Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
61 
 Ağız (dəhən) da bu mənada dodaqla eyniləşdirilir“nöqteyi-
pünhan”(“Ağzına nüqteyi-pünhan dedilər, gerçək imiş” 
(94,275)), “miftahi-qeyb”(“qeybin açarı”),  xilqətin yaradılış va-
sitəsi kimi dərk edilir.  
 Göz – bəsirət vasitəsi, “ayətullah”(“Allahın nişanəsi”), həq 
kitabıdır. Nigarın məstanə gözləri cahana qülqülə salmış, sərxoş 
gözlərinin piyaləsindən dünya başdan-başa sərxoş olmuşdur: 
 
Qaşındır vəhy, eynin ayətüllah. (94,86) 
. . . Düşdü cəhanə qülqülə fitnəli nərgisindən uş. (94,171) 
. . . Sənin məstanə eynin sağərindən 
Cəhan sərtasəri məstan deyilmi?(94,76)  
 
Qədd (qamət, boy) –  “Cəllə  cələllahü”dür (“uca zatı 
ucalıqlarla anılsın”), tubadır, həqiqət sirridir, sidrədir və s.  
Yanaq  “mətləül-ənvar”, (“nurlar qaynağı”),  Alın –“Əş-
Şəms” (Quranın 91-ci surəsi), “nəsrin-minəllah”dır.  
 Diş – mənalar gövhərinin mədənidir, “vəs-sin”dir. Laməkanı 
seyr edən, binişanı görə bilən maddi cövhərdir. Dişlərin sayı 
hürufi yozumda fars əlifbasındakı 32 hərfə işarə kimi qəbul edilir: 
 
Gövhəri-dürri-məani dişlərin,  
Seyr edər ol laməkani dişlərin,  
Gördü çün kim binişani dişlərin,  
Otuz iki gizli kani dişlərin. (92,595) 
 
Ümumiyyətlə, Nəsiminin  əqidəsinə görə Allah-taala özünə-
bənzər xəlq etdiyi İnsanı yaradarkən onun camalına hüsn ünsürlə-
rinin timsalında Quranın surə və ayələrini nəqş etmişdir. Obrazlı 
şəkildə desək, bu müqəddəs ilahi kəlamlarla onun camalını bəzə-
mişdir:  
 
 Ji-vü jale, çeşmü əbru zülfü rüx, bu xəttü xal,  
 Müshəfü-həqdir müəyyən gər oxursan taliba. (92,529) 
 . . . Gözünə “Vən-Nəcm”ü yazdı, qaşına “Vən-Naziat”,  
Yaqub Babayev 
 
62 
 Alnına “nəsrün-minəllah”, görünür eynül-yəqin. (92,175) 
 
 - İnsan çeşidli qeybi varlıqlarla eyniyyət təşkil edir: 
 Mütəfəkkir  şairin  İnsan konsepsiyasının bu fazası  “Aləmul-
qeybəm”, vücudəm, həm anın dəryasiyəm”(92,418)  inancından 
başlayır. Sonra təlvin (haldan-hala,  şəkildən-şəklə düşmə, dəyiş-
mə) yolu ilə qeybi aləmin dini təsəvvür və təfsirlərdəki rəngarəng 
həqiqətlərini  əhatə edir. Adəm övladının batini mənada vəhdəti 
ilk növbədə  cəmi xilqətin yaradılış vasitəsi olan sözə-kəla-
ma(“kon”) bağlanır. Sonra nitqi-ilahi olan vəhy, onu gətirən 
mələk, qüdsi ruhdan uzanıb maddi zamanın son çağına – həşr gü-
nünə,  əməllərin saf-çürük ediləcəyi hesab saatına və bunu xəbər 
verəcək sura qədər gedib çıxır:  
 
 Həm kəlamam, həm mələk, həm vəhy, həm ruhül-qüdüs,  
 Həm hesabın saəti, həm yövmi-həşrin suriyəm.  
(92,420) 
 
 Bu intəhasız məsafə və mənəvi məkanda İnsanın eyniləşdiril-
diyi qeybi varlıqların özü də  rəngarəngdir. Bütün olmuşların və 
olacaqların, qəzavü-qədərin yazıldığı ilahi kitab lövhi-məhfuz, hə-
min yazının həkkolunma vasitəsi rolunu oynayan qeybi qələm və 
mürəkkəb (dəvat), Tanrı ilə ilkin əhd günü “bəzmi-əzəl”,  orada 
içilən ilkin eşq badəsi  (“cami-ələst”)  və ilahi eşqin məsti və 
məxmuru ərş ilə kürsü, cənnət, onun bağçası, huri, mələk və qılm-
anı, abi-kövsəri, səlsəbili, dirilik suyu və s. bu silsiləyə daxildir: 
 
Lövhi-məhfuzəm münəqqəş gəlmişəm. (92,600) 
. . . Həm mənəm bəzmi əzəl, həm məndədir cami-ələst,  
Həm şərabi-kövsərəm, həm xəmrinin məxmuriyəm. (92,424) 
. . . Ki sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır. (92,257) 
. . . Cənnətü huri mənəm, Kövsəri Tubi mənəm. (92,494) 
Həmin silsilənin bir elementi də  İnsanların  əməlləri müqabi-
lində cənnət və ya cəhənnəmə keçib gedəcəkləri qeybi hesab kör-
püsü “siratul-müstəqim”dir.  


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
63 
- İnsan kainatdakı (“kövnü məkan”dakı), o cümlədən yer 
üzündəki müxtəlif maddi gerçəkliklərlə, həm mücərrəd, həm 
də konkret varlıqlarla vəhdət təşkil edir: 
Nəsiminin  İnsan konsepsiyasında və  bəşəri obrazın təsvir və 
tərənnümündə mühüm istiqamətlərdən birini təşkil edən bu təma-
yül də hürufilik kredosunun ideoloji qaynaqlarından qidalanır və 
belə bir prinsipə əsaslanır:  
 
Hər nə yerdə, göydə var, adəmdə var.  
Hər nə ayda, ildə var, adəmdə var.  
Hər nə əldə, üzdə var, qəddəmdə var.  
Həq sözün fəhm etməyən adəm də var. (92,585) 
 
 
 Nəsiminin düşüncəsində  və  fəlsəfi-poetik təfsirində  İnsan 
həm ruhi-mənəvi, həm də cismani əzəməti ilə  “tövhidi bür-
han”dır, yəni Haqqın təkliyinin dəlilidir. İnsanın siması və hüsn 
elementləri kimi, onun özü də dörd, (hürufilərdə beş) müqəddəs 
kitabla (Zəbur, Tövrat, Incil, Quran, Cavidannamə), Quranın surə 
və ayələri ilə eyniyyətə malik olub yalnız təzahür fərqinə malik-
dir:  
 
 Lövhü Tövratü Zəbur, Incilü Fürqan, həm Sühəf,  
 Həm kəlami natiqəm, həm rəqqinin mənşuriyəm. (92,421)  
 
 Həmin vəhdət anlayışı  İnsanın camal ünsürləri kimi (bunu 
yuxarıda gördük) daha geniş masştabda onun özünə də şamil edi-
lir. Daha doğrusu, etiqadi-fəlsəfi qənaət və onun bədii bəyanı 
belədir: bəşər övladı qədr, bərat və isra gecələridir; Kəbə və qiblə-
dir; həcc, eydi-əkbər (ramazan bayramı), oruc, namaz, zəkat və s. 
şəri ayin və  əməllərdir; tövhid, din, məzhəb, iman, hədis, aşurə, 
zikr edən və zikr olunandır və s. Nəsiminin ehtiraslı və ehtizazlı 
poetik təlvinlərində  vəcd ilə söylənmiş bu cür bəyanlara tez-tez 
rast gəlirik:  
Həm bəratü qədrü əsra, həm səyamü, həccü eyd,  
Həm mühərrəm, həm mühərrəm şəhrinin aşuriyəm.  
Yaqub Babayev 
 
64 
(92,421) 
. . . Qibləvü iman mənəm, surəti-rəhman mənəm,  
Lövh ilə Quran mənəm, həm orucam, həm səlat.  
(92,494) 
 
Həmin müstəviyə, təbii ki, ilk İnsan və peyğəmbər Adəmdən 
sonuncu peyğəmbərə qədərki nəbilər silsiləsi də daxil edilir. Hə-
min nəbilərə aid əşya, kəlam, hədis, rəvayət, hadisə və əməllər də 
bu sistemə aid edilir. Məsələn, Musa da, onun möcüzələri də, ona 
peyğəmbərlik verilən vadi də, oradakı ağac, ağacdan qalxan şölə, 
eşidilən səs də, Musanın Allahla danışıq apardığı Tur dağı da eyni 
mahiyyətə bağlı  təzahürlər kimi dəyərləndirilir. Hansı ki, həmin 
mahiyyət İnsanı da ehtiva edir.  
 Bütün kosmik düzən və səma cismləri – Günəş, ay, ulduzlar, 
7 planet, 9 fələk, şəhadət aləminə aid 6 cəhət, 4 ünsür də bəşəri 
həqiqətdən kənarda deyil:  
 
 Yeddi dayə, dörd ana, doqquz atadan bərü 
 Həşşü çəharü pəncəm uş yenə şeş cəhatəm. (92,397) 
 . . . Əncüməm, xurşidi-xavər, həm kəvakibi-cahan. (92,418) 
 
 Kosmik sistemə daxil olan süfli aləm-cahan, oradakı dörd ün-
sür və ondan hasil olmuş üç mövlud-mədənat, nəbatat və 
heyvanat, onların rəngarəng təzahürləri, nəhayət, zaman və məkan 
da  (Mən dəhrü zəman, zəman mənəm mən  (92, 337)  İnsanla 
eyniyyət təşkil edir. Nəsiminin lirik “Mən”i hər  şeydə özünü 
görür: “Mən” (İnsan) dünyanın nemətləriyəm, məqsədəm, tə-
mənnayam, diləyəm, həftənin günləriyəm, asiman, torpaq, bulud, 
buxar, yağışam. Bətnində həm zəhər, həm də bal gəzdirən arıyam. 
Ins, cin, vəhşi və quşlaram”. Bu qəhrəmanın diqqət mərkəzində 
olan ən başlıca məsələlərdən biri də kəsrət aləminin reallıqlarına 
aid ziddiyyətlər, əksliklər, dialektik vəhdət, gedişat və qütbləşmə-
dir. Elə buna görə də həmin lirik qəhrəmanın hürufi-fəlsəfi düşün-
cəsi və maddi reallığa baxış tərzi belədir: Asi də-fasiq də, mömin 
də-kafər də, dana da-nadan da, tufan da-Nuh da -nicat da, məscid 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə