Microsoft Word Vuqar ders vesaiti 2017


Müvəqqəti saxlama yerlərində saxlama müddətləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   144
386 in.fealxh ders vesaiti

Müvəqqəti saxlama yerlərində saxlama müddətləri: 
- Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ye-
rinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cə-
za növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cə-
zadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin 
həlli üçün tutulmuş şəxs ən geci 7 gün ərzində, digər hallarda isə 
tutulma anından ən geci 48 saat keçənədək (bu müddətdə həbs 
qətimkan tədbirinin seçilməsi və tutulma müddətinin uzadılması 
barədə qərar qəbul olunmazsa) müvəqqəti saxlama yerində saxla-
nıla bilər. 
- Məhkəmə qərarına əsasən həbs edilmiş şəxs müvəqqəti sax-
lama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitə-


36
nədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat 
vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən 
müddətə daxil deyildir). 
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 
120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 
220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri 
ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndiri-
lən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya top-
lanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı 
maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində hə-
yata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin 
əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbər-
liyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin 
qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər. 
- İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən 
uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş 
şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ol-
duqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, 
həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdır-
maya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə 
icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 
gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəq-
qəti saxlama yerinə keçirilə bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə