Rüstəm Kamal
221
Ona görə də, ədəbiyyata, tarixə, hətta əlifbaya da mənəvi və
əxlaqı dəyərlər kontekstində qiymət verməyin tərəfdarıydı.
“Əlifba mənəvi mədəniyyətin, milli yaddaşın cismləşməsi,
etnik dəyərin maddi vücud kəsb etməsidir”.
O, Azərbaycan ədəbiyyatını ömrünün və milətin ən ali
mənəvi sərvəti hesab edirdi. Onun fikrincə, alimin, ədəbiy-
yatşünasın müqəddəs borcu bu sərvəti etnik toplumun ruhsal
tərbiyəsinə, milli mənəviyyatın mühafizəsinə səfərbər etməkdir
və ədəbi tənqid və ədəbiyyatşünaslıq bu borcu nə qədər tez
həkk etsə, onun ədəbiyyat qarşısında, ədəbiyyatın isə zaman və
millət qarşısında məsuliyyəti artar.
Yaşar müəllim yazılarında, çıxışlarında “Şəxsiyyət” anla-
mına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, yazılarının və
kitabının birini belə adlandırmışdı: “Şəxsiyyət-meyardır”. “Və-
təndaş”, “şəxsiyyət” və “ziyalı” məhfumların bir çox hallarda
sinonim kimi işlədirdi və bu mənaları bir dəyər birləşdirirdi-
tarixi-mənəvi yaddaşa malik olmaq! Vətəndaşı səciyyələndirən
əsas psixoloji əlamət isə narahatlıq idi. “Vətəndaş narahatlığı”
Yaşar müəllimin sevdiyi ifadələrdəndir.
Zahirən həmişə sakit görünən, heç vaxt emosiyasını üzə
vurmayan bu müdrik kişi cəmiyyətdə, ədəbiyyatda gedən
proseslər, mənəvi dəyərlərin aşınması ilə bağlı narahatlığını
gizlədə bilmirdi.
Yaşar Qarayev fəlsəfəsinin təməl dəyərlərindən biri də za-
man kateqoriyası idi. Kim onun kabinetində olubsa, yəqin ki
masasının üstündəki bir lövhəni yaxşı xatırlayır: “Vaxt sər-
vətdir” sonun yaşam dünyasında, düşüncə sistemində zaman
məkandan üstün mövqeyə, üstün dəyərə malik idi, hətta mən
deyərdim ki, məkan ikinci dərəcəli meyar idi. O, həmişə iç
məkanını dış məkanların müdaxiləsindən, zorakılığından
qorumağa çalışırdı.
İstənilən məkan (elmi konfransda, iclasda, evdə, dağda-
bağda, İstanbulda Şəkidə) Yaşar Qarayevin iç zamanına tabe
olurdu, yəni “indiki zaman”da olurdu.
Rüstəm Kamal
222
Klassik mətnlərə də zaman kontekstində məna verirdi,
mətnlərin zaman üzrə hərəkəti - dövriyyəsi ona mədəni
“miqrasiyanı” anlamağa kömək edirdi. “Xəmsə”, “Kitabi-Dədə
Qorqud”, “Kəmalöddövlə məktubları”, “Molla Nəsrəddin”,
“Fyüzat”, “Hophopnamə”... kimi mətnlərin zaman dövriyyəsi
məhz milli mətn mədəniyyətimizi və mənəvi sərvətimizi
yaratdığına və formalaşdırdığına inanırdı.
90-cı illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi:
“Cəsarət sərvətdir”. Mütəfəkkir ümid edirdi ki, zamanların
kritik məqamlarında şəxsiyyət mifi yaranır və yalnız
şəxsiyyətlərin, ziyalıların cəsarəti milləti mənəvi aşınmalardan
qoruya bilər. O, cəsarətin mənəvi dəyər, əxlaqi sərvət olduğunu
topluma çatdırmaq istəyirdi.
Elə həmin dövrdə Milli Elmlər Akademiyasında qafalarında
“demokratiya, yenidənqurma” havası ilə bir qrup “cəsarətli”
peyda olmuşdu, güncdə-bucaqda böyük alimin dalınca danışır
ona qarşı intriqalar, şantajlar qururdular. O, isə “olimp”
sakitliyini qoruyur, başını aşağı salıb klassik məqalələrini
yazırdı. Səhv etmirəmsə, “Tarix: yaxından və uzaqdan”
kitabını nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin
yeddi cildliyi üzərində düşünürdü. Təəssüf ki, onun ancaq bir
cildini görə bildi. O “qapıda hansı minilliyin” (O.Mandelştam)
olduğunu yaxşı bilirdi. Bizim isə böyük ustadımızı qorumağa
cəsarətimiz çatmırdı.
Bunun ağrısını indi də çəkirik...
Rüstəm Kamal
223
МЯММЯД ГОЪАЙЕВ:
ÖMRÜN DİALOQ İMKANI
Deyilənlərə görə, bu dünyada oxucuları iki yerə bölürlər:
Dostoyevskini oxuyanlar və oxumayanlar. Bakı Slavyan
Universitetinin professoru Məmməd Qocayev birincilərdəndir,
yəni Dostoyevskini həm oxuyub, həm də yetərincə öy-rənib.
Azərbaycan kimi kiçik bir ölkədə Məmməd müəllim kimi
dosto-yevskişünasın varlığı ən azından Azərbaycan rusisti-
kasına və filoloji fikrinə xeyli hörmət gətirir, filoloji fikrimizin
ləyaqətini artırır.
Fyodor Mixayloviç Dostoyevski professorun yalnız əzəli
sevgisi, peşəkar araşdırma mövzusu və obyekti deyil, həm də
rus dahisi ilə, klassik rus ədəbiyyatı ilə юмцрлцк təmasы-
ünsiyyət aktıdır, dialoq imkanıdır.
Məmməd müəllimin təhtəlşüur hadisələri, arxetip nəzəriy-
yəsi ilə (K.Q.Yunq psixologiyası ilə) ciddi maraqlanmasının
bir (və əsas!) "səbəbkarı" da Dostoyevskidir.
M.Baxtinin "Dostoyevski poetikasının problemləri" kitabını
tərcümə etməси дя ona taleyin işidir...
M. Baxtində o qədər diskursiv gedişlər, еля эизли dalanlar
var ki, bir neçə alim ömrü də kifayət etməz. M. Baxtin fiziki
şəxs deyil, mətnlər toplusudur, intertekstdir. M. Baxtin fikirlə
yox (tavtologiyaya görə üzr istəyirəm), ideyalarla düşünür.
Baxtinin ideyalarını inkişaf etdirmək ona görə çətindir ki, bu
ideyalarla mübarizə (mübahisə etmək) aparmaq sadəcə
mümkünsüzdür.
"Dostoyevski poetikası"nın tərcüməsi bir daha göstərdi ki,
M.Baxtin universal dialoq fəlsəfəsini ortaya qoyub. Bir insan
başqa bir insanı tanımağa, başqası ilə dialoqa ehtiyac duyur.
Jak Derrida щесаб едирди ки, istənilən nitq totalitardır,
yəni başqasını anlamağa meylli deyil. Bəlkə doğrudan da
dialoq mümkünsüzdür. Ancaq Baxtin daha böyük kəşf edir -
Dostları ilə paylaş: |