Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   144
386 in.fealxh ders vesaiti

§ 3. D
İ
O-nun profilaktik f
ə
aliyy
ə
tind
ə
 sosial
n
ə
zar
ə
tin t
ə
min edilm
ə
si 
Profilaktik tədbirlərin tətbiqinin əsas məqsədlərindən biri eti-
barlı sosial dayaqların yaradılmasıdır. Məhz belə effektiv sosial 
dayaqlardan biri hüquq qaydasının təmini üzrə ictimai Şuradır.
İctimai Şura polis ilə əhali arasında qarşılıqlı əlaqələrin möh-
kəmləndirilməsi, vətəndaşların ictimai təhlükəsizliyin təmini işin-
də iştirakı səviyyəsinin yüksəldilməsi məqsədilə polis orqanın in-
zibati sahəsində yaradılır. 
İctimai Şuranın işi inzibati sahənin fəaliyyəti çərçivəsində təş-
kil edilir, polis sahə rəisinin metodiki köməkliyi əsasında həyata 
keçirilir. 
18 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşları İcti-
mai Şuranın üzvü kimi könüllülük əsasında ictimai qaydanın və 
ictimai təhlükəsizliyin təmin olunması işində polis orqanı ilə 
əməkdaşlıq edə bilər. 
Vətəndaşın İctimai Şuranın üzvlüyünə qəbul olunması barədə 
ərizəsinə baxılarkən onun yaşadığı və işlədiyi yer üzrə xasiyyət-
naməsi, əvvəllər cinayət hadisələrinə və inzibati xətalara yol ve-
rib-verməməsi, polis sahə rəisi və polis sahə inspektorunun rəyi, 
əhali arasında nüfuzu, habelə polisin profilaktik və əməliyyat 
qeydiyyatlarında olub-olmaması, cinayətkarlığa qarşı mübarizə 
işində prinsipiallığı nəzərə alınır. 
Vətəndaşın İctimai Şuranın üzvlüyünə qəbul olunması barədə 
polis orqanının rəisi tərəfindən əmr verilir, həmin şəxsə müvafiq 
vəsiqə təqdim olunur. 
Vətəndaşın İctimai Şuranın üzvü qismində qəbul olunması ilə 
bağlı toplanmış materiallar müvafiq qaydada qovluğa tikilərək po-
lis sahə rəisində saxlanılır. Qovluqda aşağıdakı sənədlər toplanılır: 
– ərizə; 
– şəxsiyyət vəsiqəsinin surəti; 


71
– anket məlumatları; 
– BƏSİİ-nin tələbnaməsi. 
İctimai Şuranın məqsəd və vəzifələri aşağıdakılardır: 
– inzibati sahədə hüquq qaydasının təmin olunmasında polis 
əməkdaşlarına köməkliyin göstərilməsi
– cinayətlərin törədilməsinə şərait yaradan halların aradan qal-
dırılması; 
– inzibati sahədə hüquqpozmaların qarşısının alınmasında kö-
məkliyin göstərilməsi; 
– polis-vətəndaş, polis-cəmiyyət münasibətlərinin möhkəmlən-
dirilməsi; 
– hüquq qaydasının təmini işində əhalinin təşəbbüsünün artırıl-
ması; 
– cəmiyyətdə əhalinin cinayətkar qəsdlərdən qorunması hissi-
nin möhkəmləndirilməsi; 
– cinayətkarlığın qarşısının alınması sahəsində mövcud olan 
problemlərlə əldaqədar ərazi polis orqanının rəhbərliyi qarşısında 
məsələ qaldırılması; 
– əhali arasında hüquqi maarifləndirmə və təbliğat işlərinin 
aparılması; 
– çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanlar və münaqi-
şəli ailələr ilə fərdi-profilaktik işin təşkili
– təhsil müəssisələrinin kollektivi ilə əlaqələrin möhkəmləndi-
rilməsi. 
Hüquq qaydasının təmini üzrə İctimai Şuranın strukturu: 
– Şuranın rəhbərliyi; 
hüquqi təbliğat qrupu
– ümumi profilaktika qrupu; 
– gənclər və yetkinlik yaşına çatmayanlarla iş qrupu
– təhsil müəssisələri ilə qarşılıqlı əlaqə qrupu; 
– mənzil istismar sahələri ilə qarşılıqlı əlaqə qrupu. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə