207
milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik
səviyyəsinə qalxan milliliyin
beynəlmiləlliklə vəhdəti, sintezi o
zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi mə-
kanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xal-
qını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul
edirlər”( Milli “mən” şüuru və etnik yaddaş- azərbaycançılıq.
“Kredo” qəzeti, 8-23 mart, 2002).
Nəhayət Y.Qarayev “yaxın Şərq, islam miqyasında ədəbi-
mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü.
Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlman-
ların dirçəlməsi və tərəqqisi ümumiyyətlə mümkündürsə, bu
hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə
olmalıdır”( Fikrin karvanı (məqalələr toplusu). Bakı, “Yazıçı”
nəşriyyatı, 1984, səh.178). Din özündə təkcə şəriət
məsələlərini
və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər,
doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dün-
yada baş verən “İslam partlayışı” dinin nə qədər sosial-siyasi
və ideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi. Sübut
olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında
din fəal və intensiv, aparıcı amil ola bilər.
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü
dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də
sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura
böyük və əvəzsiz təsiri var.
Bədii-estetik düşüncənin, onun elmi-
tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı
keçid dövrü kimi xarakterizə olunan 90 -cı illərdə Yaşar Qa-
rayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-
nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü,
ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi
mənalana bildi. O, böyük bir imperiyanın çökümündən şaşıran
ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermə-
di, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə
onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkan-
larına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri
fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.
208
* * *
Yaşar Qarayevin ölümündən on ilə yaxın bir vaxt keçir. Bu
on
ildə çox şey, bəlkə də hər şey dəyişib, dəyişməyən isə bircə
şey olub. Bu böyük şəxsiyyətin hələ sağlığında qazandığı adın
hörmətlə yad edilməsi qədirşünaslığı, bir də əvəzedilməz alim
dühasının hələ ki, onun adı ilə bağlılığı həqiqəti. Bu yetirmi?
Təbii ki, yox. Vaxtilə Yaşar Qarayevin ədəbiyyatımızın tarixi
ilə bağlı səsləndirdiyi sual indi onun öz irsinə münasibətdə
qoyulan məqsədin məramına çevrilməlidir: Bütün yaradıcılığı
boyu Yaşar Qarayev Azərbaycan ədəbi-bədii, elmi-nəzəri fik-
rinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi,
bədii dəyər
və sərvətlərlə onu zənginləşdirib? Əlbəttə, bu suala cavab ver-
mək bir neçə məqalənin, yaxud ustadın irsini tədqiqat pred-
metinə çevirəcək monoqrafiyaların işi deyil. O zamandan və
sözdən uca olmağın şərəf simvoludur. Hər gələn nəsil tarixi
yenidən oxuduğu kimi, hər gələn zaman də Yaşar Qarayev
dühasının açılmayan hüdudlarını, gizlinlərini bəlli
etməyə gücü
çatacaq hünərməndlər yetirəcək. Hələliksə, ədəbiyyatımızın
əbədiyaşar Yaşarının ruhuna, imzasına sayğımız obyektivliyi
meyar edən qələmlərimiz və içimizdən bir ömür kimi keçirə
biləcəyimiz ədəbiyyat sevdamızdır.
211
SƏNƏT ORBİTİNDƏ GÖRÜŞƏN YOLLAR
(
Aydın Talıbzadənin «Ustad və Ayna: ruhun, çinarın və
telefonun ekran estetikası» kitabı haqqında)
Yəqin ki, insanı sənət axtarışlarına sövq edən qüvvə onun
içindəki təlaşı-tanrını dərk etmək, kosmik ucalığa yetmək istə-
yidir. Çünki Tanrı adlı məchulluğun dərki o yerdə labüd olur
ki, orada dünyanın qapalı çevrəsindən təcrid olunub sənətdə
kamilliyin zirvələrini fəth etməyə can atan sərhədsiz ruhun əsi-
rinə çevrilirsən.
Bu mənada, sənət sirlərinə vaqif olmaq naminə
edilən fasiləsiz axtarış dövriyyəsini həm də İlahinin dərkinə
aparan mənəvi merac hesab etmək olar. Belə sehrin əbədi
məhvərində yaranan məhrəmlik və təmasın özünün isə sonda
doğuracağı dəyər təzahürü, ehtiva edəcəyi mütləq bir qanuna-
uyğunluq var: o zaman ki, dünyanın adiliklərindən ayrılıb
sənətin qeyri-adiliklərlə dolu burulğanına düşürsən,
onun əzab-
larını da artıq İlahidən gələn dərd bilib şirin sayırsan, mənən
böyüyür, yetkinləşirsən… o anda irəlilədiyin sənət yollarında
qazandığın yüzlərlə mükafatdan bircəsi sənə daha ali, daha
doğma və əziz görünür – Ustad adı. Yalnız bu adı Tanrının da
səninlə birgəliyinin zəmanəti, ondan əta olan bəxşiş kimi
qarşılayıb əmin olursan ki:
“Yol Getmək İbadətin Bir Formasıdır”.
“Ustad və Ayna” müqəddəs yolçuluğun şirin əzabından
ərsəyə gələn ömür kitabıdır.
Kitabın qəhrəmanı, artıq ustad adını almış Ramiz Həsənoğlu
və onunla eyni mənəvi məkanı bölüşən Aydın Talıbzadə…
Onların hər ikisi öz yolları olan və bu yolla irəliləyən sənət-
karlardır. Fəqət hər iki yolun son ucu sənət adlı müqəddəs
mehraba dirəndiyindən onların da yolları burada kəsişir və qo-
vuşur. “Yolların görüşməyinin mütləqliyinə mən inanıram”.
Necə ki, bu yol ötən yüzilliyin ilk çərəyində iki dahini -
M.Füzulini və Ü.Hacıbəyovu bir-biri ilə görüşdürmüşdü.