Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   144
386 in.fealxh ders vesaiti

62
V Fəsil.
DAXİLİ İŞLƏR ORQANLARININ
PROFİLAKTİK FƏALİYYƏTİ 
 
§ 1. D
İ
O-nun profilaktik f
ə
aliyy
ə
tinin anlay
ı
ş
ı
 v
ə
 növl
ə
ri 
Ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan 
Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqları-
nın və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi ki-
mi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensia-
lından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq 
hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. 
Ölkənin perspektiv inkişafını təmin etmək üçün qarşıda duran 
əsas vəzifələrdən biri də cinayətkarlığı doğuran sosial neqativ tə-
zahürlərə qarşı mübarizə mühitinin yaradılmasıdır. Belə bir mühit 
özündə cinayətkarlıq və cinayətkarlıqla bağlı neqativ-sosial təza-
hürlərə qarşı mübarizə tədbirlərinin hazırlanmasını əhatə edir. Bu 
növ mübarizə tədbirlərinin mühüm hissəsini cinayətkarlığa qarşı 
tətbiq olunan profilaktik tədbirlər təşkil edir. 
Cinayətkarlığın xəbərdar edilməsi insanların, cəmiyyətin və 
dövlətin cinayətkar qəsdlərdən mühafizəsini təşkil etmək məqsədi 
daşıyır. Cinayətlərin profilaktikasında müsbət nəticələri yalnız 
kompleks yanaşma zamanı əldə etmək olar (iqtisadi, sosial-mədə-
ni, tərbiyəvi, hüquqi və s. tədbirlərin tətbiqi) 
DİO-nun profilaktik fəaliyyəti – hüquqpozmaların xəbərdar 
edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər sistemidir. 
Hüquqi ədəbiyyatlarda cinayətlərin profilaktikasının müxtəlif 
növləri fərqləndirilir.Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
D
İ
O-nun profilaktiki f
ə
aliyy
ə
tinin istiqam
ə
tin
ə
 gör
ə
 növl
ə
ri: 
– hüquqpozmaların profilaktikası; 
– hüquqpozmaların qurbanı ola biləcək şəxslərlə bağlı həyata 
keçiriləcək profilaktika(viktimoloji profilaktika); 
– sosial-neqativ təzahürlərin profilaktikası.
D
İ
O-nun profilaktik f
ə
aliyy
ə
tinin m
ə
zmununa gör
ə
 t
ə
snifat
ı

– ümumi; 
– fərdi. 


63
D
İ
O-nun profilaktik f
ə
aliyy
ə
tinin subyektl
ə
rin
ə
 gör
ə
 t
ə
snifat
ı

– ictimai təhlükəsizlik xidmətləri tərəfindən həyata keçiriləcək 
profilaktika; 
– ƏAF-nin subyektləri tərəfindən həyata keçirilən profilaktika
– CPF-nin subyektləri tərəfindən həyata keçirilən profilaktika; 
– xüsusiləşmiş ictimai qurumlar tərəfindən həyata keçirilən 
profilaktika (hüquq qaydasının təmini üzrə İctimai Şura). 
Hüquq pozuntular
ı
n
ı
n növün
ə
 gör
ə
 D
İ
O-nun profilaktik f
ə
aliy-
y
ə
tinin t
ə
snifat
ı

– narkotik vasitələrlə bağlı hüquqpozmaların profilaktikası; 
– təbiətin mühafizəsi sahəsində DİO-nun profilaktik fəaliyyəti
– xüsusi icazə sisteminin təmin edilməsi sahəsində DİO-nun 
profilaktik fəaliyyəti; 
– yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarının təmin 
edilməsi sahəsində profilaktik fəaliyyət; 
– yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq po-
zuntularının profilaktikası və s. 
D
İ
O-nun profilaktik f
ə
aliyy
ə
ti a
ş
a
ğ
ı
dak
ı
 prinsipl
ə
r
ə
 uy
ğ
un h
ə
-
yata keçirilm
ə
lidir: 
– qanunçuluq; 
– demokratizm; 
humanizm və ədalətlilik
– elmilik; 
– fasiləsizlik; 
– sistemlilik. 
Cinayətkarlığın profilaktikasının cinayətkarlığa effektiv təsir üsu-
lu kimi özünün məqsədi, vəzifələri və funksiyaları vardır. O, konkret 
fəaliyyət növüdür və müəyyən ölçü və hədlərdə həyata keçirilir. Ci-
nayətkarlığın profilaktikası özünün geniş imkanları ilə deyil ictimai 
münasibətlərin əhatə dairəsi ilə təyin edilən ölçüləri ilə seçilir. 
Cinayətkarlığın profilaktikasının vəzifələri qeyd məqsədlərə 
nail olmaq üçün profilaktik fəaliyyətin istiqamətlərini müəyyən 
edir və onların həyata keçirilməsi üçün real şərait yaradır. Cina-
yətkarlığın profilaktikasının vəzifələrinin daha dəqiq müəyyən 
edilməsi ümumiyyətlə profilaktik tədbirlərin effektiv təsirinə real 
zəmin yaradır.


64
Cinay
ə
tkarl
ı
ğ
ı
n profilaktikas
ı
n
ı
n a
ş
a
ğ
ı
dak
ı
 ümumi v
ə
zif
ə
l
ə
ri 
qeyd olunur: 
- cinayətlərin törədilməsinə səbəb ola biləcək halların, proses-
lərin, faktorların, şəraitlərin, vəziyyətlərin sistematik olaraq aşkar 
edilməsi və təhlili; 
- cinayətkar niyyətin həyata keçirilməsinə və həmçinin cina-
yətkar şəxsiyyətin formalaşmasına səbəb ola biləcək sosial zid-
diyyətlərin, konfliktlərin aşkar edilməsi və öyrənilməsi; 
- cinayətləri törədə biləcək şəxslərin müntəzəm olaraq aşkar 
edilməsi, öyrənilməsi və onlara aktiv profilaktik təsirin göstəril-
məsi; 
- cinayətkar davranışa səbəb olan halların qarşısının alınması, 
neytrallaşdırılması və ya ləğv edilməsi.
Cinayətkarlığın profilaktikası şəxslərin hüquq və azadlıqlarının, 
cəmiyyətdə mövcud olan birgəyaşayış qaydalarının mühafizəsinə 
xidmət edir. Bu sahədə cinayətkarlığın profilaktikasının məqsəd və 
vəzifələri ilə birlikdə onun müəyyən funksiyaları da vardır: 
1. Nizamasalma funksiyas
ı

Nizamasalma funksiyasının məqsədi şəxslərin davranışlarının hü-
quq normalarında və digər normativ aktlarda əks olunmuş sosial tə-
ləblərə uyğun olmasını təmin etməkdir. Ayrı-ayrı fərdlərin davranış-
larını müəyyən çərçivəyə salarkən cinayətlərin profilaktikası nəinki 
onların davranışlarına, həmçinin mənəvi durumuna və digər şəxsi 
keyfiyyətlərinə də təsir edir. 
2. Mühafiz
ə
etm
ə
 funksiyas
ı

Mühafizəetmə funksiyası cəmiyyətin və dövlətin ictimai ma-
raqlarının və sosial dəyərlərinin cinayətkar və digər qəsdlərdən 
qorunmasına xidmət edir. 
3.T
ə
rbiy
ə
etm
ə
 funksiyas
ı

Ümumiyyətlə, həyata keçiriləcək tədbirlərin əksəriyyəti şəxsin 
cinayət törətməməsi üçün tərbiyə olunmasına yönəldilir. Bu funk-
siyanın köməyi ilə şəxsdə cəmiyyət qarşısında vətəndaşlıq borcu-
nun yerinə yetirilməsi, öz hərəkətlərinə görə məsuliyyət hissləri 
aşılanır. Tərbiyəetmə funksiyasının əsas məqsədlərindən biri 
məqsədyönlü hüquqi və sağlam mənəvi düşüncə tərzinin forma-
laşdırılmasıdır. 


65
4. 
İ
deoloji funksiya. 
İdeoloji funksiyanın məqsədi profilaktik tədbirlərin ümumi 
ideoloci istiqamətinin, onların məzmununun ideoloji əsasının mü-
əyyən edilməsi və bununla da xəbərdaretmə tədbirlərinin metod-
larının, üsullarının, həyata keçirilməsi yollarının düzgün seçilmə-
sinin təmin edilməsidir. 
5. Proqnostik funksiya. 
Proqnostik funksiyanın köməyi ilə cinayətlərin profilaktikası-
nın təcrübi və nəzəri istiqamətlərinin zəruri informasiya ilə təmin 
edilməsi, profilaktik xarakterli planların hazırlanması, profilaktik 
fəaliyyətin perspektivliyi istiqamətlərinin müəyyən edilməsi hə-
yata keçirilir. 
Cinayətkarlığın profilaktikası müəyyən bir sistemi təşkil edir. 
Bu sistemin tərkibinə profilaktikanın obyektləri, onun əsas səviy-
yə və formaları, profilaktik tədbirlər, profilaktikanın subyektləri 
daxildirlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə