Microsoft Word Vuqar ders vesaiti 2017


məişət zəminində törədilən cinayətlər dedikdə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   144
386 in.fealxh ders vesaiti

məişət zəminində törədilən cinayətlər dedikdə
məişət sahəsndə yaranan, uzunmüddətli münaqişə formasında 
mövcud olan, insanların həyat və sağlamlığına, şərəf və ləyaqəti-
nə, mülkiyyətinə və ictimai qaydaya qəsd edən ictimai təhlükəli 
əməllərin cəmi başa düşülməlidir. 


75
Ailə-məişət zəminində törədilən cinayətlərin səciyyəvi əlamət-
ləri aşağıdakılardır: 
1. Ailə-məişət zəminində törədilən cinayətlər ailə, qohumluq, 
dostluq, qonşuluq münasibətləri prosesində yaranır və şəxsi mü-
nasibətlərlə bağlı törədilir. 
2. Bu növ cinayətlərin törədilməsində əsas səbəblərdən biri zə-
rərçəkmişin münaqişənin daha da qızışdırılmasına yönəlmiş təhri-
kedici hərəkətlərdir. 
3. Ailə-məişət zəminində törədilən cinayətlər münaqişəli şəra-
itlərin inkişafının nəticəsi olaraq baş verir. 
4. Ailə-məişət zəminində törədilən cinayətlər bir çox hallarda 
xuliqanlıq hərəkətləri ilə, zorakılıqla və s. ictimai qayda pozuntu-
su halları ilə müşayiət olunur. 
5. Ailə-məişət zəminində törədilən cinayətlər uzun müddətli 
münaqişənin nəticəsində baş verdiyi üçün aşkar şəraitdə törədilir 
(ətrafdakı insanlar münaqişənin təfərrüatları barədə daha çox mə-
lumatlı olurlar). 
Ailə-məişət zəminində daha çox qəsdən adam öldürmə, özü-
nün öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vur-
ma, qəsdən sağlamlığa az ağır zərər vurma, döymə, işgəncə ver-
mə, qanunsuz azadlıqdan məhrum etmə, əmlakı qəsdən məhvet-
mə və ya zədələmə, xuliqanlıq və s. kimi cinayətlər törədilir. 
Bəzi mütəxəssislər odlu silahı diqqətsiz saxlama kimi cinayəti 
də ailə-məişət zəminində törədilən cinayətlər sırasına aid edirlər. 
Lakin bu fikirlə razılaşmaq olmaz, çünki, ailə-məişət zəminində 
törədilən cinayətlərin əsasını məişət konflikti təşkil edir. Qeyd 
edilən cinayət əməlində isə məişət konflikti mövcud deyil və bu 
səbəbdən də ailə-məişət zəminində törədilən cinayətlərin sırasına 
aid edilə bilməz. 
Ailə-məişət zəminində cinayətlərin əksəriyyəti şəhərlərdə, şə-
hər tipli yaşayış məntəqələrində törədilir. Şəhərdə daha çox şəx-
siyyət əleyhinə olan cinayətlər, kənd yerlərində isə əmlakın qəs-
dən məhv edilməsi ilə bağlı cinayətlər törədilir. Bu hal şəhər yer-
lərində ailə münasibətlərinin daha çox anonim xarakter aldığını 
və sosial nəzarətin zəif olduğunu göstərir. 


76
Ailə məişət zəminində törədilə cinayətlərin əksəriyyəti mənzil-
lərdə axşam və gecə vaxtı törədilmişdir. Bu növ cinayətlərin qur-
banları əksər hallarda, uşaqlar və qocalar olmuşdur. Yetkinlik ya-
şına çatmayanlar və qadınlar tərəfindən çox az hallarda ailə-məi-
şət zəminində cinayətlərin törədilməsi hallarına təsadüf edilir. 
Ailə-məişət zəminində törədilən cinayətlər bir çox hallarda la-
tent qabarıq və yaranmış vəziyyətdə polis orqanlarının hadisələrə 
müdaxiləsi qeyri-mümkündür. Bəzi hallarda ailə üzvlərinin qo-
humluq əlaqələrinin olunması ya tərəflərin biri öz ailəsinin dağıl-
masının qarşısını almaq istəyi cinayət faktının gizli qalmasına sə-
bəb olur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə