95
psixtrop maddələrdən sui-istifadə edən
şəxslərə dair məlumat böl-
məsi.
Ümummilli məlumat bankına göndərilən məlumatlar aşa-
ğıdakılardır:
Daxili İşlər Nazirliyi tərəfindən:
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
dövriyyəsində iştirak etdiyinə görə cinayət və inzibati məsuliyyə-
tə cəlb edilmiş şəxslər barədə;
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədəö
Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokuror-
luğu tərəfindən:
– narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etdiyinə
görə cinayət məsuliyyətinə
cəlb edilmiş şəxslər barədə;
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədə.
Ədliyyə Nazirliyinin müvafiq xidməti tərəfindən:
– azadlıqdan məhrumetmə yerlərində narkomaniyaya qarşı müa-
licə keçən şəxslər, məcburi müalicənin tətbiq edilməsi, cəzanın
müddəti
və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra
edən müəssisədən azad olunması, habelə barəsində məcburi tədbirlə-
rin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında.
Dövlət Gömrük Komitəsinin müvafiq xidmətləri tərəfindən:
– tibbi məqsədlərlə istifadə etmək üçün respublikaya gətirilən
və gömrük qeydiyyatından keçmiş narkotik vasitələr,
psixotrop
maddələr
və prekursorlar barədə;
– qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük orqanları tərəfin-
dən aşkar edilmiş narkotik vasitələrin,
psixotrop maddələrin və
prekursorların növü və miqdarı barədə;
– narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qaçaqmalçılıq yolu ilə daşınması və gizlədilməsi üçün istifadə
olunmuş nəqliyyat vasitələri barədə;
– narkotik vasitələri, psixotrop maddələri və prekursorları qa-
çaqmalçılıq yolu ilə keçirərkən gömrük məntəqəsində saxlanılmış
şəxslər barədə;
96
– qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr, psixot-
rop maddələr və prekursorlar barədə;
–narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyəsində iştirak etdiyinə görə cinayət məsuliyyətinə
cəlb edilmiş şəxslər barədə.
Dostları ilə paylaş: