Microsoft Word Vuqar ders vesaiti 2017


Profilaktiki qeydiyyata götürülməklə haqqında FPİ tərtib



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   144
386 in.fealxh ders vesaiti

Profilaktiki qeydiyyata götürülməklə haqqında FPİ tərtib 
edilən valideynlər və digər qanuni nümayəndələr aşağıdakı-
lardır: 
– yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanıl-
ması üzrə öz vəzifələrini yerinə yetirməyənlər
– uşaqlarının, qəyumluğa, himayəyə götürdüyü şəxslərin dav-
ranışına mənfi təsir göstərən, onlarla qəddar və zorakı rəftar edən, 
habelə uşaqları avaralığa, dilənçiliyə və ya hüquqa zidd digər 
əməllərə cəlb edənlər
– himayəsində 16 yaşa qədər uşaqları olmaqla xroniki alkoqo-
lizm və ya narkomanlığa görə səhiyyə orqanlarında qeydiyyata 
alınmışlar. 
FPİ əsasverici sənədlərin alındığı vaxtdan 3 gün ərzində polis 
orqanı rəisinin və ya onların kuratorluq üzrə müavinlərinin yazılı 
göstərişinə əsasən ərazi-bölgü prinsipinə uyğun fərdi qaydada 
xidmətin əməkdaşı tərəfindən açılır, jurnalda qeydiyyatdan keçi-
rilir, xidmət üzrə rəis müavinləri tərəfindən yarım ildə, xidmətin 
rəisləri və qrup başçıları tərəfindən isə rübdə 1 dəfə öyrənilir, fər-
di profilaktika tədbirlərinin vəziyyəti, icra intizamına riayət olun-
ması və digər məsələlərlə bağlı yazılı göstərişlər verilir, zəruri 
hallarda görülən işlər əməliyyat müşavirələrində və rəhbərlik ya-
nında keçirilən yığıncaqlarda müzakirə edilib qiymətləndirilir. 
FPİ-nin vaxtında və keyfiyyətlə tərtib olunmasına, aparılmasına, 
qeydiyyatdan çıxarılmasına və işə alınmasına nəzarət kurator 
müavinlərinə həvalə olunur. 
FPİ-də aşağıdakı sənədlər olmalıdır: 
– icraçı əməkdaşın raportu, FPİ-nin açılması barədə, eləcə də 
profilaktiki tədbirlərə dair polis orqanı rəisi və ya kuratorluq üzrə 
müavin tərəfindən təsdiq olunmuş qərar, iş planı və digər əsasve-
rici sənədlər


109
– qeydiyyata alınmış şəxsə dair arayış və 4 x 6 ölçüdə fotoşəkli; 
– məhkumluğu, habelə əvvəllər DİO-da profilaktiki qeydiyyat-
da olub-olmaması barədə sorğu sənədləri, onların nəticələri haq-
qında məlumatlar
– göstərilən vəzifələrin yerinə yetirilməsi barədə göstərişlər, 
arayış və raportlar, müzakirənin nəticələri barədə materialları və 
digər zəruri sənədlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə