Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

 
101
azad  olub  sağalsın.  Radikulit,  revmatizm,  podaqrada  buxara 
verilmiş  yarpaqları  nazik  parçaya  büküb  xəstə  yerlərə  təpitmə 
qoyurlar.  Homeopatiyada  yetişmiş  iydə  meyvələrindən  hazır-
lanmış  nastoykadan  istifadə  olunur.  Tibbidə  bəzi  dərmanların 
hazırlanmasında  iydənin  tərkibində  olan  kamedlərdən  də  isti-
fadə edilir. 
Qarın  xəstəlikləri  üçün  iydə  unundan  hazırlanmış  horra 
olduqca xeyirlidir.  ydə həm də balverən bitkidir. 
Ə
rik  –  Абрикос  –  Armeniaca  vulgaris  Lam.  Gülçi-
çəklilər  (Rosaceae)  fəsiləsindəndir.  Ərik  cinsinin  10  müxtəlif 
yabanı  forması  vardır  ki,  bunun  da  3  növü  –  adi,  Sidir  və 
Mancuriya  əriyi  daha  çox  yayılmışdır.  Bu  növlərdən  adi  ərik 
daha  çox  yayılmış  və  təcrübəvi  əhəmiyyətə  malikdir.  Adi  ya-
banı ərik Orta Asiyada  və Qafqazda bitir. Əriyin vətəni Tyan-
Ş
an  dağlarıdır.  Orta  Asiyada,  Iran  və  Qafqazda  daha  çox 
becərilir. 
Adi ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq 
çəhrayıdır,  yarpaqlarından  çox  əvvəl  açılır.  Çiçək  saplaqları 
qısadır.  Meyvələri  iyun-avqustda  yetişir.  Meyvələri  birçə-
yirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin 
ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya 
turşa-şirindir. 
Adi  əriyin  tərkibində  20%-ə  qədər  şəkər  (əsasən,  saxa-
roza),  2,6%  üzvi  turşu  (alma,  limon  və  az  miqdarda  salisil, 
şə
rab), 1%-ə qədər pektin, karotin, B
1
 və B
2
 vitaminləri vardır. 
Çəyirdək  ləpəsində  40%-ə  qədər  badam  yağına  oxşar  quru-
mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. 
Yabanı  halda  bitən  əriklərin  çəyirdək  ləpəsində  1-3%  miq-
darında  acı  amiqdalin  qlükozidi  olur.  Ona  görə  də  qida  məq-
sədlərilə işlədilmir. 
Adi  ərik  təzə  halda  istehlak  edilir.  Ondan  kompot,  şirə, 
mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, ka-
ramel  üçün  içlik  və  şərab  hazırlanır,  həmçinin,  qurudulur. 
Çəyirdəyi  ilə  birlikdə  qurudulduqda  uryuk,  çəyirdəksiz  bütöv 
 
102
qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa 
adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin 
hazırlanmasında  istifadə  olunur.  Çəyirdəyinin  qabığından 
aktivləşdirilmiş  kömür,  budaqlarının  ifraz  etdiyi  qatranlardan 
isə  yapışqan  (kley)  hazırlanır.  Balverən  bitki  kimi  az  məşhur-
dur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli 
calaq materialı hesab edilir. Mədəni sortların  yetişdirilməsində 
onun böyük əhəmiyyəti vardır. 
Uzun  müddət  saxlamaq  üçün  ərik  konservləşdirilir, 
dondurulur, qurudulur.  
Ə
riyin  müalicəvi  xassələri.  Quru  əriyin  –  kuraqanın 
kaloriliyi 300 kkal-dır. Ərik şirəsi də insan orqanizmi üçün fay-
dalıdır.  Kiçik  uşaqlara  da  ərik  şirəsi  vermək  məsləhət  görülür. 
150 ml ərik şirəsi insanın gündəlik A vitamininə olan tələbatını 
ödəyir.  Ərikdə  dəmirin  çox  olması,  ondan  qanazlığına  qarşı 
istifadə  olunmasını  təmin  edir.  Ərik  ətliyində  kaliumun  çox 
olması  ondan  ürək-damar  xəstəliklərində  və  pəhriz  qida-
lanmasında  istifadə  olunmasını  əsaslandırır.  Təzə  ərikdə  330 
mq%, qurudulmuş ərikdə – kuraqada 1717 mq% kalium vardır. 
Ona  görə də ürəyin  fəaliyyətinin  yaxşılaşdırılmasında gündə 3 
dəfə 3-4 ədəd ərik qurusu yemək məsləhətdir. Lakin şəkər xəs-
təliyində  ərik  qurusundan  çox  istifadə  etmək  məsləhət  gö-
rülmür. 
Ə
riyin  şirin  ləpələrindən  qənnadı  məmulatı  hazırlanma-
sında badamın  əvəzedicisi kimi istifadə edirlər.  Çin xalq təba-
bətində  əzilmiş  ərik  ləpəsindən  hazırlanmış  emulsiyadan  ös-
kürəyə  və  hıçqırığa  qarşı  istifadə  edilir.  Ərik  ləpəsindən  digər 
dərmanlarla  birlikdə  nəfəs  yolları  xəstəliklərinin  və  nefritin 
müalicəsində  istifadə  olunur.  Günəş  yanmalarına  qarşı  əzilmiş 
ə
rik püresindən kosmetik maskalar hazırlanır. 
Ə
rik ləpəsindən alınan yağdan bəzi dərmanlar hazırlanır. 
Ə
rik  yağı  ilə  duru  məlhəmlər,  acı  ərik  ləpəsindən  isə  badam 
suyu  hazırlanır.  Ərik  ağacının  qabığından  kamedlər,  çəyirdək 
qabığından  aktivləşdirilmiş  kömür  və  kömürlənmiş  ərik  qa-


 
103
bığından  qara  tuşa  oxşar  boya  maddəsi  alınır.  Ərik  meyvələri 
mədə-bağırsaq  xəstəliklərində  həzmi  yaxşılaşdırır  və  ürəyə 
qüvvət verir. 
Ə
zgil – МушмулаƏzgilin iki əsas növü vardır: 1. Adi 
ə
zgil  (Mespilus  germanica);  2.  Subtropik  və  ya  yapon  əzgili 
(Eriobothrya japonica). 
 Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Vətəni Qafqaz 
və  Talış  dağlarıdır.  Yabanı  halda  Qafqazda,  Kiçik  Asiyada, 
Krımda, Türkmənistanda, Balkan yarımadasında, Şimali Iranda 
bitir.  Yabanı  əzgil  Azərbaycanın  şimal  və  cənub  rayonlarının 
dağlıq  meşələrində  yayılmışdır.  Mədəni  halda  Azərbaycanda, 
Avropanın  bir  çox  ölkələrində  və  ABŞ-da  becərilir.  Azərbay-
canda  yabanı  formaların  və  mədəni  sortların  bir  çox  növmüx-
təliflikləri vardır. 
Yabanı  əzgil  aprel  ayında  yarpaqlayır  və  mayın  əv-
vəllərində  çiçəkləyir.  Meyvələri  oktyabrın  axırı  və  noyabrın 
ə
vvəllərində yetişir. Meyvəsi boz-darçını rəngdədir, üstü azacıq 
incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri yumru, 
yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu 
beş  çəyirdəyi  vardır.  Meyvənin  ətliyi  bərkdir,  tərkibində 
aşılayıcı maddə olduğundan ağız büzüşdürücüdür. Lakin dərilib 
saxlandıqdan sonra və ya meyvəni şaxta vurduqda yumşalır və 
dadı şirin olur. 
Tam yetişmiş əzgilin yumşaq hissəsinin tərkibində 5,2% 
su,  8,5%  şəkər,  0,8%  turşu,  1,4%  pektin  maddələri,  0,65% 
azotlu maddələr, 1,8-2,5% sellüloza, bir qədər alma turşusu var. 
Yetişmə nəticəsində şəkər və alma turşusu azalır, az miqdarda 
spirt  və  sirkə  turşusu  əmələ  gəlir  ki,  bu  da  ona  pis  xoşagəl-
məyən tam verir. 
 Yabanı əzgilin tərkibində 8,2-9,4% şəkər, 1,8-2,1% üzvi 
turşu,  aşılayıcı,  rəngləyici  və  pektinli  maddələr  vardır.  Yetişib 
ötmüş  əzgildə  şəkər  və  üzvi  turşu  nisbətən  azdır.  Yetişib  öt-
dükdə sirkə turşusu və spirt əmələ gəlir ki, bunlar da meyvəyə 
 
104
spesifik iy verir. Əzgildə karotin (provitamin A) və C vitamini 
də vardır. 
Yabanı  əzgili  həm  təzə  halda  yeyilir  və  həm  də  emal 
edilir.  Əzgildən  pastila,  povidlo,  kompot,  konfet  və  karamel 
içliyi,  sirkə,  sidr,  tamlı  yeyinti  ekstraktı  və  s.  məhsullar  hazır-
lanır. Əzgil tumunda 25% yağ, aşılayıcı və ekstraktlı maddələr 
olduğundan qəhvə əvəzedicilərində işlədilə bilər. 
Ə
zgilin  müalicəvi  xassələri.  Əzgildən  müalicəvi  məq-
sədlə  qidanın  yaxşı  həzmi  və  bağırsaqların  fəaliyyətini  yaxşı-
laşdırmaq  üçün  istifadə  olunur.  Kal  meyvələri  mədə-bağırsaq 
xəstəliklərində,  xüsusən  ishala  qarşı  tətbiq  edilir.  Əzgilin  yar-
paqlarından dəmlənmiş çayla boğazı yaxalayırlar. 
Ə
zgilin  yarpaqlarından  və  kökündən  qəhvəyi  və  yaşıl 
boyaq  alınır.  Oduncağının  qabığı  və  yarpaqları  aşılayıcı  mad-
dələrlə  zəngin  olduğundan  dərilərin  aşılanmasında,  oduncağı 
isə  xarratlıqda  xırda  məmulatların  hazırlanmasında  istifadə 
edilir.  
Ə
zgil təzə halda yeyilir, ondan pastila, povidlo, mürəbbə, 
kompot, karamel üçün içlik və  «Əzgil-şərab»  adlı tamlı qatma 
hazırlanır. Tərkibində aşı maddəsi çox olduğundan ağız büzüş-
dürücüdür.  Ona  görə  də  yetişib-ötmüş  (lalıxlamış)  və  donmuş 
halda daha şirin olur. 
Qədim  dövrlərdən  əzgildən  bağırsaqların  möhkəmlən-
məsi və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olu-
nurdu.  Meyvələrindən  və  tumlarından  alınan  həlimdən  mədə-
bağırsaq xəstəliklərinin, əsasən də ishalın müalicəsində istifadə 
edirlər.  Ondan  böyrək  daşlarının  xaric  edilməsində  və  böyrək 
xəstəliklərində istifadə inkar edilmir. Əzgil  yarpaqlarından ha-
zırlanmış həlimdən (1 xörək qaşığı quru yarpaq 1 stəkan suda) 
ishala  qarşı  və  qankəsici  vasitə  kimi  istifadə  olunur.  Belə 
həlimlə  soyuqdəymədə  boğazı  qarqara  edirlər.  Qafqazın  xalq 
təbabətində əzgil yarpaqlarından (1 xörək qaşığı quru yarpaq 1 
stəkan  qaynanmış  suda)  boğazı  qarqara  etmək  üçün  mərlul 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə