Microsoft Word Vuqar ders vesaiti 2017


Hüquq qaydasının təmini üzrə İctimai Şuranın məqsəd və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   144
386 in.fealxh ders vesaiti

 
Hüquq qaydasının təmini üzrə İctimai Şuranın məqsəd və 
vəzifələrindən irəli gələrək aşağıdakı fəaliyyət formaları vardır: 
1.
Polis əməkdaşları ilə görüşlərin keçirilməsi. 
2.
Tanınmış hüquqşünaslar, pedaqoqlar, idmançılar və incəsə-


72
nət xadimləri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndə-
ləri ilə görüşlərin keçirilməsi. 
3.
Vətəndaşların qəbulunun təşkili. 
4.
Kütləvi informasiya vasitələri ilə əlaqələrin yaradılması. 
5.
Polisin fəaliyyəti barədə əhalinin rəyinin öyrənilməsi. 
6.
Polisin fəaliyyətinin təkmilləşdirilməsi və əhali ilə əlaqələ-
rinin möhkəmləndirilməsi barədə təkliflərin verilməsi. 
7.
Yaşayış məntəqəsi daxilində idman yarışlarının təşkili. 
8.
İnzibati sahədə yaşayan əhali üçün «açıq qapı» günlərinin 
keçirilməsi. 
9.
«Nümunəvi məhəllə» və «Nümunəvi bina» adı altında mü-
sabiqələrin təşkili. 
Hüquq pozmaların profilaktikası sahəsində uğurlu layihələrdən 
biri cinayətlərin, yol-nəqliyyat hadisələrinin, ictimai qaydanın və 
ictimai təhlükəsizliyin pozulmasının qarşısının alınmasında bö-
yük rolu olan və paytaxt ərazisinə videonəzarəti təmin edən 
«Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tət-
biqini göstərmək yerinə düşərdi. 
Daxili işlər orqanlarında aparılan islahatlar təbii ki, insan hü-
quqlarının təminatı üçün önəmlidir və öz müsbət nəticəsini verir. 
Lakin dünya təcrübəsi göstərir ki, ölkənin hüquq mühafizə siste-
mi nə qədər təkmil olsa belə, cəmiyyətin demokratiya və hüquqi 
mədəniyyəti zəifdirsə və o, ictimai asayişin mühafizəsini yalnız 
polisin vəzifəsi hesab edərək özünü bu işdən kənarlaşdırarsa, 
yüksək nəticələr əldə etmək olduqca çətindir.
Uzun illər elmdə belə bir mövqe olubdur ki, cinayətkarlığa 
qarşı səmərəli mübarizə aparmaq üçün cinayətlərə görə sanksiya-
lar ağırlaşdırılmalı, polisin sayı isə artırılmalıdır. Lakin təcrübə 
bu elmi hipotezlərin qeyri-rasionallığını sübuta yetirdi. Bu gün 
artıq heç kəsdə şübhə doğurmur ki, ictimai asayişin, insan hüquq-
larının mühafizəsində cəmiyyətin də rolu danılmazdır. Bu baxım-
dan ölkəmizdə ictimai asayişin mühafizəsində səmərəli fəaliyyəti 
təmin etmək məqsədi ilə daxili işlər orqanları ictimaiyyəti də bu 
işə cəlb etmək üçün müəyyən tədbirlər görür. Azərbaycanda hə-
yata keçirilən «İctimai polis» layihəsini bu əməkdaşlığın bariz 
nümunəsi kimi göstərmək olar. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə