Microsoft Word Vuqar ders vesaiti 2017


Dövlət Sərhəd Xidmətinin müvafiq xidmətləri tərəfindən



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   144
386 in.fealxh ders vesaiti

 
Dövlət Sərhəd Xidmətinin müvafiq xidmətləri tərəfindən:
– nəzarət-buraxılış məntəqələrindən kənarda sərhəddən qaçaq-
malçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və 
prekursorların keçirilməsi faktları barədə; 
– narkotik vasitələri, psixotrop maddələri və prekursorları qa-
çaqmalçılıq yolu ilə keçirərkən sərhədçilər tərəfindən saxlanılmış 
şəxslər barədə. 
Səhiyyə Nazirliyinin müvafiq xidmətləri tərəfindən: 
– tibbi məqsədlərlə istifadə etmək üçün respublikaya gətirilən 
narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların siya-
hısı və miqdarı barədə; 
– tibbi məqsədlərlə istifadə etmək üçün ölkəyə gətirilmiş narkotik 
vasitələrin, psixotrop maddələrin və prekursorların Mərkəzi Aptek 
Bazası və rayonlararası aptek anbarlarına paylanması barədə; 
– məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdiyi eks-
pertizalar nəticəsində narkoman və ya toksikoman kimi müəyyən 
edilmiş şəxslər barədə 
– narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olu-
nan və ya profilaktik qeydiyyatda olan şəxslər barədə; 
– narkomanlıq xəstəliyinə düçar olan şəxslər barədə detoksifi-
kasiyanın aparılması barədə; 
– sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə aparılan tib-
bi müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop 
maddələri istehlak etməsinin müəyyən edilməsi barədə; 
narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla bağlı 
tibbi fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq 
barədə bildiriş (bildirişdə təşkilatın tam adı, fəaliyyət növü, hüqu-
qi ünvanı, müəssisənin təsisçiləri barədə məlumatlar, xüsusi razı-
lığın müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop mad-


97
dələrin və prekursorların azərbaycanca və latınca adı, saxlanma 
yeri, müddəti göstərilməlidir); 
– könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət 
etmiş narkoman şəxslər haqqında (məlumat kodlaşdırılmış qapalı 
bölmədə saxlanılır). 
Ümummilli məlumat bankına informasiyaların vaxtlı-vaxtında 
göndərilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təş-
kil etmək üçün Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Səhiyyə 
Nazirliklərində, Dövlət Gömrük Komitəsində, Dövlət Sərhəd 
Xidmətində, Respublika Baş Prokurorluğunda cavabdeh şəxs tə-
yin olunur. 
Ümummilli məlumat bankına daxil edilmiş məlumatların düz-
günlüyünə, onlarda müvafiq dəyişikliklərin mütəmadi olaraq apa-
rılmasına görə yuxarıda göstərilən aidiyyəti dövlət orqanlarının 
məsul əməkdaşları məsuliyyət daşıyırlar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə