Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   144
386 in.fealxh ders vesaiti

 
 


81
§ 2. Polisin n
ə
zar
ə
ti alt
ı
na verm
ə
 v
ə
 ev dustaql
ı
ğ
ı
 q
ə
timkan
t
ə
dbirl
ə
rinin t
ə
tbiqi qaydas
ı
 
Nəzarət cinayət prosesini həyata keçirən və məhkəmə orqanla-
rı tərəfindən çıxarılmış qərar əsasında aşağıdakı şəxslərə tətbiq 
edilir: 
1. Polisin nəzarəti altına vermə qətimkan tədbiri şübhəli və ya 
təqsirləndirilən şəxslərə qarşı. 
2. Ev dustaqlığı qətimkan tədbiri yalnız təqsirləndirilən şəxslə-
rə qarşı. 
Azərbaycan Respublikası CPM-in 169-cu maddəsinə və «Poli-
sin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin 
tətbiq edilməsi qaydaları haqqında» Təlimata əsasən polisin nəza-
rəti altına vermə qətimkan tədbirinin tətbiq edilməsi zamanı cina-
yət etməkdə şübhəli və ya təqsirləndirilən şəxsə müəyyən hüquqi 
məhdudiyyətlər qoyulur. Polisin nəzarəti altına verilmiş şəxslərə 
qoyulmuş hüquqi məhdudiyyətlər aşağıdakılardan ibarətdir: 
– cinayət prosesini həyaat keçirən orqanın icazəsi olmadan ya-
şayış yerinin hüdudlarından kənara getməmək; 
– cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan ya-
şayış yməntəqəsi hüdudlarında daimi yaşayış məntəqəsi hüdudla-
rında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişmə-
mək. 
Ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələ-
sinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasın-
da həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş 
qərarın əvəz edilməsi kimi baxıla bilər. 
Azərbaycan Respublikası CPM-in 163-cü maddəsinə və «Poli-
sin nəzarəti altına vermə və ev dustaqlığı qətimkan tədbirlərinin 
tətbiq edilməsi qaydaları haqqında» Təlimata əsasən ev dustaqlığı 
qətimkan tədbiri təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cə-
miyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə mü-
əyyən edilmiş azadlıq və digər bir sıra hüquqi məhdudiyyətlər qo-
yula bilər. 


82
Ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxsə aşağıdakı 
məhdudiyyətlər təyin edilə bilər: 
– yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxma-
ğa qadağan qoyulması; 
– telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə va-
sitələrindən istifadəyə qadağan qoyulması; 
– müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı 
şəxsi qəbul etməyə qadağan qoyulması; 
– elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək 
və onların işinə xidmət etmək vəzifəsinin qoyulması; 
– nəzarət telefon zənglərinə və ya digər siqnallarına cavab ver-
mək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına 
nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, 
yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması; 
– təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə 
altına alınması, habelə evinin, mənzilinin və yaşayış üçün ona ay-
rılmış digər yerin polis tərəfindən mühafizə edilməsi; 
– təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən na-
tamam təcrid olunmasını təmin edən digər tədbirlərin görülməsi. 
Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq poli-
sin nəzarəti altına vermə qətimkan tədbiri şübhəli və ya təqsirlən-
dirilən şəxsin müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi ya-
şadığı və ya müvəqqəti olduğu yer üzrə polis orqanları tərəfindən 
həyata keçirilir Polisin nəzarəti altına vermə qətimkan tədbirinin 
seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı 
icraata qəbul edildikdən sonra 24 saat müddətində polisin nəzarəti 
altına verilən şəxs polisə çağrılaraq ictimai təhlükəsizlik xidməti-
nin rəisi tərəfindən aparılan xüsusi juranlda qeydiyyata götürülür, 
ona qanunla müəyyən edilmiş hüquqi məhdudiyyətlər bir daha 
izah olunur. 
Nəzarətin tədbiqinə başlanması barədə cinayət prosesini həya-
ta keçirən orqana 24 saat müddətində yazılı məlumat verilir. 
Nəzarəti həyata keçirən polis sahə inspektoru şübhəli və ya 
təqsirləndirilən şəxsin polisin nəzarəti altına verilməsi ilə əlaqə-
dar daxil olmuş sənədləri qəbul etdikdən sonra, bu şəxsin əməli-


83
nin ağırlığının xarakterini, habelə onun şəxsiyyətini, yaşını və səh-
hətini, məşğuliyyətini, maddi, sosial və ailə vəziyyətini, məhkum-
luğunun olub-olmamasını və digər xüsusatları nəzərə alaraq, polis 
orqanında qeydiyyatdan keçməsinə dair cədvəl hazırlayıb, polis or-
qanına qeydiyyata gəlmənin sayı, vaxtı, cinayət prosesini həyata 
keçirən orqandan daxil olmuş əlavə məlumatlar, şəxsin davranışı, 
həyat tərzi, cinayət əlaqələri və yeni cinayət törətməyə meyilli ol-
ması, zəruri hallarda məhdudiyyətlər artırıla (azaldıla) bilər. 
Polis orqanının rəisi polisin nəzarəti altına vermə üçün müəy-
yən olunmuş müddəti əhatə edən cədvəli təsdiq edərək, qeydiyya-
tın aparılmasını növbətçi hissəyə həvalə edir. Cədvəl dəftərxana-
da qeydiyyata düşdükdən sonra növbətçiyə verilir. Nəzarət altın-
da olan şəxsin şəhər-rayon orqanında qeydiyyatdan keçirilməsi 
barədə qeydlər həmin orqanın növbətçisi tərəfindən dəftərxanada 
müvafiq qaydada uçota götürülmüş, səhifələnmiş xüsusi jurnalda 
aparılır. Hər bir şəxs üçün həmin jurnalda ayrıca vərəq ayrılır, 
qeydiyyatdan keçmək barədə nəzarət altında olan şəxs tərəfindən 
xüsusi qaydada da imza edilir. Müəyyən olunmuş müddət bitdik-
dən sonra cədvəl dəftərxana vasitəsilə nəzarəti aparan əməkdaşa 
qaytarılır və müvafiq qovluğa tikilir. 
Polis orqanının ictimai təhlükəsizlik xidmətinin rəisi bu orqanın 
şəxsi heyəti polisin nəzarəti altına verilmiş şəxs haqqında təlimat-
landırılır, nəzarətin təmin olunmasına və sahə inspektorlarının əla-
qəsində olan qüvvələri cəlb edir. Polisin nəzarəti altına verilmiş 
şəxsin davranışı, onun tərəfindən hüquqazidd hərəkətlərə yol veril-
məsi və s. barədə məlumatlar, nəzarəti həyata keçirən sahə inspek-
toru tərəfindən ayrıca qovluqda toplanılır. Davranışına nəzarəti hə-
yata keçirmək məqsədilə həmin şəxs istənilən anda polis orqanına 
çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və 
təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda onun mənzilinə 
gəlməyə haqlıdırlar. Polis əməkdaşı şübhəli və ya təqsirləndirilən 
şəxs tərəfindən hüquqi məhdudiyyətlərin yerinə yetirilməsinə ria-
yət olunmasına nəzarətin nəticəsini raportla rəhbərliyə məruzə edir. 
Nəzarət altında olan şəxsin səhhəti, yaşadığı ünvanın polis orqa-
nından uzaq məsafdə yerləşdiyi və digər müstəsna hallarda ictimai 


84
təhlükəsizlik rəisinin əsaslanmış vəsatətinə görə polis orqanının 
rəisi tərəfindən həmin şəxsin qeydiyyatı müvəqqəti olaraq polis sa-
hə inspektorunun xidməti otağında aparılmasına icazə verə bilər. 
Polisin nəzarəti altında olan şəxs öz işi ilə bağlı yaşayış məntə-
qəsinin hüdudlarından kənara getməsi üçün cinayət prosesini hə-
yata keçirən orqana müraciət etməlidir. Yalnız həmin orqanının 
rəsmi icazəsi müvafiq ərazi polis orqanına daxil olduqdan sonra 
bu şəxsin başqa yerə getməsinə icazə verilir. 
Nəzarətdə olan şəxsə başqa yerə getməyə icazə verilərkən ona 
imza etdirilməklə, marşrut vərəqəsi verilir. Həmin vərəqədə baş-
qa yaşayış məntəqəsinə getmənin tarixi, səbəbi, müddəti, orada 
qalacağı ünvan, təsdiq edilmiş cədvələ əsasən nəzarətdə olan şəx-
sin yerli polis orqanında qeydiyyatdan keçməsi, daimi yaşadığı və 
ya müvəqqəti olduğu yaşayış yerinə qayıtması barədə qeydlər 
aparılır. Nəzarət altında olan şəxs başqa polis orqanının xidmət 
etdiyi əraziyə qısa müddətə gəldikdə ictimai təhlükəsizlik xidmə-
tinin rəisi tərəfindən bu məqsədlə aparılan xüsusi jurnalda marş-
ruq vərəqəsi əsasında uçota alınır: həmin gün şəxsin müvəqqəti 
yaşadığı ünvanın yerləşdiyi ərazinin sahə inspektoruna müvafiq 
tapşırıqlar verilir; marşrut vərəqəsinə gəlmə və getmə barəsində 
lazımi qeydlər aparılaraq polis orqanının möhürü ilə təsdiq edilir. 
Sahə inspektoru tərəfindən nəzarət altında olan şəxsin müvəq-
qəti yaşadığı müddət ərzində davranışına və hüquqi məhdudiyyət-
lərə riayət etməsinə nəzarət olunur, polisə gəlmə günləri təyin 
edilir: müvəqqəti yaşama müddəti bitdikdən sonra marşrut vərə-
qəsində müvafiq qeydlərin aparılması təmin edilir. 
Nəzarət altında olan şəxs müvəqqəti gəldiyi ərazidə məhdudiy-
yətləri pozulduqda və ya hüquqazidd hərəkətlər törətdikdə dərhal 
toplanmış materiallar nəzarəti həyata keçirən polis orqanına gön-
dərilir. Şəxs daimi və ya müvəqqqəti olduğu yerə qayıtdıqdan 
sonra nəzarəti həyata keçirən sahə inspektoru tərəfindən marşrut 
vərəqəsində müvafiq qeydlər aparılıb, nəzarət materiallarına əla-
və olunur və nəzarət davam etdirilir. 
Nəzarət altında olan şəxs cinayət prosesini həyata keçirən or-
qanın icazəsi ilə daimi yaşadığı və ya müvəqqəti olduğu yeri baş-


85
qa yaşayış məntəqəsinə dəyişdikdə, nəzarəti işi 24 saat ərzində 
həmin ərazi polis orqanına göndərilir. Nəzarət altında olan şəxs 
24 saat ərzində seçdiyi yeni ünvana gəlmədiyi və müvafiq qayda-
da polis orqanında qeydiyyatdan keçmədiyi halda cinayət prosesi-
ni həyata keçirən orqana məlumat verilir. 
Polis orqanı tərəfindən ev dustaqlığı qətimkan tədbirinin təd-
biq edilməsi barədə məhkəmə qərarının icrası təqsirləndirilən şəx-
sin faktiki yaşayış yeri üzrə həyata keçirilir. Ev dustaqlığı qətim-
kan tədbirinin tədbiq edilməsi barədə polis orqanına daxil olmuş 
məhkəmənin qərarı, ictimai təhlükəsizlik xidmətinin rəisi tərəfin-
dən aparılan xüsusi jurnalda qeydiyyata götürülərək icraçı orqan 
rəisi tərəfindən aidiyyəti əməkdaşlara həvalə edilir. Ev dustaqlığı 
qətimkan tədbirinin tədbirinin tədbiqi zamanı polis əməkdaşları, 
yalnız məhkəmənin qərarında nəzərdə tutulan təqsirləndirilən şəx-
sin və ya onun yaşayış yerinin müşahidə altına alınmasını, habelə 
evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış başqa yerin mü-
hafizə edilməsi, yaxud digər hüquqi məhdudiyyətlərə riayət olun-
masına nəzarəti həyata keçirirlər. Başqa məhdudiyyətlər də tətbiq 
oluna bilər. Həmin məhdudiyyət yuxarıda göstərilmişdir. 
Ev dustaqlığı qətimkan tədbirinin tətbiq edilməsi zamanı təq-
sirləndirilən şəxs tərəfindən qoyulmuş məhdudiyyətlərin pozul-
ması və ya hüquqazidd hərəkətlər törədilməsi aşkar edildikdə, 
müvafiq qaydada sənədləşdirərək toplanmış materiallar qanuni 
tədbir görülməsi üçün məhkəməyə göndərilir. Ev dustaqlığı qə-
timkan tədbiri tətbiq edilmiş şəxs digər polis orqanın xidməti əra-
zisində aşkar edildikdə, onun hərəkətləri sənədləşdirilir və həmin 
şəxs polis əməkdaşının müşayiəti ilə nəzarəti həyata keçirən polis 
orqanına təhvil verilir. 
Ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi və ya xitam 
olunması barədə qərar qəbul edildikdə, onun təmin olunması dər-
hal dayandırılır, bu barədə cinayət prosesini həyata keçirən orqa-
na məlumat verilir. Ev dustaqlığı üzrə sənədlər müvafiq əməkda-
şın raportuna əsasən polis orqanın rəisi və ya onu əvəz edən şəxs 
tərəfindən işə alınır, müvafiq nomenklatur qeydiyyat sayı ilə də-
fətərxanaya təhvil verilir və müəyyən edilmiş saxlama müddəti
(5 il) qurtardıqdan sonra müvafiq qaydada məhv edilir. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə