38
masının təmin edilməsindən ibarətdir.
Polis orqanının rəisi naryadları şəxsən və tabeliyində olan vəzi-
fəli şəxslər vasitəsi ilə idarə edir. Naryadların operativ idarə olun-
ması polis orqanlarının növbətçiləri tərəfindən həyata keçirilir.
Naryadların idarə olunması aşağıdakılarla təmin edilir:
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
olunmasına dair qərar qəbul olunması;
- qüvvə və vasitələrin hazırlığı;
- tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
olunması üzrə xidmətin aparılmasına nəzarət;
- naryadların fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndi-
rilməsi.
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
olunmasına dair orqan rəisinin qərarı
bu vəzifəni yerinə yetirən
naryadların idarə olunmasına əsasdır.
Tutulmuş və ya həbs edilmiş şəxsləri mühafizə edən naryad-
ların vəzifələri.
MSY üzrə növbətçi (və ya köməkçisi) saxlanılan
şəxsləri mühafizə edən naryadlara rəhbərlik edir və onlara həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Ştat
cədvəlində MSY üzrə növbətçi nəzərdə tutulmayan polis orqanla-
rında bu vəzifəni həmin orqanın məsul növbətçisi həyata keçirir.
MSY-nin növbətçisinin vəzifələri:
1. daxili intizam qaydalarına uyğun olaraq tutulmuş və ya həbs
edilmiş şəxslərin MSY-yə qəbul olunmasını və saxlanılmasını tə-
min etmək;
2. saxlanılma müddətlərinin qurtarması barədə MSY-nin rəisi-
nə vaxtında məruzə etmək, həbs edilmiş şəxslərin şəxsi işlərini
tərtib etmək. Həbs olunmuş şəxsin şəxsi işində aşağıdakı sənədlər
toplanılmalıdır:
- cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında
protokol;
- məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı;
- şəxsin barəsində azadlıqdan məhrumetmə növündə
cəza təyin
edildikdə, hökmdən çıxarış;
- sağlamlıq haqqında tibbi arayış (tibb kitabçası);
39
- anket məlumatları;
- daktiloskopik məlumatlar;
- şəxsi axtarış haqqında protokol;
- şəxsiyyəti
təsdiq edən sənədin surəti;
- daxili intizam qaydaları ilə müəyyən edilmiş sənədlər.
3. naryadın öz xidməti vəzifələrini bilməsini, onların lazımi
vasitələrlə təchiz edilməsini və mühafizəçilərin dəyişdirilməsini
şəxsən yoxlamaq, gündüz 2, gecə 3 dəfədən az olmamaq şərti ilə
növbətçi naryadın xidmətini yoxlamaq, ciddi nəzarət edilməsi tə-
ləb olunan şəxslər
barədə naryada məlumat vermək, MSY-nin
avadanlığının, rabitə, siqnalizasiya və elektrik vasitələrinin işlək
vəziyyətdə olmasını
yoxlamaq;
4. tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılma-
sı barədə qərar qəbul etmək, onların kameralardan çıxarılmasında
şəxsən iştirak etmək, kameraları şəxsən açıb-bağlamaq, açarları
özündə saxlamaq. Gəzintidən sonra kameraların və gəzinti həyəti-
nin qapılarının qıfılla bağlı olmasını
şəxsən yoxlamaq;
5. növbətçi ekspert-kriminalist tərəfindən tutulmuş və ya həbs
edilmiş şəxsin əl-barmaq izlərinin götürülməsini və izlərin bir
nüsxəsinin DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarə-
sinə göndərilməsini təmin etmək;
6. tutulmuş və ya həbs edilmiş şəxslər
tərəfindən daxili intizam
qaydalarına riayət olunmasını təmin etmək, bu məqsədlə onların
şəxsi axtarışını aparmaq, onlara məxsus əşyaların yoxlanılmasını
təşkil etmək, MSY-dən qaçmağa hazırlıq haqqında alınan hər bir
məlumatı yoxlamaq və müvafiq tədbir görmək;
7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılan
müddətdə qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə etmə-
lərini təmin etmək;
8. MSY-nin bütün otaqlarında, dəhlizlərdə və gəzinti həyətin-
də daxili intizam qaydalarına və təmizliyə riayət olunmasına nə-
zarət etmək, orada kənar şəxslərin, basqın və qaçma hallarında is-
tifadə edilə biləcək əşyaların olmasına
yol verməmək, tutulmuş
və ya həbs edilmiş şəxslərdən hər gün kamera üzrə növbətçilər tə-
yin etmək;
40
9. xidməti sənədlərin və blankların, qandalların, texniki vasitə-
lərin, avadanlığın mühafizəsini təmin etmək;
10. növbə ərzində baş vermiş hadisələr barədə MSY-nin (polis
orqanının) rəisinə məruzə etmək.
Dostları ilə paylaş: