Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə42/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   38   39   40   41   42   43   44   45   ...   116

 
165
çayları  kənarında  olan  meşəliklərdə  ehtiyatı  çoxdur.  Müasir 
təbabətdə  hər  iki  zirincin  yarpaqlarından  dərman  məqsədilə 
istifadə  olunur.  Yarpaqlarını  bitki  çiçək  açan  dövrdə  toplayır, 
quru  havalı  binada  qurudub  əczaçılıq  zavoduna  göndərirlər. 
Zirincin meyvəsi də faydalıdır. Onun tərkibi C vitamini ilə çox 
zəngindir.  Odur  ki,  meyvələrini  yetişən  dövrdə  (avqust-
sentyabr aylarında) toplayıb, günəşli havada qurudur, sonra çay 
kimi dəmləyib avitaminoz xəstəliyinə tutulan şəxslərə gündə 3 
dəfə yeməkdən əvvəl verirlər.  
 Zirinc  hündürlüyü  2-3,5  m-ə  çatan  ağac  və  ya  kol 
bitkisidir.  Üç  yerə  ayrılmış  budaqları  tikanlıdır.  Budaqlarının 
qoltuğunda  dəstə-dəstə  yerləşən  yumurtaşəkilli  yarpaqları  sıra 
ilə  düzülmüşdür.  Salxım  şəklində  düzülmüş  açıq  sarı  rəngli 
çiçəkləri  vardır.  Ovalvarı,  üçtoxumlu,  yetişəndə  qırmızı  rəngə 
boyanan  giləmeyvəsi  olur.  Meyvəsinin  dadı  çox  turşdur. 
Toxumları uzunsov formada, qırmızı-qonur rəngdədir. Bitkinin 
gövdəsindəki  qabığı  xaricdən  açıq  sarı,  daxildən  qonur  sarı 
rəngdə  olur.  Zirinc  iyun  ayında  çiçək  açır,  meyvəsi  avqust-
sentyabrda  yetişir.  Salxım  şəklində  düzülmüş  açıq  sarı  rəngli 
ə
tirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı 
olur. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 q-dır. 
Toxumu  meyvəsinin  24-30%-ni  təşkil  edir,  silindr  və  ya  oval 
şə
klindədir.  Uzunluğu  12  mm-dir.  Əsasən  qırmızı,  bəzən  isə 
qara,  sarı  və  çəhrayı  rəngdə  olur.  Meyvəsi  turşdur  və  uc 
hissəsində  qönçə  tumurcuğu  yapışıq  qalır.  Meyvəsini  əl  ilə 
yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır. 
Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu 
(əsasən, alma turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə, 
0,4-0,6%  pektinli  maddə,  4,9%  sellüloza,  0,95%  kül  və  150-
170  mq%  C  vitamini  vardır.  Iyun  ayında  toplanmış  yarpaqla-
rında  120  mq%  C  vitamini  və  meyvə  verdikdə  yığılmış  yar-
paqlarında 40 mq% E vitamini vardır. Qeyd etmək lazımdır ki, 
zirincin  meyvəsində  C  vitaminindən  başqa,  bir  sıra  digər  mü-
hüm maddələr də vardır. Bunlardan limon və alma turşularını, 
 
166
piroqallol  qrupu  aşı  maddələri,  flavonoidləri,  pektin  və  şəkərli 
maddələri qeyd etmək olar. 
Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə, 
şə
rab,  jele,  mürəbbə,  şirə,  spirtsiz  içki,  tamlı  qatqı,  konfet  və 
karamel üçün içlik hazırlayır və qurudurlar. Bir qədər kal yığıl-
mış  meyvələrini  qurudur  və  sumaq  əvəzinə  tamlı  qatqı  kimi 
istifadə  edirlər.  Zirinci  şorabaya  da  qoyurlar.  Meyvəsindən 
alınmış cövhərdən likör və qazlı içkilər hazırlanır. 
Zirincin  müalicəvi  xassələri.  Zirincin  meyvələrindən 
xalq  təbabətində  sinqa,  raxit,  qanazlığı,  isitmə,  mədə-bağırsaq 
xəstəliklərinin  müalicəsində  ta  qədimdən  bəri  istifadə  edilir. 
Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə 
və  digər  məhsullar  alırlar.  Zirincin  yarpağının  əsas  təsiredici 
maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı 
rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi 
təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər 
(Tinctura  Berberidis)  hazırlanır  ki,  ondan  uşaqlıq  qanaxma-
larında qankəsici dərman kimi istifadə olunur. 
Yarpaqlarından  alınmış  spirtli  cövhərdən  daxili  qanax-
malarda  müalicəvi  vasitə  kimi  istifadə  edilir.  Yarpaqlarında, 
həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçək-
lərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.  
Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəb-
bədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur. 
 


 
167
S TRUS, SUBTROP K VƏ TROP K 
MEYVƏLƏ
 
Subtropik  və  tropik  meyvələr  bir  sıra  bioloji  xüsusiy-
yətlərə  malikdir  və  xüsusi  becərilmə  tələb  etdiyindən,  heç  də 
bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də 
bu  qrupa  aid  olan  tropik  meyvələrin  əksəriyyəti  ölkəmizə 
xaricdən  gətirilir.  Lakin  Azərbaycanın  torpaq-iqlim  şəraiti  bu-
rada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə 
imkan verir. 
Bu  meyvələr  zəngin  tərkibə  malik  olduğundan  müxtəlif 
məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan 
orqanizmi  üçün  vacib  olan  vitaminlər  və  bioloji fəal  maddələr 
olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi 
subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir) 
daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında isteh-
lak  edilir.  Subtropik  və  tropik  meyvələrin  tərkibində  vitamin-
lərlə  yanaşı  nisbətən  çox  miqdarda  üzvi  turşular,  efir  yağları, 
qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır. 
Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə 
olunur.  Lakin  bu  bitkilərin  becərildiyi  ölkələrdə  onun  meyvə-
sindən  müalicəvi  məqsədlə  az  istifadə  olunur.  Onlar  subtropik 
və  tropik  bitkilərin  yarpaqlarını,  qabığını  və  digər  orqanlarını 
tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus 
və  subtropik  meyvələr  əczaçılıq  təcrübəsində  geniş  tətbiq 
olunur. 
Sitrus  meyvələrinə  limon,  narıngi,  portağal,  qreypfurt, 
kumkvat, kivi aiddir.  
Subtropik  meyvələrə  nar,  əncir,  xurma,  zeytun,  feyxoa, 
innab, iydə, tut aiddir.  
Tropik  meyvələrə  isə  banan,  ananas,  Iran  xurması, 
manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu 
bitkilərin izahını əlifba sırası ilə veririk. 
 
168
Ağ  tut  –  Шелковица  (тут)  белый  –  Morus  alba  L. 
Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-
qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ 
və  xartut.  Yaxın  Şərq  ölkələrində  çox  yayılmışdır.  Azər-
baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ-
müxtəliflikləri vardır. Yabanı halda Azərbaycanın meşələrində, 
çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox 
formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman-
lardan bəri becərilməkdədir. 
Ağ  tut  ağacının  hündürlüyü  20  m-ə  çatır.  Qara  xartutun 
ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür. 
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər 
yarpaqlarla  eyni  vaxtda  əmələ  gələn  kiçik  meyvəciklərin  üzə-
rində  açılır.  Çiçəklər  gödək  saplaqla  salxımda  yerləşir.  Erkək 
çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar 
partladıqdan  sonra  tozları  tökülür.  Dişi  çiçəklərin  4  kasacıq 
yarpaqları,  2  ağızcığı  vardır.  Hər  çiçəkdən  tək-tək  kiçik  mey-
vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun 
ə
sas  meyvəsini  təşkil  edir.  Hər  meyvəciyində  bir  ədəd  yastı, 
sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin 
lətliyi  yeyilir.  Meyvəsi  silindr  şəklində,  saplağı  qısadır.  Tutun 
meyvəsi mürəkkəb giləmeyvədir. 
Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey-
vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun 
meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu 
və  şirindir.  Ağ  tutun  meyvələri  tam  yetişdikdə  yerə  tökülür. 
Odur  ki,  tutu  yetişdikcə,  hər  iki  gündən-bir  səhər  tezdən 
silkələyib xüsusi çadralara toplayırlar.  
Ağ  tutun  meyvəsi  şirin,  dadlı,  asan  həzm  olunduğundan 
təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, 
zülal,  pektin,  yağ,  aşılayıcı  və  rəngləyici  maddələr,  vitaminlər 
və dəmir vardır.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə