|
![](/i/favi32.png) Microsoft Word Vuqar ders vesaiti 2017386 in.fealxh ders vesaiti
§ 2.
İ
jtimai m
ə
n
ə
viyyat
ə
leyhin
ə
olan x
ə
talar
ı
n x
ə
b
ə
rdar
edilm
ə
si v
ə
qar
ş
ı
s
ı
n
ı
n al
ı
nmas
ı
Hər bir cəmiyyətin perspektiv inkişaf tendensiyaları birgəyaşa-
yış qaydalarına əhəmiyyətli təsir göstərən neqativ və pozitiv sosi-
al hallardan asılıdır. Sərxoşluq və alkoqolizm neqativ hal olaraq
sosial mühitə, milli mədəniyyətə məhvedici təsir göstərir, cəmiy-
yətin mənəvi durumunun aşağı düşməsinə səbəb olur. Qeyd edi-
lən neqativ təzahürlər ictimai qaydanın qorunması və ictimai təh-
lükəsizliyin təmin edilməsi vəziyyətinə təsir edərək hüquq pozun-
tuların artmasına səbəb olur.
Sərxoşluq
– müntəzəm olaraq spirtli içkilərin qəbul edilməsi
nəticəsində yaranan haldır.
Alkoqolizm
– spritli içkilərin sistematik olaraq qəbul edilməsi
nəticəsində yaranan xəstəlikdir (Beynəlxalq xəstəliklər təsnifatın-
da «alkoqol asılılığı sindromu» adı ilə qeyd olunur). Alkoqoldan
sui-istifadə insanın şəxsi həyatının normal ahəngini pozaraq gün-
dəlik həyat tərzinə çevrilir. Bəzi hallarda belə həyat tərzi hüquqa-
zidd davranışın törədilməsi ilə nəticələnir.
|
|
|