Rüstəm Kamal
209
Dədə Ələsgərin qoyub getdiyi dəyərlər onun üçün yenə də
qüvvəsindədir.
Təhlə şairi qoşmanı ifa etməyi yox, söyləməyi daha çox
sevir. Borçalı şairi qoşmasını deyəndə beynində mütləq aşığın
obrazını canlandırır. Dədə Əmrahın, Xındı Məmmədin, Aşıq
Hüseyn Saraclının, Xan Kamandarın səsini eşidir. Qara yazı –
Təhlə şairində qafiyə havadan qabaq doğulur. İç havasını söz
çəkib gətirir. Təhlə sözün səsdən üstün olduğu yerdir.
Borçalıda qoşma-gəraylı dədə-babadan saz havasının içində
böyüyüb, aşıqların repertuarında, ozanların
yaddaşında
yaşayıb. Təhlə Türkləri isə sözü havacatdan kənarda, yaddaşda
qoruyub saxlamağı bacarıb. Burada şairlərin güvənc yeri el
yaddaşıdır.
Hər halda subyektiv qənaətlərim belədir...
Təhlədə Şair Novruz “ustadlar ustad, ozanlar başı” (Təhlə
Lətif) kimi anılır və şərəfləndirilir. Şairin ölümü ümumxalq
matəmi kimi təqdim edilir.
Bu gün bir yol tutub mənzil məvayə
Könüllər murğusu uçuban gedir
Bir mahir usta idi dilində ayət
Acal şərbətini içibən gedir.(Qulammirzə Musayev)
Təhlədə şair Novruz artıq qutsal obraza çevrilibdir. Təhləli
inanır ki, şair Novruzun sözü doğru sözdür, həqiqəti ifadə edir.
Şair Novruzun özünü kəramət sahibi, sözünü haqq sözü hesab
edir: “Dünyadan köçdüyün əvvəldən bildi” (Xanəhməd
Cəfərli)
Həsən Teteroğlunun, Molla İslamın, Xanəhməd Cəfərlinin,
Dərdli Paşanın şeirləri Təhlə insanının təxəyyülünün min illər
öncə olduğu kimi hələ də canlı, şirəli qaldığının sübutudur. Bu
təxəyyülün gücünü aşağıdakı ikicə misrada da görmək olar:
Rüstəm Kamal
210
Leylü-nahar, şamü-səhər
Üz tutginən göyə, göyə. (Xanəhməd Cəfərli)
Nə yad etnosla, dillə və dinlə (gürcü) gündəlik yaxın təması,
nə də iri sənaye mərkəzləri, böyük şəhərlər(Tiflis, Rustavi)
arasında olması təhləlilərin poetik təxəyyülünün siqlətini poza
bilməmiş, əski lüğətini unutdura bilməmişdir.
Bülbül ötər qəfəsində
Qızılgülün həvəsində
Qəmi-hicran badəsində
İçib, sərxoş olan könlüm (Həsən Tateroğlu)
Təhlə şairinin inancı tərəkəmə sözünün məntiqinə tabe
olmaq zorundadır:
Çox şadam, sidqimi bağladım kimə-
Babam imam kazım əleyhürəhmə.
Əhdi etibarı Əsəddən kəsmə,
Şələdə yenilməz bir kalam, ağam (Əsəd Məmmədli)
Tərəkəmə ruhu şairlərin dağlara şeir yazmaq ənənəsini
şərtləndirmişdir . Dağ obrazının fəallığı köç poeziyasının əks
sədasıdır. Bu tipli şeirlərin sadəliyi və səmimiliyi bir
Dadaloğlu, Qaracaoğlan havası da gətirir.
Mərdlərlə durub oturdun,
axırda canan yetirdin.
Neçə karvanlar ötürdün,
Vuruban qırmacı, dağlar. (Şair Novruz)
Görək Eldar Quluoğlu nə deyir:
Səndə dövran sürən köksün ötürər,
Dərdin birin qoyub, birin götürər
Çərxi fələk dövranını bitirər
Əzəldən sinəsi cəfalı dağlar.
Rüstəm Kamal
211
Maraqlıdır: Bütün Təhlə şairlərinin “dağları” ayrılıq,
vidalaşma ovqatı üstündə köklənir. Bunun iki səbəbi ola bilir:
Elatın psixoloji yaddaşı ilə, Təhləlilərin təhtəlşüurundakı
ayrılıq, itki obrazının üstün olması ilə.
Qız qalası, Keçəlqora, Əyriqar,
Sərkər olub saxlamışam mal-davar.
Mehman olub burda neçə yay-bahar,
Dağlar, gəlin halallaşaq, ayrılaq. (Həsən Məşədioğlu)
İki dünyanın arasında vurnuxmaq Təhlə kökənli şairlərin
metafizik stixiyasıdır. Olum-ölüm, o dünya bu dünya arasında
keçirdikləri narahatlıq, həyacan bu şairlərin (Arif Mustafazadə,
Nurafiz, Allahverdi Təhləli...) obraz dünyasına formalaşdı-
rıbdır. Ölüm yeganə gerçək hadisədir ki, Təhlə şairi onun
varlığını dərindən hiss edib mənalandıra bilir. Biçin, lilli çay,
bağlı qapılar, dəyirman... o dünyanın işarətləridir.
Fələy ömrə biçinçidir,
Bir gün biçər, ağrın alım(Qulammirzə Musayev)
Bu dəyirman çaxçaxıdır zəng edir,
Köç harayı havalanan vaxtıdı(Şahvələd Əhmədoğlu).
Təhlə şairinin ən munis, qutsal məkanı evdir. “Ev” Təhlə
türkü üçün varlığının nişanəsidir, kosmos obrazıdır. Ev yurdu
şenləndirmə simvoludur. Ona görə də boş ev milli fəlakət və
faciə kimi düşünülür. Bu mövzu Nurafiz poeziyasının şah
damarıdır. Onun şeirləri Təhlənin boşalan, yiyəsiz, qapıları
bağlı evlərinə ağıdır.
Bu kilidli darvazanı
Qar oxşayır, yağış döyür.
Rüstəm Kamal
212
Giley döyür sükutunu,
Yad döyürsə, yalnış döyür.
Yaxud
Səhərdən gəlmişəm, qapınız bağlı
Ay qonşu, de, bizim açar sizdəmi?
Ya da
Boş qalan evlərin işığı yetim
Qaranlıq eymənin divardan daşdan.
İsa İsmayılzadənin yetim qalan evinə Allahverdi Təhləli
belə ağlayır:
İsa, bir ev qalıb Qarayazıda
Yastı balabana oxşayan bir ev.
Çünki, bu ev kişilik, qurur simvolu idi.
O ev papağıydı Qarayazının
Başından götürüb tolazladılar (A. Təhləli)
Qəribədir bütün şeirlərin içindən “yığılmaq-yığışmaq” feli
keçir ki, təhləlilərin etnik-mental düşüncəsinin, yaşam
fəlsəfəsinin təzahürüdür.
Əlimdə günlərdən toxunmuş səbət
Kövrələ-kövrələ yığam onları(Arif Mustafazadə)
Allahverdi Təhləlinin təhtəlşüurunda bu məna kök salıbdır:
Qara-qara qarışqalar
Yığar şirəsinə tut ağacları
Dostları ilə paylaş: |