Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə39/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   35   36   37   38   39   40   41   42   ...   116

 
153
Xalq təbabətində quşüzümü şirəsini balla soyuqdəymə ilə 
ə
laqəli  kəskin  öskürəyə  qarşı,  boğaz  ağrısı  (angina)  və  yel 
xəstəliyinə  qarşı  içirlər.  Quşüzümü  şirəsi  və  morsu  bakterisid 
təsirə də malikdir. 
Mərsin  –  Мирт  –  Myrtus  L.  Mərsin  (Myrtaceae) 
fəsiləsindən  həmişəyaşıl  kol,  yaxud  ağacdır.  Tamkənarlı 
yarpaqları qarşı-qarşıya, ikicinsiyyətli çiçəkləri tək-tək yerləşir. 
Meyvəsi  giləmeyvəyəbənzərdir.  Əsasən  Amerikanın  subtropik 
və  tropik  bölgələrində,  həmçinin,  Afrika,  Avstraliya  və  Yeni 
Zelandiyada 60-dan çox növü yayılmışdır. Adi mərsin (Myrtus 
communis  L.)  hələ  qədim  zamanlardan  dekorativ  bitki  kimi 
ə
kilir.  Hündürlüyü  2-5  m-dək,  yarpaqları  lansetvarı,  ətirli  iri 
(diametri 3 sm) ağ və ya çəhrayı rəngli çiçəkləri, göyümtül-qara 
meyvəsi olur. Krımda, Qafqazın Qara dəniz sahillərində, Azər-
baycanın  Mərdəkan  dendrarisində  becərilir.  Mərsinin  yarpaq-
larında və bitkinin digər hissələrində ətriyyatda  və tibbdə işlə-
dilən  0,3-0,5%-ə  qədər  efir  yağı  vardır.  Bu  yağdan  müxtəlif 
məqsədlər üçün istifadə olunur, lakin dəqiq müalicəvi xassələri 
haqqında ədəbiyyatlarda məlumat yoxdur. Təzə və qurudulmuş 
meyvəsindən  kompot,  kisel,  mors  və  digər  kulinar  məmulatın 
hazırlanmasında istifadə olunur. 
Mərsin  fəsiləsinə  aid  digər  bitkilərin  meyvəsi  (məsələn, 
feyxoa)  yeyilir,  tərkibində  efir  yağı  olanlar  (mixək)  ədviyyə 
kimi, qiymətli oduncağından (evkaliptlər) istifadə olunur. 
Moruq  –  Малина  –  Rubus  idaeus  L.  Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsinin  Rubus  cinsindən,  1-3  m  hündürlükdə 
yarpaqları  tökülən  qol-budaqlı  yarımkol  bitkidir.  Sıra  ilə  dü-
zülmüş  yaşıl  yarpaqları,  yaşılımtıl  rəngli  çiçəkləri  və  tünd 
qırmızı rəngli turşməzə dadlı meyvələri vardır. 
Yarpaqların  üst  səthi  yaşıl  rəngdədir,  üçərlələkvarı  mü-
rəkkəbdir. Yarpaqların alt hissəsi tüklüdür. Ikicinsiyyətli ağ ya-
ş
ılımtıl rəngli çiçəkləri salxım və ya qalxancıq çiçək qrupunda 
yerləşir.  Qırmızı  rəngli,  turşməzə  dadlı  giləmeyvəsi  mürəkkəb 
çəyirdəklidir. Meyvələri qurudulduqda bozumtul qonur, tutqun 
 
154
qırmızı  rəngə  düşür.  Meşə  moruğu  keyfiyyətinə  görə  ən  yaxşı 
hesab  olunur.  Meşə  moruğunun  meyvələri  kiçik  olsa  da,  çox 
ş
irəli ətirli və xoş dadlı olur. Moruq bitkisi may-iyun aylarında 
çiçək  açır,  meyvələri  iyul-avqustda  yetişir.  Sentyabr-oktyabr 
aylarında  yetişən  mədəni  sortları  da  vardır.  Dünyada  moruğun 
120-ə  qədər,  Azərbaycanda  yabanı  halda  1  növü  –  adi  moruq 
(R.Vulgarus)  məlumdur.  Azərbaycanın  meşələrində,  meşə 
ə
təklərində,  çay  kənarlarında  moruğun  ehtiyatı  çoxdur.  Böyük 
Qafqazın  meşələrində  moruğun  yabanı  halda  yetişən  iri 
uzunsov  oval  formalı  qara  rəngli  növünə  də  rast  gəlinir.  Yerli 
ə
hali  həmin  moruğu  böyürtkən  adı  ilə  toplayıb  mürəbbə  ha-
zırlamaq üçün istifadə edirlər. 
Moruq  haqqında  ilk  yazılı  məlumat  qədim  yunan  yazar-
larına  aiddir.  Yunanlar  və  romalılar  meşələrdən  topladıqları 
giləmeyvəni  təkcə  qidaya  yox,  həm  də  dərman  kimi  müxtəlif 
xəstəliklərdə  istifadə  edirdilər.  Yabanı  sortların  uzun  müddət 
ə
hilləşdirilməsi  ilə  hazırda  moruğun  çoxlu  sayda  mədəni  sort-
ları yaradılmışdır. Qərbi Avropada moruq XVI əsrdə meydana 
gəlib  və  yalnız  XIX  əsrdə  geniş  yayılıb.  Rusiyada  moruq 
bitkisinin mədəni halda becərilməsinə XVII əsrdə başlanmışdır. 
Lakin o vaxt çox az moruq sortları vardı, lakin XX əsrin orta-
larından  yeni, qiymətli moruq sortları  yetişdirilmişdir. Hazırda 
moruq  Rusiyanın  bütün  bölgələrində,  Ukraynada,  Qafqazda, 
Orta Asiyada geniş yayılmışdır.  
Qırmızı  moruq  yabanı  formada  Azərbaycanın  dağlıq 
yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə 
və bir qədər rütubətli torpaqlarda bitir. 
Son illər Azərbaycanda moruğun mədəni sortları becərilir 
və onun ehtiyatı çoxdur. Lakin təzə halda moruğu uzun müddət 
saxlamaq mümkün deyil. 
Moruğun  giləmeyvəsi  xoşagələn  ətrinə  və  özünəməxsus 
turşa-şirin  dadına  görə  qiymətlidir.  Tərkibində  9-11%  şəkər 
(əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma, 
salisil,  limon,  şərab),  0,26%  aşı  maddəsi,  0,5-2,8%  pektinli 


 
155
maddə,  4-6%  sellüloza,  2,7%  pentozanlar,  0,8-1,9%  azotlu 
maddə,  29  mq%  C  vitamini,  B
1
,  B
2
,  PP,  fol  turşusu  (B
9
  vita-
mini),  karotin  və  0,4-0,8%  minerallı  maddələr  (dəmir,  kalium, 
mis  və  s.)  vardır.  Moruğun  tərkibindəki  β-sitosterin  ateroskle-
roza qarşı təsir xassəsinə malikdir.  
Moruğun  meyvələri  tam  yetişdikdə  yığılır.  Təzə  halda 
yeyilir.  Ondan  mürəbbə,  kompot,  şərbət,  kisel,  marmelad, 
pastila,  nastoyka,  spirtli  içki,  likör,  şərab,  sərinləşdirici  içkilər 
və  digər  məhsullar  hazırlanır.  Moruğu  qurudub  dərman  kimi 
istifadə edirlər.  
Moruq həm də balverən bitkidir. 1 ha moruq sahəsindən 
arılar  100  kq  bal  hasil  edə  bilirlər.  Yabanı  moruq  bir  çox 
mədəni moruq sortları üçün əcdad hesab edilir. 
Moruğun  müalicəvi  xassələri.  Dərman  xammalı  kimi 
moruq  giləmeyvəsi  qurudulur,  bankaya  və  ya  karobkalara 
yığılıb sərin, quru otaqlarda saxlanılır. Moruğun tərkibində əsas 
müalicəvi xassəyə malik olan salisil, limon, alma, şərab turşusu 
və  C  vitamini  vardır.  Bunlardan  başqa  B  qrupu  vitaminləri, 
karotin,  qlükoza,  fruktoza,  saxaroza,  aşı  maddəsi,  diqlükozid 
sianidin  flavanoidi  vardır.  Qeyd  etmək  lazımdır  ki,  yabanı 
moruğun ətri və dadı mədəni sortlara nisbətən daha yaxşıdır. 
 Təzə  meyvələr  susuzluğu  yaxşı  söndürür,  qidanın  həz-
mini  yaxşılaşdırır.  Qədimdə  Rusiyada  səhərlər  moruq  və  quş-
üzümündən  hazırlanan  xüsusi  içki  (взварец)  içirdilər.  Moruğu 
çox vaxt pəhriz qidasında, xüsusən uşaqların qidasında istifadə 
edirlər.  Lakin  podaqra  və  nefritlə  xəstə  olanlar  moruqdan  isti-
fadə  etməməlidirlər,  çünki  moruğun  tərkibində  purin  əsaslı 
maddələr çoxdur. 
Xalq  təbabətində  moruq  meyvəsini  çay  kimi  dəmləyib 
soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni 
zamanda  elmi  təbabətdə  ödqovucu,  sidikqovucu  dərman  kimi 
də  dəmləmə  və  bişirmələr  şəklində  istifadə  olunur.  Təzə  də-
rilmiş  moruq  meyvəsindən  hazırlanan  mürəbbə  və  şərbət  böy-
rək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır. Xəstəliyin 
 
156
ilk dövründə 2-3 stəkan qaynar moruq çayı (2 xörək qaşığı quru 
moruq  1  stəkan  qaynamayan  suda  dəmlənir)  içmək  məsləhət 
görülür. 
Xalq  təbabətində  moruq  qida  həzmini  yaxşılaşdıran 
vasitə  kimi,  sinqa,  qanazlığı,  mədə  ağrıları  əleyhinə  istifadə 
olunur. Çiçəklərindən alınan tinktura və həlimdən dərinin müx-
təlif  iltihabi  proseslərində  və  üzdəki  sızanaqlara  qarşı  tətbiq 
olunur.  Üzdəki  sızanaqlara  qarşı  1  hissə  moruq  yarpağı  şirəsi 
ilə  4  hissə  vazelin  və  ya  kərə  yağından  hazırlanmış  məlhəm 
(maz)  də  tətbiq  olunur.  1:20  nisbətində  yarpaqlardan  hazırlan-
mış tinkturadan anginaya qarşı boğazı qarqara etmək məsləhət 
görülür.  Belə  tinktura  ishala  qarşı,  bağırsaqlardakı  iltihab  pro-
seslərinə,  tənəffüs  orqanlarının  və  dəri  xəstəliklərinə  (səpki, 
sızanaq,  dermatit  və  s.)  qarşı  içilir.  Bəzən  bu  tinkturadan  qan-
kəsici vasitə kimi (mədədən və digər orqanlardan qanaxmalara 
qarşı)  istifadə  edirlər.  Ev  kosmetikasında  əvvəllər  moruq 
yarpaqlarından  alınmış  həlimdən  saçları  qara  rəngə  boyamaq 
məqsədilə işlədirdilər. 
Sarı böyürtkən – Морошка – Rubus chamaemorus L. 
Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindən  sürünən  kökü,  dikda-
yanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı 
inkişaf  etmiş  beşləçəkli  iri  ağ  çiçəkləri  olan  çoxillik  ot  bit-
kisidir.  Meyvəsi  mürəkkəb,  narıncı-sarı  və  daxilində  20-yə 
qədər  kiçik  toxumları  olan  mürəkkəb  giləmeyvədir.  May-
iyunda  çiçəkləyir,  meyvəsi  iyul-avqusta  yetişir.  Bu  şaxtaya 
davamlı  bitki  Rusiyanın  Avropa  hissəsinin  şimal  bölgələrində, 
Sibirdə,  Uzaq  Şərqdə  daha  çox  rast  gəlinir.  Torflu  bataq-
lıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir. 
Ş
irin  giləmeyvəsinin  tərkibində  3%  şəkər,  1%-ə  qədər 
limon  turşusu,  4%-ə  qədər  sellüloza,  aşı  maddəsi,  30  mq%  C 
vitamini  və  digər  bioloji  fəal  maddələr  vardır.  Qidaya  təzə, 
bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan 
mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə gilə-
meyvəsini  şəkərlə  konservləşdirib  (çiy  mürəbbə)  uzun  müddət 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə