilə lazımi ölçülər götürülür. 
Vətəndaşların qəbulu polis orqanının rəisi tərəfindən təsdiq 
edilmiş cədvələ əsasən həyata keçirilir. Həmin cədvəldə inzibati 
sahə üzrə vətəndaşların qəbulunun günü və saatı göstərilir. 
Bir xidməti otaqdan iki və daha çox polis sahə inspektoru isti-
fadə etdikdə, onlar tərəfindən vətəndaşların qəbulu vaxtları ayrı-
ayrı günlərdə (saatlarda) təşkil olunur. 
Sahə inspektorlarının xidmət apardıqları sahədə vətəndaşların 
qəbulu cədvəli tərtib olunduqda, sahədə yerləşən idarə və müəssi-
sələrin iş rejimi, əhalinin əsas məşğuliyyəti, ilin mövsümü, rayon 
mərkəzindən uzaqlığı, digər yerli şərait və imkanlar nəzərə alın-
maqla, vətəndaşlar üçün əlverişli vaxtlarda keçirilir. 
Qəbula gələn vətəndaşlar və onların müraciətləri barədə polis 
sahə inspektoru tərəfindən vətəndaşların qəbulu jurnalında qey-
diyyatlar aparılır. 
Həmin jurnal polis orqanlarının dəftərxanasında qeydə alınır, 
tikilir, möhürlənir və polis sahə inspektoruna verilir. Jurnal polis 
sahə inspektorunun xidmət otağında dəmir seyfdə (şkafda) saxla-
nılır, qəbula gəlmiş vətəndaşlardan daxil olmuş müraciətlər jur-
nalda sıra sayı ilə qeydə alınır, qeydlər mürəkkəblə aydın, səliqəli 
və tam yazılmalıdır. 
Polis sahə inspektoru vəzifəsindən azad edildikdə, yaxud digər 


58
xidməti əraziyə dəyişdirildikdə, vətəndaşların qəbulu jurnalı eyni 
yerə təyin olunmuş əməkdaşa aktla təhvil verilir, təhvil-təslim ba-
rədə jurnalda müvafiq qeydlər aparılır. 
Vətəndaşların qəbulu jurnalı qutrardıqda, polis orqanının dəftər-
xanasına təhvil verili rvə müəyyən olunmuş qaydada məhv edilir. 
Vətəndaşların qəbulu zamanı onların təqdim etdikləri yazılı 
ərizələri və ya tərtib olunmuş şifahi ərizə protokolları mütləq su-
rətdə həmin gün rəhbərliyə məruzə edilərək, müvafiq qaydalara 
uyğun polis orqanında qeydiyyatdan keçirilir. 
Yoxlanılması və qərar qəbul edilməsi tələb olunmayan müraci-
ətlər (hüquq məsələləri üzrə məsləhətlər, izahat və ya başqa söh-
bətlərin aparılması və s.) qeydiyyat üçün polis orqanının dəftərxa-
nasına verilmir. 
Qəbula gəlməyən şəxslərin müraciətlərinin, habelə, ayrı-ayrı 
orqan və təşkilatların, məktub, sorğu və digər sənədlərinin vətən-
daşların qəbulu jurnalında qeydiyyata alınması qadağandır. 
Vətəndaşların qəbulu növbəlilik əsasında keçirilir. Azərbaycan 
Respublikası Milli Qəhrəmanları, 1-ci və 2-ci qrupp əlillər növbə-
dənkənar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları 
isə təxirəsalınmadan qəbul edilirlər. 
Sərxoş vəziyyətdə olan şəxslər qəbula buraxılmırlar. Bu şəxs-
lər yalnız hər hansı cinyaətin hazırlanması və ya törədilməsi, ha-
belə, təcili tədbir görülməsini tələb edən digər hadisələr haqqında 
məlumat verdikdə, qəbul oluna bilərlər. 
Vətəndaşların qəbulu zamanı qəbul ilə bilavasitə əlaqəsi olma-
yan şəxslərin xidməti otaqda olması yolverilməzdir. 
Qəbul, vətəndaşa öz soyadını, adını, atasının adını, yaşayış və 
yerini bildirmək, zəruri hallarda, şəxsiyyətini təsdiq edən sə-
nədləri təqdim etmək, müraciət etdiyi məsələnin mahiyyətini gös-
tərmək təklifi ilə başlayır. Əgər vətəndaş bu məsələ ilə bağlı əv-
vəllər hər hansı orqan və təşkilatlara müraciət etmişsə, ilk növbə-
də müvafiq sənədlər öyrənilir. 
Sənədin olmaması vətəndaşı dinləməməyə əsas vermir. Vətən-
daş hər hansı səbəbdən xahişin yazılı surətdə müstəqil olaraq ifa-
edə bilmədikdə, ona lazımi köməklik göstərilə bilər. 
Vətəndaşın müraciətdə irəli sürdüyü məsələnin həlli polis or-


59
qanlarının səlahiyyətlərinə aid olmadıqda, qəbulu həyata keçirən 
polis sahə inspektoru vətəndaşa hara müraciət etmək lazım oldu-
ğunu izah etməlidir. 
Qəbulun vaxtının pozulması yolverilməzdir. Qəbulun keçiril-
məsi mümkün olmadıqda, habelə, polis sahə inspektoru məzuniy-
yətdə və ya ezamiyyətdə olduqda və yaxud digər səbəblərə görə 
işə çıxmadıqda, bu barədə xidməti otağın önündə (qapısında) elan 
vurulur, qonşu ərazidə xidmət aparan polis sahə inspektoru tərə-
findən qəbulun həyata keçirilməsi vaxtı haqda məlumat verilir. 
Vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli əri-
zə, xəbər və digər məlumatların həlli müvafiq qanunvericilik akt-
larına, o cümlədən, Azərbaycan Respublikasının Cinayət-Proses-
sual Məcəlləsinə, habelə, DİN-in əm rvə təlimatlarına əsasən hə-
yata keçirilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə