Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

 
133
300  mq%),  5-20,7  mq%  karotin  (provitamin  A)  və  0,1-0,19 
mq% B
c
 vitamini (fol turşusu) vardır. 
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% 
pektinli  maddə,  1,25-2,5%  üzvi  turşu  (alma  turşusuna  görə), 
4,2%  pentozanlar,  rəngləyici  maddələr  və  4,5%  mineral  mad-
dələr vardır. 
Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur. 
Lakin  seleksiya  yolu  ilə  yetişdirilən  dərgil  meyvəsində  C 
vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən-
gin  C  vitamini  mənbəyi  hesab  olunur.  Dərgil  meyvəsində  C 
vitaminindən  başqa  12-18  mq%  karotin  (provitamin  A),  0,3 
mq%  B
1
  və  B
2
  vitaminləri,  bir  qramında  40  bioloji  vahid  K 
vitamini,  karotinoidlər,  P  vitamini,  flavanoidlər  (kempferol, 
kversetin  və  s.),  18%-ə  qədər  şəkər,  4%  aşı  maddələri,  3,7% 
limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum-
larında  isə  çoxlu  miqdarda  piyli  yağ  və  E  vitamini  vardır. 
Dərgil  meyvələrindən  zəngin  C  vitamini,  eləcə  də  polivitamin 
mənbəyi  kimi  təbabətdə  geniş  istifadə  olunur.  Meyvələrindən 
çay  kimi  dəmləmə  şəklində  bir  sıra  vitamin  yığıntılarının 
tərkibində,  bundan  əlavə  toz  və  həb  formasında,  təzə  dərilmiş 
meyvələrindən  isə  konsentrat,  şərbət  və  mürəbbə  şəklində  bir 
sıra  xəstəliklərin  müalicəsində,  məsələn,  sinqa,  raxit,  qızılyel, 
vərəm,  böyrək,  öd  xəstəliklərində  geniş  istifadə  olunur.  Son 
illərdə toxumlarından piyli yağ da alınır ki, bu yağ yanıqlarda, 
dermatitdə  yarasağaldıcı  vasitə  kimi  işlədilir.  Ümumiyyətlə, 
dərgil  meyvəsi  son  illərdə  ödqovucu,  sidikqovucu,  eləcə  də 
ateroskleroza  qarşı  geniş  tətbiq  olunur.  Bu  məqsədlə  dərgil 
meyvəsindən  bir  sıra  preparatlar  hazırlanır  (askorbin  turşusu, 
halaskorbin, xolosas, meyvəsindən isə dəmləmə, şərbət, tablet, 
qarağat çayı, armud çayı və s.).  
Dərgil  meyvəsindən  çayı  belə  hazırlayırlar:  əvvəlcə  bir 
xörək  qaşığı  (20  q)  bütöv  meyvələrdən  götürüb  soyuq  su  ilə 
yuyurlar. Sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su 
ə
lavə  edib  15  dəq  od  üzərində  dəmləyirlər.  Sonra  götürüb  24 
 
134
saat saxlayırlar. Dəmlənmiş çayı süzərək ondan gündə iki dəfə, 
hər dəfə də  yarım stəkan içirlər. Dərgil çayını belə hazırlamaq 
da  olar:  qurudulmuş  meyvəsindən  20  q  götürüb  təmiz  ağ 
kağızın üstündə xırdalayandan sonra emalı qaba töküb üzərinə 
iki  stəkan  qaynar  su  əlavə  etdikdən  sonra  15  dəq  od  üzərində 
dəmləyirlər,  sonra  isə  20  dəq  durulmağa  qoyurlar.  Belə  hazır-
lanmış çayı ikiqat tənzifdən süzərək gündə 3-4 dəfə, hər dəfə də 
yarım  stəkan  qəbul  edirlər.  Qeyd  etmək  lazımdır  ki,  dərgil 
meyvəsinin  müalicə  əhəmiyyəti,  əsas  etibarilə  ondan  olan  C 
vitamini ilə izah edilir. Doğrudur, C vitamini ilə birlikdə dərgil 
meyvəsində  digər  vitaminlər  və  üzvi  maddələr  də  müəyyən 
dərəcədə tibbi əhəmiyyətə malikdir. Lakin burada olan C vita-
mini  miqdarca  çox  olduğu  üçün  onun  rolu  müəyyənedicidir. 
Məlum  olduğu  kimi,  insan  orqanizmi  C  vitamini  sintez  etmir. 
Müəyyən edilmişdir ki, orta hesabla böyüklər üçün bir sutkada 
50 mq, fiziki işlə məşğul olan adamlar üçün 75-100 mq C vita-
mini  tələb  olunur.  Hamilə  qadınlar  üçün  sutkada  75  mq,  uşaq 
ə
mizdirən analar üçün 100 mq, 7 yaşlı uşaqlar üçün 30-35 mq 
C  vitamini  norma  hesab  olunur.  Insanın  C  vitamininə  olan 
ehtiyacını  nəzərə  alaraq  son  illərdə  C  vitaminini  (askorbin 
turşusu)  süni  üsulla  da  istehsal  edirlər.  Lakin,  buna  baxma-
yaraq, təbii mənbədən alınan C vitamininə daha böyük ehtiyac 
vardır.  Bundan  əlavə  C  vitamini  ilə  zəngin  olan  təbii  nemət 
daha yaxşı nəticə verir. Məsələn, hazırda müasir təbabətdə sin-
qa  xəstəliyinin  profilaktikasında  və  müalicəsində,  hemorragik 
diatezdə, hemofiliyada müxtəlif qanaxmalarda (burun, ağciyər, 
uşaqlıq qanaxmalarında), şüa xəstəliyində, infeksion və ağciyər 
xəstəliklərində,  eləcə  də  gec  sağalan  yaralarda,  çıxıqlarda  və 
sümük  sınıqlarında  C  vitaminindən  və  onunla  zəngin  olan 
dərgil  meyvəsindən  daha  geniş  istifadə  olunur.  Bundan  başqa, 
son illərdə dərgil meyvəsindən skleroza qarşı da istifadə edilir. 
Qeyd  etmək  lazımdır  ki,  dərgil  meyvəsində  olan  hər  bir 
vitaminin özünəməxsus müalicə əhəmiyyəti vardır. Məsələn, C 
vitamini orqanizmin normal inkişafını tənzim edir, o orqanizm-


 
135
də  gedən  maddələr  mübadiləsini  yaxşılaşdırır,  qan  təzyiqini 
normallaşdırır, iltihabı aradan qaldırır. Məhz, ona görədir ki, C 
vitamini bir sıra xəstəliklərdə geniş tətbiq edilir. 
Karotin  və  ya  provitamin  A  xüsusən  uşaqlar  üçün  son 
dərəcə vacibdir. O yoluxucu xəstəliklərə qarşı uşaqlarda müqa-
viməti  artırmaqla  bərabər,  gözün  görmə  qabiliyyətinə  müsbət 
təsir edir. B
1
 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş 
qabiliyyətinin artmasına kömək edir. B
2
 vitamininin əhəmiyyəti 
daha  yüksəkdir.  O  şəkər,  qaraciyər,  dəri  xəstəliklərinin  müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun 
müddət müalicədən baş verən müxtəlif xəstəliklərdə çox gözəl 
müalicəvi təsir göstərir, həmçinin, A, P vitaminləri hipertoniya 
xəstəliyinin müalicəsində gözəl nəticə verir. 
tburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu 
soyuqdəyməyə,  böyrək  və  qaraciyər  xəstəliklərində,  öd  və 
sidikqovucu  kimi  tətbiq  edilir.  tburnu  çiçəyindən  dəmlənmiş 
çay qızdırmaya qarşı təsiredici vasitədir. 
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  müxtəlif 
vitaminlərlə, üzvi turşularla, şəkər, piyli yağ və karotinoidlərlə 
zəngin  olan  dərgil  meyvəsi  yaxşı  müalicəvi  əhəmiyyətə  malik 
təbii nemətdir. 
Ev  şəraitində  itburnu  dəmləmək  üçün  bir  xörək  qaşığı 
itburnu  (20  qr)  bir  stəkan  su  ilə  şüşə  və  ya  emallı  ağzı  örtük 
qabda  10  dəq  qaynadırlar.  Ağzını  açmadan  bir  sutka  saxlayıb, 
sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və  ya  yarım 
stəkan  içirlər.  Dadını  yaxşılaşdırmaq  üçün  şəkər  və  ya  şərbət 
qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara 
isə yarım stəkan vermək olar. 
tburnudan  kompot,  kisel  və  yarı  bölüb  toxumlardan 
təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. O təzə halda da 
yeyilir.  Sənayedə  itburnudan  toz,  həb  və  şərbət  hazırlayırlar. 
Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən 
itburnu meyvəsindən hazırlanır. 
 
136
tburnu  meyvəsinin  belə  qiymətli  olduğunu  nəzərə  alıb, 
onun  toplanmasına  və  gündəlik  qidada  istifadə  edilməsinə 
diqqət verilməlidir. 
Qafqaz  quşarmudu  –  Рябина  Кафказская  –  Sorbus 
caucasigena  Kom.  Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindən 
quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşarmu-
dunun  dünyada  84-ə  qədər  növü  yayılmışdır.  Quşarmudunun 
Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir. 
Qafqaz  quşarmudu  hündürlüyü  6-8,  bəzən  15  m-ə  qədər 
dağınıq  çətirli  bitkidir.  Diametri  40  sm-ə  çatan  uca  koldur. 
Yarpaqları  təkləçəkvarı  yarpaqlardan  ibarətdir.  Çiçək  qrupu 
çoxçiçəkli,  qalxanvarıdır.  Çiçəkləri  ağ  rəngdə  olur.  May-iyun 
ayında  çiçək  açır,  avqust-sentyabrda  meyvə  verir,  meyvəsi 
qışda  ağacların  üstündə  qalır.  Qafqaz  quşarmudu  Quba  rayo-
nunda  və  Azərbaycanın  yuxarı  dağ-meşə  qurşağında  yayılmış-
dır, meşələrin kənarlarında və talalarda rast gəlinir. 
Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif 
vitaminli  məhsullar,  spirtsiz  içkilər,  şərbət,  qəhvə  surroqatları 
hazırlanır.  Tərkibində  4-8%-ə  qədər  şəkər,  alma,  limon  və 
kəhrəba  turşuları,  aşı  maddələri,  4-13,7  mq%  C  vitamini,  52 
mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəh-
vəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda  yalnız 
ş
axta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki 
vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış 
mövsümündə  vitaminli  meyvə  və  giləmeyvə  məhsulları  olma-
dıqda onun meyvələrindən istifadə olunur.  
Xalq  təbabətində  quşarmudu  meyvələrindən  geniş  isti-
fadə  olunur.  Onun  müalicəvi  xassələri  qarameyvəli  və  qırmı-
zımeyvəli
 quşarmudunda olduğu kimidir. 
Qara gəndalaş – Бузина черная – Sambucus nigra L
Bu  bitki  Doqquzdon  (Caprifoliaceae)  fəsiləsindən  olan  kol 
bitkisidir.  30  növündən  ikisi  Azərbaycanda  yayılmışdır.  Adi 
gəndalaş  (Sambucus  racemosa  L.)  və  qara  gəndalaş  (Sam-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə