Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   144
386 in.fealxh ders vesaiti

Xırda xuliqanlıq,
yəni ictimai qaydanı pozan və ya fiziki 
şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq 
edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və 
ya zədələnməsi ilə müayiət edilməyən hərəkətlərin cəmidir. 
Xırda xuliqanlığın 
obyekti
ictimai qaydadır. İctimai qayda de-
dikdə ictimai yerlərdə insanların ünsiyyət prosesində yaranan sosial 
normalarla nizamlanan ictimai münasibətlər sistemi başa düşülür. 
Obyektiv 
cəhətdən xırda xuliqanlıq ictimai qaydanın pozul-
masına yönəlmiş hüquqazidd hərəkətlərin törədilməsi ilə ifadə 
olunur. Xırda xuliqanlıq ictimai həyatın istənilən sahəsində törə-
dilə bilər: küçələrdə, yaşayış binalarında, vağzallarda, ictimai 
nəqliyyat vasitələrində və s. 
Xırda xuliqanlığın 
subyekti
16 yaşı tamam olmuş anlaqlı fizi-
ki şəxslər ola bilər. On dörd yaşından on altı yaşınadək olan yet-
kinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə on-
ların valideynləri və ya onları əvəz edən şəxslər inzibati məsuliy-
yətə cəlb edilirlər. 
Xırda xuliqanlıq 
subyektiv cəhətdən
birbaşa qəsdlə törədilir. 
Xətanı törətmiş şəxs ictimai qaydanı pozduğunu dərk edir və bu-
nu arzu edir. 
Qeyd edilən xətaın motivi xəta törətmiş şəxsin digərlərindən 
öz üstünlüyünü və fərqləndiyini nümayişkacasına göstərməkdir. 


88
Xırda xuliqanlıq ictimai yerlərdə törədildiyi üçün polis əməkda-
şının hərəkətləri hüquqauyğun çərçivədə olmalı, həm təqsirkar şəx-
sin və həm də digərlərinin hüquq və azadlıqlarının toxunulmazlığı-
na qəsd etməməlidir. Əksər hallarda bu növ xətalar törədilərkən 
hadisə yerində zəruri inzibati-prosessual hərəkətlərin yerinə yetiril-
məsi qeyri-mümkün olur. Bu səbəbdən də təqsirkar şəxsin polis or-
qanına gətirilməsi zərurəti yaranır. Daha sonra təqsirkar şəxsin şəx-
si axtarışı, onda olan şeylərin yoxlanması həyata keçirilə bilər. 
Polis əməkdaşının raportunda inzibati xətanın törədilməsi ilə 
bağlı faktlardan başqa inzibati xəta törətmiş şəxsin polis orqanına 
gətirilməsi zamanı davranışının xarakteri barədə məlumatlar da 
öz əksini tapmalıdır. 
Xırda xuliqanlığa görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi 
zamanı sübutetmə bazasının təmin edilməsi mühüm amillərdən biri-
dir. Bu məqsədlə polis əməkdaşı təqsirkarın hüquqazidd hərəkəti ba-
rədə protokol tərtib edir, şahidləri və zərərçəkmiş şəxsləri müəyyən 
edərək onlardan alınmış məlumatları sənədləşdirir. 
Qeyd edilənlərdən başqa polis əməkdaşı maddi ziyanın olması, 
zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurma faktlarının olub-
olmamasını dəqiqləşdirməli, təqsirkarın şəxsiyyəti və davranışı-
nın xarakteri, xətanın törədilmə yeri və vaxtı barədə məlumat əldə 
etməlidir. 
Xırda xuliqanlığın xəbərdar edilməsi və qarşısının aılınması takti-
kasının səciyyəvi əlamətlərindən biri də bu növ xətların törədilmə 
şəraiti ilə bağlıdır. Belə ki, xırda xuliqanlıq ictimai yerlərdə, yəni in-
san kütləsinin daha çox olduğu yerlərdə baş verir. Polis əməkdaşı 
xətanın qarşısı alınan və təqsirkar şəxs polis orqanına gətirilən za-
man ictimai yerdə olan insanların köməyindən istifadə edə bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə