Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə37/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   33   34   35   36   37   38   39   40   ...   116

 
145
qarağat  bağırsağın  fəaliyyətini  fəallaşdırır  və  daimi  qəbizlikdə 
istifadə  oluna  bilər.  Şirəsi  tərlədici  təsirə  malik  olduğundan 
soyuqdəymə  zamanı  təyin  olunur.  Qırmızı  qarağat  şirəsi  orqa-
nizmdən turş sidik duzlarını çıxarır. 
Qırmızı  qarağata  kimyəvi  tərkibinə  görə  yaxın  olan  ağ 
qarağat  da  eyni  bioloji  təsirə  malikdir.  Lakin  onun  tərkibində 
vitaminlər  nisbətən  azdır.  Məsələn,  əgər  insanın  gündəlik  C 
vitamininə  olan  tələbini  ödəmək  üçün  150  q  qırmızı  qarağat 
yetərlidirsə, ağ qarağatı 6-7 dəfə çox yemək lazımdır. 
Qırmızı  meyvəli  quşarmudu  (üvəz)  –  Рябина 
обыкновенная
  –  Sorbus  aucuparia  L.  Gülçiçəklilər  (Rosa-
ceae)  fəsiləsindən  çox  da  böyük  olmayan  boz  rəngli,  hamar 
qabıqla  örtülmüş  ağacdır.  84  növündən  14-ü  mədəni  halda 
yetişdirilir.  Azərbaycanın  dağ-meşə  bölgələrində  quşarmudu-
nun 11 növü yayılmışdır. Növbə ilə düzülmüş lələyəbənzər yar-
paqları  vardır.  Ağ  rəngli  çiçəklərindən  acı  badam  iyi  gəlir. 
Meyvələri  giləmeyvəyə  oxşayır,  şirəlidir,  parlaq  çəhrayı  rəng-
dədir.  Bitki  may-iyun  aylarında  çiçək  açır,  meyvələri  avqust-
sentyabr aylarında yetişir və payızın sonuna kimi ağacda qalır. 
Quşarmudu  iynəyarpaqlı  meşələrdə  geniş  yayılmışdır.  Bu 
bitkiyə,  eləcə  də,  meşə  açıqlıqlarında,  kolluqlarda,  çay  və  göl 
kənarlarında tez-tez rast gəlinir. 
Rusiyanın  Avropa  hissəsinin  meşəliklərində  və  Sibirdən 
başlayaraq  ta  şimalın  son  hüdudlarına  qədər  sahələrdə  quşar-
mudu  yayılmışdır.  Bundan  əlavə,  Zaqafqaziyada,  o  cümlədən 
Azərbaycanda  bu  bitkiyə  çox  təsadüf  olunur.  Quşarmudunu, 
eyni  zamanda  bağlarda  və  parklarda  da  becərirlər.  Dərman 
məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrinin xoşagə-
lən,  turşməzə,  acıtəhər  dadı  vardır.  Bu  meyvələri  şaxta  düşən-
dən  sonra  toplayırlar.  Tibbi  məqsəd  üçün  həm  becərilən,  həm 
də  yabanı  halda  yayılan  quşarmudu  meyvələrindən  çox  vaxt 
təzə  dərilən  kimi  və  ya  qurudandan  sonra  istifadə  edilir.  Təzə 
dərilmiş  meyvələri  bütün  qışı  soyuq  binalarda  və  ya  dondu-
rulmuş  halda  saxlanılır.  Quşarmudunun  meyvələrindən  təba-
 
146
bətdə  və  yeyinti  sənayesində  karotin  və  digər  vitaminlərlə 
zəngin xammal kimi istifadə edilir.  
Bitkinin  adı  (aucuparia)  latın  dilindən  tərcümədə  «quş-
ları  aldatmaq»  mənasını  verir,  çünki  bunun  meyvəsini  quşlar 
daha  çox  istifadə  edirlər.  Qırmızı  quşarmudunun  müalicəvi 
təsiri  ta  Qədim  Yunanıstanda  məlum  idi.  Qida  və  dərman  bit-
kisi kimi Avropada orta əsrlərdə məlum olmuş və hazırda məi-
şə
tdə əsas yer tutan bitkidir. 
Qırmızı  quşarmudunun  tərkibində  8%  (4-13,4%)  şəkər 
(sorboza),  2,8%  üzvi  turşu  (əsasən,  limon  və  alma  turşusu), 
0,51%  aşı  maddələri,  200  mq%  C  vitamini,  18  mq%  karotin, 
235 mq% aminturşular (arqinin, α-alanin, histidin, qlisin, lizin, 
tirozin, sistin, sistein, asparagin turşusu və s.), efir yağları, ka-
lium,  kalsium,  natrium  və  maqnezium  duzları  vardır.  Çəyir-
dəyində 22% yağ, qlikozid amiqdalin, yarpaqlarında 200 mq% 
C  vitamini,  flavonlar  (astraqalin,  giperozid,kemferol-3-sofo-
rizid,  kversetin-3-soforizid,  izokver-sitrin
)  vardır.  Meyvəsinin 
acı  dadı  0,8%  monoqlikozid  olan  parasorbin  turşusundan  irəli 
gəlir. Qabığında isə 11% taninlər var. 
Meyvəsinin ətliyi turş və büzüşdürücü acı dadlıdır. Şax-
talar düşəndən sonra dərildikdə acılığı  yox olur. Mədəni halda 
becərilən  quşarmudunun  bəzi  sortları  şirin  olduğundan  təzə 
halda  yeyilir.  Ondan  vitaminli  içki,  şərbət,  kompot,  mürəbbə, 
pastila, jele, nalivka, qəhvə və çay əvəzedicisi hazırlanır. 
Qırmızımeyvəli  quşarmudunun  müalicəvi  xassələri
Meyvələrindən avitaminozun profilaktikasında və müalicəsində 
istifadə  olunur.  Qurudulmuş  meyvələri  «vitamin  yığıntısı» 
adlanan  çay  içkilərinin  tərkibinə  qatılır  və  ayrıca  çay  kimi 
dəmlənib içilir. C və P vitaminin yaxşı nisbəti ondan ateroskle-
rozun,  hipertoniya  xəstəliyinin  müalicəsində  və  profilaktika-
sında istifadə etməyə imkan verir. 
Xalq  təbabətində  qırmızı  quşarmudu  yüngül  yumşaldıcı 
vasitə,  sidikqovucu  və  qankəsici  kimi,  eləcə  də  ağciyər  və  yel 
(revmatizm)  xəstəliklərində  tətbiq  olunur.  Bu  məqsədlə 


 
147
qurudulmuş meyvələrdən hazırlanan tinkturadan istifadə edilir. 
Qış  mövsümündə  təzə  hazırlanmış  və  ya  şəkərlə  ayrılmış  şi-
rədən  gündə  bir  neçə  dəfə  qəbul  etmək  daha  yaxşıdır.  Quşar-
mudu  şirəsi  həm  də  babasil  xəstəliyində  yaxşı  vasitə  hesab 
olunur. Təzə meyvələrindən və yarpaqlarından alınmış həlimlə 
xənazır (sıraca) xəstəliyini müalicə edirlər. 
Quşüzümü  –  Паслен  –  Solanum  L.  Badımcan-çiçək-
lilər  (Solanaceae)  fəsiləsindən  yarımkol  və  ya  kol  bitkisidir. 
1700  növü  məlumdur.  Keçmiş  SSRI-də  18  növünə,  Azərbay-
canda 6 növünə rast gəlinir. Çoxillik, bəzən birillik yarımkol və 
ya  kol,  nadir  hallarda  ağaclardır.  Yarpaqları  növbəli  və  qar-
ş
ılıqlı düzülür. Ikicinsiyyətli, beşüzvlü çiçəkləri qrup halında və 
ya  tək-tək  yerləşir.  S.dulcamara  və  S.nigum  növlərinin 
tərkibində  solanin  alkaloidi  olduğu  üçün  zəhərlidir.  Solanum 
Laciniatum Ait növünün tərkibindəki solasodin və solomarqin 
qlikozidləri tibbdə geniş tətbiq olunan proqesteron və kortizon 
hormonal preparatları almaq üçün istifadə edilir.  
Fal-fal  quşüzümü  –  Паслен  дольчатый  –  Solanum 
Laciniatum  Ait  suvarılan  torpaqlarda  becərilir  və  3-4  m 
hündürlüyündə  çoxillik  həmişəyaşıl  koldur.  Əsas  təsiredici 
maddəsi  olan  solasodin  bitkinin  kütləvi  çiçəklədiyi  dövründə 
toplanır.  Yarpaqlarında  2,48-3,87%,  zoğlarında  0,36-0,32%, 
kökündə  0,5%,  meyvələrində  3,5%  (kal  meyvələrdə  6,16%-ə 
qədər) solasodin (C
27
H
23
O
2
⋅H
2
O) qlikozidi vardır. Sənaye məq-
sədilə  bitkinin  yarpaqlarından  istifadə  olunur.  Bu  günə  qədər 
kortizonun  sintezi  üçün  solasodin  əsas  xammal  hesab  olunur. 
Buna oxşar digər quşarmudunun (Solanum pseydocapsicum L.) 
tərkibindən solanokapsin qlikozidi alınmışdır. 
Quşüzümündən  alınan  preparatlar  mərkəzi  əsəb  siste-
minin,  ürəyin  fəaliyyətinin  və  iltihabi  proseslərinin  müalicə-
sində  istifadə  olunur.  Solasodinin  1-2  mq/kq  dozasında  tətbiqi 
qan  təzyiqini  aşağı  salır.  Eyni  zamanda,  solasodinin  qanın 
laxtalanmasına,  soyuqdəyməyə  qarşı  da  istifadə  olunur.  Belə-
liklə,  solasodin  əsasən  soyuqdəyməyə  qarşı,  kardioloji  təsirinə 
 
148
və  qanın  laxtalanmasının  vaxtını  uzatmaq  məqsədilə  istifadə 
olunur. 
Meşə  çiyələyi    Земляника  лесная  –  Fragaria  vesca 
L. Gülçiçəklilər (Rosaceae)  fəsiləsinin çiyələk cinsinə mənsub 
çoxillik  sürünən  pöhrələri  olan  ot  bitkisidir.  Məlum  olan  20 
növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə ra-
yonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Yarpaqları 
kökyanı, üçqat, rombaoxşar oval, uzun saplaqlı sallanmış olur. 
Çiçəkləri ağ olub çətir formalıdır. Meyvəsi qırmızı yumurtaya-
oxşar və ya düzgün olmayan şar formalı qeyri-həqiqi giləmey-
vədir. Giləmeyvənin səthində sarımtıl rəngli xırda toxumcuqlar 
var. 
Meşə  çiyələyi  dağ-meşə  bölgələrində  çox  geniş  yayıl-
mışdır. Meşə çiyələyi insanlara Daş dövründən məlum idi. Son-
ralar  meşə  çiyələyinin  mədəni  sortları  yetişdirilmiş  və  XVIII 
ə
srdən  başlayaraq  Çili  növlərinin  Avropaya  gətirilməsi  və 
onların  Avropa  və  Amerika  sortları  ilə  qarışığından  3000-ə 
qədər meşə və bağ çiyələyi sortları yetişdirilmişdir. 
Meşə  çiyələyi  mayın  axırı,  iyunun  əvvəllərindən  baş-
layaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. 
Meyvələri iyun-avqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş 
olub, forması yumurtavarı və uzun konusvarıdır. Rəngi qırmızı, 
ağ,  bəzən  bənövşəyi  olur.  Çiyələk  xırda  meyvəciklərin  bir-
ləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi 
xırda sarı toxum yerləşir.  
Meşə  çiyələyinin  tərkibində  6-9,5%  şəkər  (qlükoza  və 
saxaroza), 2,5-4%-ə qədər üzvi turşular (alma, limon və xinin), 
0,4% aşı maddəsi, 20-50 mq% C vitamini, 3,5% karotin, pektin 
maddəsi,  dəmir  duzları  və  efir  yağları  vardır.  Yarpaqlarında 
250-280 mq% askorbin turşusu, 2-3%-ə qədər aşı maddəsi, üzvi 
turşular vardır. Qeyd etmək lazımdır ki, meşə çiyələyi bəzi in-
sanlarda  allergik  xəstəlik  yaradır.  Bu  isə  əsasən  örə  (кра-
пивница
) xəstəliyi ilə müşayiət olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə