Rüstəm Kamal
227
"yaş-quru"...) səciyyələndirsəm, o, "quru"nun (quru stixiyasını,
çölü) yox, yaşı (su stixiyasını, nəmliyi, dənizi, yağışı...) təmsil
edir. Mənim üçün o "yağış adamdır". Yağış romantikasını,
yağış peyzajını yaşayan adam... Üşüyən və kövrək...
"Pəncərəmizin arxasında
İslanıram gecəylə
Yumuram gözlərimi
bəlkə quruyam..."
Hərdən mənə elə gəlir ki, İntiqam müəllimin ömür
xronotopunda məkan anlayışı yoxdur. Zamanı bildirən, zamanı
simvolizə edən nə varsa, hər yerdə onu əhatə edir, hər yerdə
zaman simvolları gözünün qabağındadır: iş otağındakı Yusif
Səmədoğlunun portretindən tutmuş evdəki sayğaca qədər.
"Ömrüm məftillərə
Bölünmüş sayğac
təklik,
onluq,
yüzlüyü izlənməz
belə sayğacların."
Əslində "Azərbaycan" jurnalının adı da məkan, ölkə adı
deyil, elə zamanın adıdır, milli ədəbiyyat tarixinin adıdır.
Ümid İntiqam müəllimin tale fəlsəfəsində, poetik ya-
şantılarında aparıcı ontoloji kateqoriyadır. Ümid sabahın, dan
yerinin adıdır.
Üşüyür içim də
Üşüyür günümdən-günümə
keçən ümidin içində
Rüstəm Kamal
228
Elə burdaca səmimi boynuma alım: mən intiqam müəllimin
şeirlərini oxumamışdım. Ancaq məqalələrinə, esselərinə,
tərcümələrinə bələd idim. Bu yaxınlarda mənə bir qom
şeirlərini verdilər.
Bu şeirlərin içindən İntiqam Qasımzadənin "metafizik
sifətini" gördüm: yorğun, müdrik, ümidli...
Ədəbiyyatın doğrudan da yazılmamış qanunları var: əgər bir
şair öz əsərlərini uzunmüddət çap etmirsə, üzə çıxartmırsa,
onda xüsusi fenomen yaranır: bu şeirlər sıxılmış, müəllif
şəxsiyyətinin enerjisi ilə yüklənmiş olur.
İntiqam Qasımzadədə ömür meteoroloji hadisədir. Ömür
meteoroloji metaforadır. Yağışlı havalar, şaxtalı, günəşli günlər
yaşanmış ömrün simvolik kodlarıdır ki, içinin hava durumunu
bilmək olur.
"Gecə yağış altında
islanıbdır-
çıphaçıp –
Alt köynəyinə qədər
Gecə yağışa bulaşıb,
Yağış qaralıb gecədə..."
İntiqam müəllim şeirlərinin hansındasa ömrünü ümid
gəmisinə bənzədir.
Bilmirəm, dünyanın faniliyi haqqında onun düşünməyə
vaxtı, macalı olurmu? Görünür, ədəbiyyatın, sözün ədəbiliyinə
inam ona güc və ümid verir.
Rüstəm Kamal
229
VAQİF YUSİFLİ:
ШЕИРИМИЗИН HAVA DURUMU
Azərbaycan ədəbiyyatının son 25 ilinin "meteoroloji"
məlumatı, şeirimizin havası haqqında bilgilər onun adıyla
bağlıdır. Bunun üçün ədəbi-bədii orqanlara, kitablara
səpələnmiş irili-xırdalı yazıları oxumaq kifayətdir.
Azərbaycan şairi (və şeiri ilə) və oxucusu arasmda təmas-
görüş nöqtələrinin, canlı bağlantının yaranmasında onun rolu
və əməyi danılmazdır. O, həmişə sözümüzün stixiyasının
içindədir. "Usta Zeynal kompleksi" ilə yaşayan bəzi
filoloqlardan fərqli olaraq, Vaqif Yusifli ədəbiyyat adlı canlı
orqanizmə qarşı çox həssasdır. Bizim bildiyimiz, tanıdığımız
və sevdiyimiz tənqidçi Vaqif Yusifli milli poeziyamızın
ehtiraslı oxucusu, işıqlı salnaməçisi və istedadlı tədqiqatçısıdır.
Milli şeirimiz, onun obraz və deyim sistemi Vaqif Yusiflinin
ömürlük
rahatlığını
pozmuş,
maraq-heyrət
dünyasına
çevrilmişdir. Azərbaycan ədəbiyyatı onun yalnız peşəkar
araşdırma obyekti, özünüifadə vasitəsi deyil, həm də çörək
ağacıdır.
Vaqifin tənqidçi əxlaqını və obrazını səciyyələndirən əsas
amillərdən biri də sözü və taleyi "Sovet kontekstinə" düşmüş
şairlərə qarşı, belə demək mürmkünsə, müdrik dözümlüyüdür,
onlara dayaq olmasıdır. Onların dilimizə, milli ədəbi tariximizə
etdikləri xidmətləri görməyə, aşkarlamağa çalışdı. Bəzi
hövsələsiz, cığal tənqidçilər kimi populist-kinayəli inkarçı
mövqedə durmadı.
Sağlığında qədri-qiyməti bilinməyən, filoloji araşdırma
müstəvisindən uzaq düşmüş nisgilli şairlərdən və nasirlərdən
(Ə.Kərim, S.Əsəd, Şahmar...) yazdı. Dönə-dönə yazdı, sevgi ilə
yazdı.
Şair ömrünün dəyərini duymaq tənqidçi üçün vacib şərtdir.
Vaqif Yusifilinin müdrikliyi ondadır ki, şair ömrünün dəyəri
Rüstəm Kamal
230
yaratdığı poetik obrazların siqləti ilə ölçülür. Yaşanılmış ömür
"sözün, ifadənin heykəlidir" ("Söz heykəli" Vaqifin çox sevdiyi
metaforadır).
V.Yusifli əslində obrazların arxeolojisi ilə məşğuldur.
Poetik dilin tektonikasında, təhtəlşüur qabarmalarında "sahilə"
- ağ kağıza çıxan obrazları oxumaqdan ləzzət alır. Müsfiqə həsr
etdiyi essedən: "Dünyanın heç bir şairi sevgi-lisinin ellərini
göyərçinə-quşa bənzətməyib. Əgər bənzədiblərsə, bu,
Müstiqdən sonra olub".
Vaqifin
lirik
xronotopu
poetik
duyumlardan,
lirik
ricətleərdən və cizgilərdən (V.Yusifli "cizgi" sözünü sevir)
təşkil olunmuşdur. "Kiminsə dərdinə ağlasın deyə, torpağa
sıxılan qar kövrəkliyini görün, ağacın meyvəsiylə saçın çiçəyi
arasındakı bu doğmalığa heyrət edin:
Çəkmişəm əlimi ağ saçlarına
Saçın ağ çiçəyi əlimdə qalmış".
Vaqif Yusiflinin tənqidçi xronotopunda zaman əsas estetik
kateqoriyadır. Məkan bir o qədər əhəmiyyət kəsb etmir. Bəlkə
Azərbaycanın ədəbi-mədəni landşaftında özünü doğma, rahat
hiss etməsi də elə buradan irəli gəlir? Çağdaş ədəbi-nəzəri fıkir
səhnəsində iki nəfərdə - Nizami Cəfərovda və Vaqif Yusiflidə
xrnotop (zaman kateqoriyası) düşüncəsi güclüdür. Əgər
V.Yusiflidə lirik xronotop üstündürsə, təhkiyə-süjetyaradıcı
dəyərdirsə, N.Cəfərovun təhkiyə-süjet strategiyası epik
xronotopa tabedir. Onun lirik xronotopu daha çox tanatoloji
estetikaya meyllidir: "Onda hələ 1971-ci ilin 17 noyabr
günüydü. Ölümünə 4 il qalırdı" ("İllər ayrısı").
"Ə.Kərim 38, S.Əsəd 46 il yaşadı.
Əli Kərim iyunun 30-da, Sərdar Əsəd iyunun 29-da
dünyasını dəyişdilər..."
Dostları ilə paylaş: |