121
valerian turşusunun duzu, qatran və digər bioloji fəal maddələr
vardır. Müasir tibbdə başınağacının qabıqlarından duru spirtli
ekstrakt şəklində mamalıq təcrübəsində, xüsusən uşaqlıq qan-
axmalarında qənkəsici dərman kimi istifadə edilir. Qabıqdan
hazırlanmış ekstraktdan gündə 2 dəfə 25-40 damcı, 1:20 nis-
bətində hazırlanmış həlimdən isə gündə 3-4 xörək qaşığı qəbul
etmək məsləhət görülür.
Xalq təbabətində başınağacı qabığından alınan tinktura
və həlimdən qankəsici kimi, yuxusuzluğa, isteriyada, qıcol-
maya qarşı istifadə olunur. Qabıqdan hazırlanan həlimi soyuq-
dəyməyə və təngnəfəsliyə qarşı qəbul edilir. Gündəlik doza 1
çay qaşığı xırdalanmış qabıqdan 1 stəkan suda hazırlanmış hə-
limdir.
Baytarlıq təcrübəsində başınağacı həlimindən iribuynuzlu
və xırdabuynuzlu (davar) heyvanların tənəffüs orqanlarının
xəstəliyinin müalicəsində istifadə olunur.
Böyürtkən – Ежевика – Rubus caesius L. Gülçiçəklilər
(Rosaceae) fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 250-
dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika
qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta
Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında
böyürtkən kolluqları vardır. Müalicəvi bitki kimi qədimdən mə-
lumdur. Antik dövrün görkəmli həkimləri böyürtkənin meyvə-
sini və bitkinin digər orqanlarını müxtəlif xəstəliklərin müa-
licəsində istifadə etmişlər. Böyürtkənin keçən 100 il ərzində bir
çox mədəni sortları yetişdirilmişdir. Lakin sənaye əhəmiyyətli
ə
kin sahələri yoxdur. Bu isə böyürtkənin soyuğadavamlı olma-
masından irəli gəlir. Böyürtkən kolları -17
0
C-də donur. Əsasən
yabanı halda yetişən böyürtkən toplanır, qidaya və müalicə
məqsədilə istifadə olunur. Əsas üç növü çox yayılmışdır.
1. Qafqaz böyürtkəni – R.Caucasica L.;
2. Göyümtül böyürtkən – R.Caesius L.;
3. Qara böyürtkən – R.Fruticosus L.
122
Böyürtkən may ayından başlayaraq, avqusta qədər
çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm
təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək aç-
dıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma eti-
barilə uzunsov və konusvarı, rənginə görə qırmızı, qara, al-
qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və
quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı
böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər.
Lakin böyürtkəni yığmaq çox çətindir.
Böyürtkənin tərkibində 2,88-3,64% qlükoza, 3,12-3,24%
fruktoza, 0,35-0,58% saxaroza, 15-18% C vitamini, karotin, vi-
tamin E, B qrupu vitaminləri, 2,2%-ə qədər üzvi turşular (alma,
şə
rab, limon, salisil), 1,8% pektinli maddə, aşı və ətirli mad-
dələr vardır. Yarpaqlarında 80-271 mq% C vitamini, toxumla-
rında 12,9% yağ vardır. Elmi təbabətdə, demək olar ki, istifadə
olunmur.
Giləmeyvəsi çox dadlı və ətirli olduğundan, təzə halda
yeyilir. Böyürtkəndən şirə, şərbət, kompot, mürəbbə, cem, mar-
melad, şərab hazırlanır. Uzun müddət saxlamaq üçün quru-
dulur.
Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay
dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. Arılar 1 ha
sahədən 20-25 kq bal hasil edə bilir.
Böyürtkənin müalicəvi xassələri. Təzə giləmeyvələr
susuzluğu yatırmaq məqsədilə qızdırma vəziyyətində yeyilir.
Yetişib ötmüş meyvələri qəbizlikdə (yüngül yumşaldıcı kimi),
kal meyvələri isə, əksinə, ishal zamanı (qarınbağlayan vasitə
kimi) istifadə olunur. Meyvələri və ondan hazırlanmış çay xalq
təbabətində klimakterik əsəb zamanı sakitləşdirici və ümumi
qüvvətləndirici vasitə hesab edilir.
Ə
vvəllər giləmeyvələrdən hazırlanan tinktura və həlim-
lərdən tərgətirici və sidikqovucu vasitə kimi istifadə edirdilər.
Sonralar məlum oldu ki, soyuqdəymə xəstəliyində yarpaqlardan
hazırlanan çay və həlim yaxşı tərlədici təsirə malikdir.
123
Sidikqovucu vasitə kimi böyürtkənin köklərindən hazır-
lanan (1:20) həlim də istifadə olunur. Yarpaqların tərkibində
14%-ə qədər aşı maddəsi olduğundan, ondan alınmış (1:10) hə-
limdən qanlı bəlğəmin, mədədən qanaxmanın və ishalın müa-
licəsində istifadə olunur. Bu həlimdən gündə 3 dəfə 1 xörək
qaşığı içilir. Yarpaqlarından hazırlanan həlimlə boğazı qarqara
edirlər. shala qarşı qurudulub toz halına salınmış yarpaqla-
rından da istifadə olunur. Bəzən xalq təbabətində yarpaqlardan
hazırlanmış tinkturadan bəlğəmgətirici vasitə kimi yuxarı
tənəffüs yollarının xəstəliklərində təyin olunur. Belə tinkturanı
yüksək həyəcanlanma və yuxusuzluq zamanı sakitləşdirici təsiri
müəyyən edilmişdir.
Dioskorid qədim dövrdə dəri xəstəliklərində böyürtkən
yarpaqlarından kompres üçün istifadə etməyi məsləhət görürdü.
Müasir təbabətdə yarpaqlardan alınmış həlimlə, islatmanı və ya
ə
zilmiş yarpaqları dəmrov, ekzema, daimi yara və köhnə irinli
yara nəticəsində dərinin zədələnmiş yerlərinə qoyurlar. Bu
yaranın təmizlənməsinə və tez sağalmasına təsirli kömək edir.
Yarpaqların bakterisid təsiri onun tərkibindəki fitonsidlərin
fəallığı ilə əlaqədardır.
Böyürtkən yarpaqlarından çox ətirli və xoşagələn çay
hazırlanır. Bu çay dadına və iyinə görə adi çayı xatırladır.
Çayın əvəzedicisini hazırlamaq üçün təzə böyürtkən yarpaq-
larını ağzı bağlı qaba yığıb fermentləşdirir, solmuş və qaralmış
yarpaqlar açıq havada qurudulur.
Cır mərsin – Голубика – Vaccinium uliginosum L.
Bitkinin adı meyvəsinin və yarpaqlarının rəngi ilə əlaqədardır.
Cır mərsin Mərcangilə (Vacciniaceae) fəsiləsindən, çox da
böyük olmayan kol bitkisidir. Yarpaqları ellips formada, alt his-
sədə göyümtül-yaşıl rəngdə, xırda ağ, azacıq çəhrayı rəngli
çiçəkləri var. Meyvəsi oval formalı, rəngi göyümtül-mavi, ətliyi
ş
irinə-turş yaşıldır. May-iyunda çiçəkləyir, meyvəsi avqust-
sentyabrda yetişir. Cır mərsin iynəyarpaqlı və iriyarpaqlı meşə-
lərdə kol halında, Rusiyanın şimal və orta zonasının torflu
124
bataqlıqlarında rast gəlinir. Meyvəsi tam yetişmiş halda quru
hava şəraitində toplanır. Cır mərsini topladıqda ehtiyatlı olmaq
lazımdır, çünki meyvələr asan əzilir.
Ə
sasən təzə halda yeyilir və pəhriz xörəklərinin hazır-
lanmasında istifadə olunur. Onun tərkibində 6,5% şəkər, 1%
üzvi turşu, 1,2% sellüloza, pektin, aşı və boya maddələri, 25
mq% C vitamini və karotin vardır. Giləmeyvələrini qurutmaq,
kompot, mürəbbə, şirə və şərab hazırlamaq olar. Tərkibində C
vitamini olduğundan şimal rayonlarında sinqa əleyhinə qəbul
edilir. Donmuş giləmeyvələrdə C vitamini yaxşı qorunur. Təzə
ş
irəsi və giləmeyvədən hazırlanan həlim içki kimi qızdırmalı
xəstələrə verilir.
Çaytikanı – Облепиха - Hippophae rhamnoides L.
Iydə (Elaeagnaceae) fəsiləsinin çaytikanı cinsinə mənsubdur.
Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı
Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın Avropa hissəsin-
də çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hün-
dür dağlarda təsadüf edilir.
Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz,
Şə
ki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən
2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində
bitir. Bu bitki Azərbaycanın, demək olar ki, əksər dağ-meşə
rayonlarında yayılmışdır.
Çaytikanı meyvəsinin xoş ətrinə görə, çox vaxt «Sibir
ananası» adlanır. O, doğrudan da, ananas ətri verir. Lakin çayti-
kanı meyvəsi tibbi əhəmiyyətinə görə əsl ananasdan xeyli
üstündür.
Çaytikanı qollu-budaqlı, hündürlüyü 4-6 m-ə çatan ağac-
dır. Gövdə və qol-budağının üzəri yaşıl-qonur və ya boz-qonur
rəngli qabıqla örtülmüşdür. Çaytikanı bitkisinin iynəvarı bu-
daqları və növbə ilə yerləşən sadə, xətkeşlanset formalı, uzun-
luğu 8 sm-ə çatan, üst hissəsi boztəhər yaşıl, alt hissəsi gü-
müşü-qonur rəngli yarpaqları vardır. Nəzəri cəlb etməyən xırda,
sarı rəngli çiçəkləri qol-budaqları üzərində yerləşmişdir. Mey-
Dostları ilə paylaş: |