Microsoft Word Vuqar ders vesaiti 2017


Post-patrul xidmətinin Nizamnaməsinə əsasən xidmətə tə-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   144
386 in.fealxh ders vesaiti

Post-patrul xidmətinin Nizamnaməsinə əsasən xidmətə tə-
yin olunmuş naryadların aşağıdakı hüquqları vardır: 
– hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiy-
yət və ictimai qayda üçün təhlükə törədən və onlara şərait yara-
dan hərəkətlərə son qoyulmasını tələb etmək; 
– cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəx-
siyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq; 
– məhkəmənin (hakimin) müvafiq qərarı olmadan cinayət və 
digər inzibati xəta törətmiş, yaxud törədilməsində şübhələnilən 
şəxsi aşağıdakı hallarda tutmaq


31

şəxs cinayət və ya inzibati xəta törədərkən, yaxud törətdik-
dən bilavasitə sonra yaxalandıqda; 

hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər 
məhz həmin cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə; 

şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus di-
gər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati xətanın iz-
ləri tapıldıqda; 
– qanunla müəyyənləşdirilmiş hallarda yaşayış binalarına və 
ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların 
ərazilərinə daxil olmaq; 
– xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayən-
dəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinat-
lı nəqliyyat vasitələri istisna edilməklə, son zərurət vəziyyətində 
hüquqi və fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrində hadi-
sə yerinə getmək, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri tibb 
müəssisələrinə çatdırmaq və cinayət törətmiş şəxsləri təqib etmək 
üçün bu nəqliyyat vasitələrindən istifadə etmək (belə hallarda 
nəqliyyat vasitələri sahiblərinin tələbi ilə onlara dəymiş ziyan po-
lis tərəfindən ödənilməlidir); 
– qanunla müəyyən edilmiş qaydada fiziki qüvvədən, xüsusi 
vasitələrdən və odlu silahdan istifadə etmək
– inzibati xətaya yol verən şəxslər haqqında qanunvericilikdə 
nəzərdə tutulan təbirlər görmək; 
– ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə 
yanadıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaş-
dırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məh-
dudlaşdırmaq və ya qadağan etmək
– cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qul-
luqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələri-
nin komandirlərinə və ya hərbi komissarlıqlara təhvil vermək; 
– ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin 
olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstə-
ləri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb 
müəssisələrinə gətirmək; 
– qanunla müəyyənləşdirilmiş hallarda və qaydada təyin olun-
muş tərbiyəvi xarakterli məcburi tədbirlərdən yayınan yetkinlik 


32
yaşına çatmayan şəxsi tutmaq və xüsusi tərbiyə müəssisəsinə gə-
tirmək; 
– saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyə-
dən çaxırılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, mad-
dələri, materialları və qurğuları gbtürmək; 
– qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada nəqliy-
yat saitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna 
dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq, sərxoş və-
ziyyətdə olan və ya sürücülük vəsiqəsi olmayan şəxsləri nəqliyyat 
vasitəsinin idarə edilməsindən kənarlaşdırmaq; 
– nəqliyyat vasitəsini idarə edən şəxs və onunla birlikdə olan 
sərnişinlər tərəfindən cinayət törədilməsi haqqında dəqiq məlu-
mat olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cina-
yət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini tə-
qib etmək. 
Toxunulmazlıq hüququna malik olan xarici vətəndaşların polis 
orqanına gətirilməsi qadağandır. Polis orqanına gətirilən hüquq-
pozmaya yol vermiş hər bir şəxs haqqında raportla məruzə olunur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə