Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   144
386 in.fealxh ders vesaiti

86
II Bölmə 
Daxili işlər orqanları tərəfindən ayrı-ayrı inzibati
xətaların xəbərdar edilməsi və qarşısının alınması 
 
VIII Fəsil.
İCTİMAİ QAYDAYA, İCTİMAİ TƏHLÜKƏSİZLİYƏ
VƏ İDARƏÇİLİK QAYDALARINA QƏSD EDƏN
XƏTALARIN XƏBƏRDAR EDİLMƏSİ VƏ
QARŞISININ ALINMASI 
§ 1. 
İ
ctimai qaydaya v
ə
 ictimai t
ə
hlük
ə
sizliy
ə
 q
ə
sd ed
ə
n
x
ə
talar
ı
n x
ə
b
ə
rdar edilm
ə
si v
ə
 qar
ş
ı
s
ı
n
ı
n al
ı
nmas
ı
 
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin 
edilməsi polis orqanlarının üzərinə qoyulmuş əsas vəzifələrdən 
biridir. Bu vəzifə polisi insan və vətəndaş hüquq və azadlıqlarına 
qarşı yönəlmiş ictimai təhlükəli hadisə və ya əməllərin yaratdığı 
təhlükənin azaldılması, qarşısının alınması və aradan qaldırılma-
sını nəzərdə tutan tədbirlərin həyata keçirilməsinə borclu edir. 
Daxili işlər orqanları tərəfindən ictimai qaydanın qorunması və 
ictimai təhlükəsizliyin təmin olunması sahəsində xüsusi yeri icti-
mai qayda və ictimai təhlükəsizliyə qəsd edən inzibati xətalara 
qarşı mübarizə tədbirləri təşkil edir. 
İctimai qaydaya qəsd edən xətalar aşağıdakılardır: 
– xırda xuliqanlıq; 
– yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə vali-
deynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti; 
– yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin 
və piketlərin təşkili və keçirilməsi qaydasının poulması; 
– məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması. 
İctimai təhlükəsizlik əleyhinə olan xətaları aşağıdakı kimi sis-
temləşdirmək olar: 
– fövqəladə vəziyyət rejimi tələblərinin pozulması; 


87
– yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə 
yetirilməməsi; 
– yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin ser-
tifikatlaşdırılması, tədavülə buraxılması və saxlanması, onların iş-
lədilməsi qaydalarının pozulması; 
– yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görül-
məsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliy-
yətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziyada müəy-
yən edilmiş şərtləri pozma
– yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, 
yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma. 
İctimai qaydaya qəsd edən və bir çox prosessual hərəkətlərin 
keçirilməsi ilə bağlı olan xətalardan biri xırda xuliqanlıqdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə