Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   144
386 in.fealxh ders vesaiti

77
3. Psixoloji xüsusiyyətləri (intellektual, emosional və iradəvi 
xüsusiyyətləri). 
DİO-nun ailə-məişət zəminində törədilən cinayətlərin xəbər-
dar edilməsi işinin təşkili aşağıdakı 2 mərhələdən ibarətdir:
1) Ailə-məişət zəminində törədilən cinayətlərin səbəb və şərai-
tinin müəyyən edilməsi və təhlili. 
2) Ailə-məişət zəminində törədilən cinayətlərin səbəb və şərai-
tin qarşısının alınması istiqamətinə yönəlmiş tədbirlərin müəyyən 
edilməsi və həyata keçirilməsi. 
Ailə-məişət zəminində törədilən cinayətlərin səbəb və şəraiti 
ailə, qohumluq, qonşuluq, dostluq və s. münasibətlər çərçivəsində 
yaranaraq uzunmüddətli münaqişə formasında mövcud olur.
Bu 
növ cinayətlərin əsas səbəbləri aşağıdakılardır: 
– ailə üzvlərinin mütəmadi olaraq spirtli içki qəbul edərək bir-
gəyaşayış qaydalarını pozması; 
– ailə üzvləri tərəfindən öz vəzifə borclarının yerinə yetirmə-
məsi; 
– şəxsiyyətin neqativ xüsusiyyətlərinin daha üstünlük təşkil et-
məsi (birgəyaşayış qaydalarına laqeyd münasibət, zorakılığa me-
yil, neqativ emosional və iradəvi xüsusiyyətlərin olması və s.); 
– zərərçəkmişin münaqişənin daha da qızışdırılmasına yönəl-
miş təhrikedici hərəkətləri; 
tərəflərin xarakterləri, baxışları, adətləri və dünya-görüşləri 
arasında kəskin uyğunsuzluqları; 
– ər və arvad arasında fizioloji uyğunsuzluq
– ailə problemlərinin həllində ailə üzvlərinin psixoloji hazırlı-
ğının olmaması (bu hal əsasən gənc ailələrdə təsadüf edilir) və s.
 
Ailə-məişət zəminində törədilən cinayətlərin səbəb və şəraitlə-
ri aşkar edildikdən sonra, onlar təhlil edilərək həyata keçiriləcək 
profilaktik tədbirlərin istiqaməti müəyyən edilməlidir. 
Aşağıda-
kılar öyrənilərək təhlil olunmalıdır: 
– ailə-məişət zəminində cinayət törətmiş şəxslərin psixoloji 
xüsusiyyətləri (sosial-demoqrafik, mənəvi-psixoloji əlamətləri
məhkumluğu və s.); 
– zərərçəkmişin viktimoloji xüsusiyyətləri; 


78
– cinayətin törədilməsinə səbəb olan konkret həyat şəraitinin 
xüsusiyyətləri; 
– ailə-məişət zəminində törədilən cinayətlərin xəbərdar edil-
məsi üzrə DİO əməkdaşlarının fəaliyyətinin nəticələri. 
Ailə-məişət zəminində törədilən cinayətlərin qarşısı alınan za-
man həyata keçiriləcək tədbirlərin effektivliyi fərdi profilaktiki 
işin istiqamətindən daha çox asılıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə