37
nə xidmətə götürülməsi, habelə müşayiət dəstəsinə cəlb olunması
qadağandır.
Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün daxili,
xarici, daimi, müvəqqəti, 1, 2 və 3 növbəli postlar təşkil edilir.
Hər bir posta daimi nömrə verilir. Post cədvəlində mühafizə edi-
lən obyektlər və naryadın əsas vəzifələri qeyd olunur. Mühafizəni
gücləndirmək üçün əlavə postlar da qoyulur.
Gündəlik postların sayı və növü, onların yerləşdirilməsi, çıxa-
rıcıların və müşayiət dəstəsinin əməkdaşlarının sayı «Müvəqqəti
saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»na
əsasən növbətçi tərəfindən «Müvəqqəti saxlama yerində xidmətə
çıxan naryadların post cədvəli kitabı»nda qeyd olunur və hər gün
polis orqanının rəisi tərəfindən təsdiq edilir.
Daxili postlar kameraların qarşısında,
xarici postlar MSY-nin
yerləşdiyi binanın ətrafında, müvəqqəti postlar gəzinti həyətində,
idman meydançasında və televiziya verilişlərinə baxılan otaqda
təşkil edilir.
Şəxslərin kameralardan çıxarıldığı
və MSY-nin daxilində bir
yerdən başqa yerə aparıldığı vaxt onların mühafizəsi üçün çıxarı-
cılar təyin edilir.
MSY üzrə növbətçiyə, daxili postlardakı
post xidmətçilərinə
və çıxarıcılara tabel silahı verilmir.
Tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına,
səhiyyə müəssisələrinə,
məhkəməyə, dəyişdirmə məntəqələrinə,
eləcə də istintaq hərəkətləri aparılan əraziyə müşayiət olunmaları
ilə bağlı müşayiət dəstəsinin rəisindən, rəis müavinindən, müşayiət
olunan şəxslərin sayından asılı olaraq bu Təlimatla müəyyən olun-
muş sayda müşayiətçilərdən və xüsusi təyinatlı
avtomobilin polis
nəfərindən (sürücü) ibarət müşayiət dəstəsi yaradılır.
Dostları ilə paylaş: