107
§
2. Yetkinlik ya
ş
ı
na çatmayanlarla
profilaktiki i
ş
in t
əş
kili
Daxii işlər orqanlarında profilaktiki qeydiyyata götürülən yet-
kinlik yaşına çatmayanalara və valideynlərə
fərdi profilaktik iş
tərtib edilir.
Yetkinlik yaşına çatmayanlar 11-yaşdan 18 yaşadək profilaktik
qeydiyyata götürülür. Valideynlər üçün yaş həddi müəyyən edil-
mir.
Haqqında FPİ açılan yetkinlik yaşına çatmayanlar aşağı-
dakılardır:
– azadlıqdan məhruetmə yerlərindən buraxılanlar, amnistiya
və ya əfvetmə aktı əsasında, yaxud şərti olaraq vaxtından əvvəl
cəzadan və cinayət
məsuliyyətindən azad olunanlar;
– müəyyən müddətə azadlıqdan məhrumetmə istisna olmaqla,
digər cəza növlərinə məhkum olunanlar;
– qəsdən törədilmiş ictimai təhlükəli əmələ görə haqqında ci-
nayət işinin başlanması rədd edilmiş və ya başlanmış cinayət işi-
nə xitam verilmişlər;
– tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilərək,
islah
olunması mümkün hesab olunmaqla cinayət məsuliyyətindən və
ya cəzadan azad edilənlər;
– cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin
cinayət məsuliyyətinə cəlb olunması üçün qanunvericiliklə müəy-
yən edilmiş yaş həddinə çatmayanlar;
– inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq po-
zuntuları törətmiş 16 yaşı
tamam olanlar;
– inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq po-
zuntuları törətmiş, lakin inzibati məsuliyyətə cəlb olunması üçün
qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmayanlar;
– tibbi göstəriş və həkim təyinatı olmadan narkotik vasitələr və
psixotrop maddələr qəbul edənlər, səhiyyə orqanları
tərəfindən
“narkoman” diaqnozu təyin olunanlar, narkoloji dispanserlərdə və
xəstəxanalarda ambulator və stasionar müalicəyə cəlb olunmaqla
qeydiyyata götürülənlər;
108
– çətin tərbiyə olunanlar, avaralıqla
və dilənçiliklə məşğul
olanlar, əxlaqsız həyat tərzi sürənlər, ümumi orta təhsildən qərəzli
şəkildə yayınanlar;
– 16 yaşına qədər özbaşına və qərəzli şəkildə evdən, təlim-tər-
biyə və digər uşaq müəssisələrindən gedənlər.
Dostları ilə paylaş: