Microsoft Word Vuqar ders vesaiti 2017


Avaralığa qarşı DİO-nun inzibati-hüquqi mübarizəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   144
386 in.fealxh ders vesaiti

 
Avaralığa qarşı DİO-nun inzibati-hüquqi mübarizəsi
 
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yük-
səldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin tə-
min olunmasının qayğısına qalır. Hər bir şəxs sosial, ictimai, siyasi 
sferalarda münasibətlərə daxil olaraq Azərbaycan Respublikasının 
Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarını realizə edir. 
Bundan başqa dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hü-
quq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. 
Dövlət, cəmiyyət və vətəndaş birliyinin təcəssümü olaraq bu 
ictimai münasibətlər həyatımızın normal və ahəngdar inkişafını 
təmin edir. Avaralıqla məşğul olma neqativ təzahür olaraq qeyd 
edilən münasibətlərə zərbə vurur və hüquqpozma faktlarının daha 
da artmasına zəmin yaradır. 
Avaralıqla məşğul olan dedikdə
– müəyyən yaşayış yeri və 
yaşamağa vəsaiti olmayan hər hansı ictimai faydalı işlə və ya pe-


100
şə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edil-
miş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəma-
di olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər 
başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllə-
sində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslə-
rin, həmin maddənin ikinci hissəsində isə yetkinlik yaşına çatma-
yanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa 
cəlb edilməsinə görə məsuliyyətləri müəyyən edilmişdir. Qeyd 
edilən xətaya görə xəbərdarlıq, inzibati cərimə, xəta törədənin 
şəxsiyyəti nəzərə alınmaqla həyata keçiriləcək tədbirlərin tətbiqi 
kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs
Azərbaycan Respublikasının hüdudlarından inzibati qaydada çı-
xartma (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qarşı) kimi 
inzibati tənbeh növləri tətbiq edilə bilər. 
Avaralığa qarşı mübarizə sahəsində daxili işlər orqanlarının 
əsas funksiyaları: 
– avaralıqla məşğul olan şəxslərin aşkar edilməsi və onlara 
qarşı nəzərdə tutulmuş inzibati-hüquqi tədbirlərin tətbiq edilməsi; 
– avaralıqla məşğul olan şəxslərin məskunlaşdığı yerlərin mü-
əyyən edilməsi; 
– avaralıqla məşğul olan şəxslərin daxili işlər orqanlarında 
uçotunun aparılması; 
– avaralığa qarşı mübarizəyə digər dövlət orqanlarının, ictimia 
qurumların, ictimaiyyətin üzvlərinin cəlb edilməsi
– avaralıqla məşğul olan şəxslərlə profilaktiki işin təşkili, bu 
növ neqativ təzahürün səbəb və şəraitinin öyrənilməsi və aradan 
qaldırılması üçün tədbirlərin hazırlanması və s. 
Avaralıq və dilənçiliyə qarşı mübarizənin ən geniş yayılmış 
taktiki forması – reydlərdir. 
Keçirilən reydlərdə tək daxili işlər orqanlarının qüvvələri deyil, 
həmçinin, ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Əməliy-
yat şəraitindən asılı olaraq, reydlər günün müxtəlif vaxtlarında ke-
çirilir və vaxtlardan ən səmərəlisi – səhər və axşam vaxtlarıdır. 
Bu zaman daxili işlər orqanlarının iş planlarında aşağıdakılar 
müəyyən edilir: 


101
– qüvvə və vasitələrin idarə edilməsinin təşkili, məlumat və 
nəzarət sistemi; 
– DİN-in və Nəqliyyatda Baş Polis İdarəsinin bilavasitə tabeçi-
liyində olan xidməti hissələrin qüvvə və vasitələrinin köməyi ilə 
şəhərlərin əməliyyat şəraitinin təhlili; 
– tədbirlər keçirilməyən ərazilərin, şəhər (rayon) orqanlarının 
qüvvə və vasitələrinin tədbirlər keçirilərkən daxili işlər orqanları-
na kömək etmək üçün cəlb edilməsi; 
– reydlərin keçirilməsi və hüquqpozma faktlarının aşkar edil-
məsi; 
– tutulub saxlanılmış şəxslər arasında axtarışda olan, cinayət 
törətmiş şəxslərin aşkar edilməsi üçün əməliyyat-axtarış xidmət-
lərinin əməkdaşları ilə birgə tədbirlərin həyata keçirilməsi. 
İctimai təhlükəsizlik və əməliyyat-axtarış aparatları orqanları-
nın qarşılqlı əlaqəsi saxlanılan şəxslər arasında əvvəllər cinayət 
törətmiş, lakin istintaq və məhkəmə orqanlarından qaçıb gizlən-
miş şəxslərin vaxtında aşkar edilməsinə imkan yaradır. 
Xidməti hissələrin ən çox yayılmış xarakterik qarşılıqlı əlaqə 
formaları aşağıdakılardır: 
məlumat mübadliəsi
– birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi; 
– avaralıqla məşğul olan şəxslərin aşkar edilməsi və götürül-
məsi məqsədilə reydlərin keçirilməsi. 
Avaralıqla məşğul olan şəxslər aşkar edildikdə onlara qarşı xə-
bərdarlıq, inzibati cərimə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxs-
lərin Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qayda-
da çıxartma, inzibati həbs kimi tənbeh növləri tətbiq edilə bilər. 
Vətəndaşlara avaralıqla məşğul olmaya görə xəbərdarlıq edilir 
və ya inzibati həbs tətbiq edilir. İnzibati həbs işin hallarına görə, 
xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi 
kifayət sayılmadıqda tətbiq edilir. Avaralıqla məşğul olmaya görə 
inzibati qaydada həbs edilən şəxslər polis orqanlarının inzibati 
həbs olunanların saxlanılma məntəqələrinə yerləşdirilir 
Məntəqəyə qəbul edilən hər bir şəxs saxlanılan şəxslərin qey-
diyyatı jurnalında uçota götürülür və məntəqənin tibb işçisi tərə-


102
findən müayinədən keçirilir. Xəstəlik əlaməti olan şəxslər xəstə-
lər üçün ayrılmış otaqlara yerləşdirilir və onlara tibbi yardım gös-
tərilir. Zərurət olduqda, onlar səhiyyə orqanlarının müvafiq müa-
licə müəssisələrinə göndərilirlər. Bu barədə məntəqədə saxlanı-
lanlara tibbi yardım göstərilməsinin qeydiyyatı jurnalında qeydlər 
aparılır. Məntəqənin rəhbərliyi tərəfindən bu haqda təxirəsalın-
madan ərazi polis orqanının rəisinə, prokurora, hakimə, eləcə də 
inzibati həbs olunanın yaxın qohumlarına məlumat verilir. Sağal-
dıqdan sonra həmin şəxs inzibati həbs tənbeh tədbirinin icrası 
üçün məntəqəyə qaytarılır. 
Kameralara yerləşdirilməzdən əvvəl, həbs edilən şəxslərin bar-
maq izləri götürülür. Onlarla eyni cinsdən olan iki hal şahidinin 
iştirakı ilə şəxsi axtarışı keçirilir və protokol tərtib olunur. 
Qadınların şəxsi axtarışı məntəqənin qadın əməkdaşları, yaxud 
dəvət olunmuş və müvafiq təlimat almış qadınlar tərəfindən aparılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə