Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   70   71   72   73   74   75   76   77   78

 
268 
kodlaşdığı, mənəvi universumun qorunub saxlandığı yaddaş, 
dünyanıdərk modelidir, 
Əlbəttə,  əsərdə çox şey var. Tarix də, dilçilik problemləri 
də, uzaq yunan mifolojisinin dərin qatlarını sərgiləyən səhifələr 
də, bir çox mübahisəli məqamlara yol açan məqamlar da və s., 
və i. Amma mən nədənsə bu romanı bir sevgi romanı, ülvi 
məhəbbət tarixçəsi kimi oxudum. (“onun “sağ ol”u xudahafiz 
demək deyildi”.) Nə uzaq Stiks çayı, nə yaddaş müsəccəməsi 
olan (mərhəmətli) Xaron, nə  də  əsərdəki ana mövzu-Çiçəkli 
yazı- onların heç biri məni  əsərdəki sevgi tarixçəsi qədər 
tərpətmədi. Bəlkə gerçəkdən elə “əsl tarix elə budur”?! 
 
 
 
 


269 
HİCRAN DƏNİZİNİN BƏYAZ SAHİLİ 
 
(Teymur Kərimlinin “Hicran ömrü” kitabı barədə
 
Türk dünyasının ölməzlərindən olan Nazim Hikmət dostu, 
sirdaşı olan Mikayıl Rəfiliyə həsr etdiyi şeirində yazırdı: 
 
Şair ola bilərdin, professor oldun. 
Amma məsələ bunda deyil. 
 
Nədənsə eyni fikri əlimdə olan bu kitabı,  ədəbiyyatşünas 
alim Teymur Kərimlinin “Hicran ömrü” adlı  şeirlər kitabını 
oxuyarkən beynimdən keçirdim. Amma təəssüf eləmədim. 
Çünki T.Kərimlinin  şair kimi görünməməyi poeziya üçün 
itkidirsə də, onun alim kimi fəaliyyəti bizim ədəbiyyatşünaslıq 
elmimizə, klassik dəyərlərimizin təbliği və  tədqiqi istiqamə-
tində nailiyyətlərimizə bir qazancdır, başucalığıdır. O qədər ki, 
hətta bu gün ədəbiyyatşünasların içərisində belə onun inkişaf 
dövrlərinə, mərhələlərinə müvafiq qütbləşmə, tədqiq elədikləri 
zamana və sənətkar irsinə qapılıb daralma gedirkən T.Kərimli 
xiridarı olduğu klassik ədəbiyyat qədər onun çağdaş dövrü, 
ədəbi prosesi haqqında dəqiq və səlis fikir yürüdə bilir. Alimin 
yeni dövrdə çapdan çıxan “Nizami və tarix”, “Görünməyən 
Füzuli” kitabları  əslində yeni düşüncə, təfəkkür quruculuğu 
prosesindəki elmi çabasından, klassika ilə çağdaşlığın qovuşu-
ğundan hasilə gələn mətnlərdir. Məlumdur ki, keçid dövrü kimi 
xarakterizə olunan 1990-cı illərdə klassik irs yeni ədəbi və 
mədəni quruculuq üçün, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü 
üçün mühüm əhəmiyyət daşıyırdı  və yeni zamanın irəli 
sürdüyü problemlərin həlli və  təhlili təlabatı klassik irsi milli 
dəyərlər işığında, azad təfəkkür məcrasında “oxumağı” mütləq-
ləşdirirdi. T.Kərimlinin bu dövrdə çap olunan “Nizami və ta-
rix”, “Görünməyən Füzuli” kitablarında  əbədi “insan-zaman”, 
“Tanrı-mən”, “həyat-ölüm” kimi məsələlərinin rakursunun 
tapılmasına, onların dövrün mürəkkəb və təzadlı proseslərində, 


 
270 
harmoniya və mənəvi kamillik axtarışlarında iştirak edən milli 
sərvət kimi qiymətləndirilməsinə uğurlu bir cəhd vardı. Birinci 
kitabda müasir tarix dəyişən xronotopun indisində obyektiv 
təcrübələr məxəzi kimi qiymətləndirilir və Nizami irsi bu zə-
mində enerji mənbəyi kimi xarakterizə olunurdusa, ikinci kitab 
başqa bir dahi- Füzuli tilsiminin “tozunu silməyə” yönəlmiş 
missiya idi. O qədər ki, şair haqqında mövcud olan ”bu dünyadakı 
şerlərin əksəriyyəti görünən torpaqların və ən yaxşı halda görünən 
göy üzünün şeridir. Füzuli şeri isə görünməyən göy üzünün 
şeridir” (Vaqif Bayatlı Odər) kimi fikirləri təqib qılaraq, eyni 
zamanda füzulişünas kimi “puzxənd” eyhamlara giriftar olmamaq 
nədənindən görünməyən göy üzünün şairini məhcul, sirli-sehirli 
dünyanın adamı kimi təqdim etməyi özünün əməl borcu bilirdi. 
Kitabın hətta adında ehtiva olunan qayəsi isə milli-mədəni ruhun 
Füzuli müəmması önündə hələ də çaşqınlığına bir işarə olmaqla 
yanaşı bu dürlü varlığı naşı  və diletant yanaşmaların cəngindən 
almağa yönəlmiş mübarək addım idi.  
“Hicran ömrü”sə alimin başqa, mənəvi-ruhsal dünyasını sər-
giləyən bir ömür kitabıdır. Alimliklə ruhun qidasını doyurmaq 
olmur axı, neyləyəsən ki, ürək dediyimiz nəsnə yalnız şeir dili-
nə yuvasından çıxır və bu məqamda poeziya, şeiriyyat insanın 
ruhi-psixoloji ovqatını  sərgiləyən  ən mahir vasitəyə dönür. 
Əslində, mən şairliyə heç vaxt peşə kimi baxmamışam, şairlik 
poetik yaşam hadisəsidir, insanın iç dünyasınin  şəklidir. Ona 
görə də mübaliğəsiz bütün sənət sahiblərinin peşələrinin yanına 
şair sözü qədər  əlavə olunan, yaxud bu iddiada bulunmağa 
təşnəli olunan ikinci bir təyin yoxdur. Həkim-şair, neftçi-şair, 
riyaziyyatçı  şair, bəstəkar-şair və s.. və i., nə  qədər peşə say-
maq olar, şair sözünün təyini kimi. Təbii, bunlardakı şair sözü-
nü daha əvvələ çıxartmaq da olar, bir şərtlə ki, yazılan seirlərin 
mayasında,  şah damarında istedad olsun, həm bu zaman şair 
adının özü təyin olmaq qüdrətini ehtiva edəsidir.  
“Hicran ömrü”ndəki şeirlər qeyri-adi nəfəsdən, yeni, orijinal 
siqlətdən xəbər vermir. Lakin T.Kərimlinin  şeirlərində poetik 


271 
yaşam var, məna tutumu, duyğulandırmaq gücü inkarolun-
mazdır. Onlarda ilk növbədə, dünyaya, taleyə, insan dəyərlə-
rinə kompleks yanaşma ifadə olunur.. Şeirlərdəki estetik tutum, 
misralardakı dinamika, oxucularla danışıq dili ilə ünsiyyət 
qurmaq səriştəsi pərakəndə, yalnız hansısa misranın künc-
bucağına səpələnmiş halda deyil, bütöv, kompleks yanaşmanın 
təzahürüdür. Bir şey də var, bəlkə də struktur bizə tanışdır, bu 
şeirlər sanki mövcud qəliblər üzərində qurulub, lakin bizə 
həmin tanış olan bu klassik forma –biçimlərə müasirliyin, 
çağdaşlığın nəfəsi qaynayıb-qovuşmuş haldadır.  
 
Deyirlər, məhəbbət cavanlaşdırır,  
Bəs niyə qocaltdı bu sevda məni? 
Saçımı çıxartdı əcəb “ağ günə”, 
Günümü qaraltdı bu sevda mənim. 
 
Giley-güzarımı deyimmi yara? 
Yaramın üstündən vurur min yara... 
Mən hara, əzaba bu dözüm hara?- 
Gözümdə ucaltdı bu sevda məni! 
 
Girmədi könlümə tərk etmək üçün,  
Girdi –can evimi tərpətmək üçün. 
İpək saçlarına bənzətmək üçün, 
Günbəgün saraltdı bu sevda məni.  
 
Şeir bütöv, kompleks münasibətin nəticəsi kimi hasilə gəlir, 
yəni yalnız bir misranın, ayrılıqda, hansısa bir ifadənın uğur 
yükü altında gizlənmir, onun kölgəsində  gəzmir. Məsələn, 
kitabdakı bu şeirə  bənzər poeziyamızda minlərlə, bəlkə daha 
çox nümunələr yazılıb, bu təbii bir prosesdir, ansaq bu şeirdə 
elə bir bakirəlik damarı, sevgi titrəkliyi var ki, bu elə bütün 
səmimi hissli şeirlərin boyuna biçilib. Yəni o damarı tutub ya 
yaxşı yazmaq olar, ya da sadəcə boş vermək, boş buraxmaq. 


 
272 
Şəhriyarın çox sevdiyim “Behcətabad xatirələri “ adlı şeirində 
belə bir beyt var: “ Əzbəs məni yarpaq kimi hicranla saraldıb, 
baxsan üzünə sanki qızılgüldü qızarı”. Ovqatın rənglə  bəyan 
olması, rəngə qarışması, aşiqin üzünə çökməklə onun içini 
sərgiləməsi bayatılarımızdan bu günümüzədək sözün şəkli 
olub, ruhun əhvalını bəyan edən işarə sayılıb  
 
Bir zamanlar sən mənə canımdan yaxın idin, 
Sərin bir bulaq kimi qəlbimə axan idin. 
İndi mən oyanmışam... sən şirin yuxum idin,  
İndi ürəyim yanar, indi gözlərim ağlar. 
Harda qaldı o günlər. harda qaldı o çağlar? 
 
Məni kimsə əyməzdi, məni əyən sən oldun, 
Gül donunu çıxarıb alov geyən sən oldun. 
Bir vaxt “sevirəm” sözün mənə deyən sən oldun; 
O sözü eşidirmi indi başqa qulaqlar?.. 
Harda qaldı o günlər, harda qaldı o çağlar? 
 
Nağıllardan doymadıq, bizə nə dedi gerçək? 
Səni, ey gidi dünya, səni, ey gidi gerçək! 
Vüsal nağıla döndü, hicran -əbədi gerçək.   
Həsrətin acısıdır, indi sinəmi dağlar, 
Harda qaldı o günlər, harda qaldı o çağlar?  
 
T.Kərimlinin şeirlərində klassik şeirin havasından gələn dü-
şüncə tərzi, yazı ədası var və bu hava, havacat o qədət güclü, 
dominant mövqeyə malikdir ki, hətta modern düşüncə konteks-
tindən yazdığı şeirləri belə içində əridir, yox edir. Kitabda əruz 
vəzninin tələbləri səviyyəsində uğurlu poetik nümunələr ortaya 
qoyulub ki, onlar aşiqlik bəlasının yaşantılarını,  əzabı ilə  ərşə 
ucalmaqdan zövq alan sufi-panteist dünyagörüşün ruhi-
psixoloji məqamlarını sərgiləyən nümunələrdir. 
 


273 
Mənim bu zülmə dözən könlüm aslan ər kimidir, 
Nə gizlədim, qaniçən yar da şiri-nər kimidir. 
 
Səninlə olduğum o günlər indi keçmiş olub, 
Gözümdə o günlər lap indilər kimidir. 
 
Şəkər dadıdır, əzizim, sənin o son öpüşün 
O busəni kəsən andan dilim zəhər kimidir. 
 
T. Kərimli qəzəl janrına, onun daxili struktur özəlliklərinə 
yaxşı bələddir. Bu mənada, müəllif qəzəlin kanonlaşmış obraz 
və  məna poliqonuna özünəməxsus dil, sintaksis səviyyəsində 
yüngülvari bir əl gəzdirməklə ona çağdaşlıq donu geydirə bilir. 
Əlbəttə, XXI əsrin çərəyində oturub min il əvvəlin şeir dili ilə 
danışmaq o qədər də asan deyil, yeni zaman yeni düşüncə planı 
gətirməyi zəruri edir, fikirlər, onların ifadəsi və  mənalanması 
da təbəddülatlara, yeni modifikasiyalara məruz qalır. Deyə 
bilərik ki, əgər bu gün flyaş, mesaj, test, amobioz kimi sözlər 
həyatımızın bir hissəsinə, gündəlik yaşantımızın  əsas lüğət 
tərkibinə çevrilibsə, bu halda niyə də poetik lüğət tərkibi, bədii 
sintaksis yenilənməsin. Amma klassika elə klassikadır, özüm-
lülüyü, çoxqatlı lüğət tərkibi də öz yerində, həmişə baqi. Bu 
mənada, demək olar ki, müəllifin ifadə  tərzindəki modernlik 
islahatı yalnız zahiri effekt yaratmaqla məhdudlaşmır, daha çox 
onunla maraqlı  və  mənalı görünə bilir ki, şeirin büsbütün 
məzmun planı dəyişir, istifadə olunan komponentlər biri digə-
rinə uyar və münasib götürülür. Şeirdə ehtiva olunan obrazlılıq 
ümumən məzmun planına tabe tutulur, sevən aşiqin hisslərinin 
tərcümanı olan nəsnələrin hərəkətverici qüvvəsi kimi çıxış edir. 
Nəticədə, T.Kərimli yeni dövr insanının fikir və düşüncələr 
dünyasını, ehtiva etdiyi dünyagörüşü çağdaş Azərbaycan poe-
ziyasında köhnə şeir formasında, amma yeni və fərqli düşüncə 
kontekstində oturuşdura bilir.  
 


 
274 
Sən ilim, ayım, günümsən, gözəlim, göyərçinimsən, 
Elə bil vitaminimsən,-yaşamaq ziyandı sənsiz. 
 
Belədir bu eşqə qayda, nə xeyir verir, nə fayda, 
Bu həyat bir iynə boyda, bu ömür bir andı sənsiz. 
 
Ürəyim yanan mayakdı, gecələr gözüm oyaqdı, 
Yaşamaq çətin sınaqdı, ağır imtahandı sənsiz. 
 
Dururam obaş səhərdən, tutulur sinəm qəhərdən. 
Gicəlir başım da hərdən, - elə bil piyandı sənsiz. 
 
T.Kərimlinin şeirlərində sevgi real, sevən isə ayaqları üstdə 
möhkəm dayanan aşiqdir. Bu şerlərdə gerçəkliyin təbiiliyi, 
ruhsal abstraksiya ilə canlı yaşam stixiyası arasında qanunauy-
ğun bir bağlılıq, rabitə və sintez var. Şair eşq, məhəbbət dün-
yasında can nisar etməyə hazır olduğunu göstərməklə, aşinalı-
ğını  sərgiləməklə  bərabər, bu dünyanın realiyasına da bir 
yaşam ehtirası  təlqin edir. Bu baxımdan, T.Kərimlinin lirik 
“mən”i ayağını yerdən üzmədən sevən, özünü Tanrı, dünya və 
təbiətlə  vəhdətdə  dərk edən obrazdır: Ümuniyyətlə, T.Kərimli 
öz hisslərini-istər ağrı, istər sevinc ovqatında olsun, ifadə 
eləməyə gücü çatan müəlliflərdəndir. Bu güc yalnız elmin yox, 
həm də yaşanılan ömrün halallıq dərəcəsinin, dünyanı müəyyən 
dərk məqamına yetən, içindəki “mən”i mənəvi-ruhani müstəvi-
yə adlayan bir insanın varlıq göstəricisidir. 
 
Şeytan gəlir oğrun-oğrun, 
İnsanı haqdan ayıra. 
Kərəmli ev sahibini 
Əziz qonaqdan ayıra. 
 
Gör kiminən bəhsə-bəhsə
Girib istəyir tələsə, 
İsmayılı qurban kəsə, 
Qoçu bıçaqdan ayıra. 


275 
Biri düzdü min kişidən, 
Gəlir ala din kişidən. 
İmanı mömin kişidən, 
Dumanı dağdan ayıra. 
 
Üzə desə hamı düzü, 
Mərdlərin bir olsa sözü, 
Bacararmı iblis özü, 
Əti dırnaqdan ayıra. 
 
Kitaba ön söz yazan Abuzər Bağırov haqlı olaraq bu şeirləri 
“təbəssümdən mayalanan poeziya” adlandırıb. Yumor əslində, 
T.Kərimlinin  şair üslubunu səciyyələndirən  ən başlıca keyfiy-
yətlərdən biridir. Hansı vəzndə yazılmağından asılı olmayaraq 
bu hiss kitabdakı bir çox yerləri istila eləyib, bu və ya digər 
şəkildə müəllifin ifadə  və yanaşma tərzində dominant xəttə 
çevrilir. Hərçənd “bizim yaddaşımız unutmaq tərbiyəsi alma-
yıb” (Lets), o da ola yaradıcı insanın, söz adamının yaddaşı. Bu 
mənada, keçmişin xatirələrindən qurulan yaddaş hasarı önündə 
gülümsəmək bir qədər zor iş, - bura hopan itkilərin, acıların 
çeşidinə baxın –torpaq, dost, yoldaş itkisinin ağrıları, nahaq 
yerə hicran ömrü deməmiş ki, həyatına...( Füzuli dad çəkdi 
hicran günündən / Mənim qismətimdə hicran ömrü var”, yaxud 
“Həsəd aparıram bəxtəvərlərə / Mənə  qəm yükünü daşıma 
düşdü.”) Amma Əli Kərimin sözlərini bir balaca dəyişib desək, 
yenə  də yaşamağa çoxdur təsəlli... Çətini hicran dənizinin 
hardasa bəyaz sahili olduğuna ümid edərək yaşamaqdır və yenə 
də çətini o sahili axtarıb tapmaqdır... 
 
Bu dünya özü də əbədi deyil
Kosmosda əbədi zaman ömrü var. 
Bütün ömürlərdən uca tutulan  
Nə yaxşı dünyada insan ömrü var. 
 


 
276 
* * * 
“Şair ola bilərdin, professor oldun. 
Amma məsələ bunda deyil” 
 
Məsələ bunda deyil - yazırdı Nazim əfəndi. Məsələ nədəydi 
ki. İstedadda zənnimcə. Çunki ya elə, ya da belə, fərqi yoxdur- 
yetər ki, istedad olsun, yetər ki, seçilmişlərdən olasan. Onda 
yaradıcı insanın səsinin bu göy qübbəsinin altında daim yaşa-
yacağına təsəllisi də böyük olar. 
 
 
 
 
 
 


277 
 
MÜNDƏRİCAT 
 
ƏDƏBI  TƏNQİDİN YARADICILIQ  PROBLEMLƏRİ 
Yeni təfəkkür və ədəbi tənqid ............................................................. 5 
Obyektivlik meyarı ilə ...................................................................... 15 
“Yeni şeir” haqqında estetik-nəzəri fikrin müəyyənləşməsi ............ 21 
Bədii tərcümə: sözün dəyər çalarları, yaxud mənəvi gələcəyin 
sorağında .......................................................................................... 35 
 
POEZİYA  ZAMAN 
“Yeni şeir” sindromu və bədii-estetik dəyərlər ................................ 49 
Gənc duyğuların izi ilə ..................................................................... 72 
Çağdaş Azərbaycan şeiri içrə gəzişmələr ......................................... 91 
Çağdaş Azərbaycan poeziyasında feminizm çalarları .................... 112 
 
NƏSRDƏ QARABAĞ DİSKURSU ............................................ 121 
Elçin nəsrinin yeni uğuru ................................................................ 123 
“Dolu” yağan məkanlar... ............................................................... 129 
“Haramı” romanı: Qəhrəman və zaman problemləri önündə ......... 136 
Yollarda keçən ömür ...................................................................... 145 
“Qaraqovaq çölləri”: Nəsrin fəzasından baxarkən ......................... 152 
Hərflərdən başlanan psevdotarix .................................................... 159 
 
ƏDƏBİ  NOTLAR 
Bir daha proza haqqında ................................................................. 169 
Axundov məqamı ........................................................................... 172 
Proloqdan öncə ............................................................................... 175 
Sənət mövqeyindən ........................................................................ 179 
Ziyalı sindromu .............................................................................. 182 


 
278 
 
USTAD DƏRSLƏRİ..................................................................... 185 
Yadlaşmayan irsin ünvani –Kamal Talıbzadə ................................ 187 
“Tənqid də var, məşğul olduğu ədəbiyyat da” ............................... 193 
Yaşar Qarayev idrakının üfüqlərində ............................................. 202 
 
SÖZDƏN SÖZƏ DOĞRU ............................................................ 209 
Sənət orbitində görüşən yollar ........................................................ 211 
Sözə inam olanda ............................................................................ 219 
Yeni düşüncə vüsəti ilə ................................................................... 226 
“İçi şəkil dolu” şeirlər ..................................................................... 233 
Oyun içində oyun, yaxud içimizdəki aktrisa .................................. 244 
İtirilmiş gəncliyin romanı ............................................................... 250 
Dumanli yüz il ................................................................................ 256 
“Daşlaşmış sevgilərin tarixi” .......................................................... 262 
Hicran dənizinin bəyaz sahili ......................................................... 269 
 
 
 


279 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Елнаря  Акимова 
 
 
 
YENİ TƏFƏKKÜR 
VƏ 
ƏDƏBİ TƏNQİD 
 
 


 
280 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Нашир: Рафиг Хан-Сайад оьлу 
Техники редактор: Цлви Ариф 
Дизайнерляр: Ирадя Ящмядова, Жейщун Ялийев 
Оператор: Рцбабя Вялийева 
 
 
______________________________ 
Йыьылмаьа верилиб: 10.11.2012 
Чапа имзаланыб: 14.12.2012 
Ш.ч.в. 17,5, тираж 300 
«МБМ» мятбяясиндя чап олунуб. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə