Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   144
386 in.fealxh ders vesaiti

 
§ 3. Tutulmu
ş
 v
ə
 h
ə
bs edilmi
ş
 
şə
xsl
ə
rin müv
ə
qq
ə
ti saxlama
yerl
ə
rind
ə
saxlama rejiminin t
ə
min edilm
ə
si. 
Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqlarıkamerala-
rın qapıları ancaq növbətçi tərəfindən kameraların qarşısındakı 
post xidmətçisinin iştirakı ilə açılır. 
Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı hallarda ka-
meralardan çıxarılırlar: 
- MSY-nin istintaq və görüş otaqlarına, gəzinti həyətinə, ümu-
mi sanitar qovşağına aparılarkən (kamerada sanitar qovşağı işlə-
mədikdə); 
- sanitar-təmizləmə keçirilərkən; 
- MSY-dən azad olunarkən
- başqa kameraya köçürülərkən, kamerada axtarış aparılarkən, 
təbii fəlakət və fövqəladə hadisə ilə bağlı. 
Tutulmuş və ya həbs edilmiş şəxslər kameralara onların yaşı, 
cinsi, əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmaqla yerləşdirilir. 
Aşağıdakı tutulmuş və ya həbs edilmiş şəxslər həbs yerlə-
rində ayrı saxlanılırlar: 
- qadınlar kişilərdən; 
- yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan; 
- ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrum 
etmə yerlərində cəza çəkmiş şəxslərdən
- tutulmuş və ya həbs edilmiş şübhəli və ya təqsirləndirilən şəxs-
lər, barəsində qanuni qüvvəyə minmiş hökm olan məhkumlardan; 
- cinayət prosesini həyata keçirən orqanın göstərişi ilə eyni ci-
nayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət 
təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslər bir-bi-
rindən; 


44
- tutulmuş və ya həbs edilmiş məhkəmə və hüquq mühafizə or-
qanlarının işçiləri və ya həmin orqanların sabiq işçiləri digər tu-
tulmuş və ya həbs edilmiş şəxslərdən; 
- tutulmuş və ya həbs edilmiş şəxslər onların həyat və ya sağ-
lamlığına təhlükə törədən digər tutulmuş və ya həbs edilmiş şəxs-
lərdən (həbs yerinin müdiriyyətinin və ya cinayət prosesini həyata 
keçirən orqanın qərarı ilə); 
- ağır yoluxucu xəstəliyə düçar olmuş və ya xüsusi tibbi nəza-
rətə ehtiyacı olan tutulmuş və ya həbs edilmiş şəxslər tibbi rəy 
əsasında sağlam şəxslərdən, zərurət olduqda isə bir-birindən; 
- özü və ətrafdakılar üçün təhlükə törədə biləcək kəskin psixi 
vəziyyətdə olan tutulmuş və ya həbs edilmiş şəxslər onlar üçün 
nəzərdə tutulan xüsusi kameralarda təcrid edilməklə digər şəxs-
lərdən. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə