125
vələri yetişəndə sarı və ya çəhrayı-sarı rəngdə olur. Çaytikanı,
adətən aprel-may aylarında çiçək açır, meyvələri isə sentyabr-
oktyabr aylarında yetişir. Başqa ağac bitkilərindən fərqli olaraq
onun meyvələri ağacdan tökülmür, fevral-mart aylarına kimi
kolun üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı
rəngdədir. Meyvələri, əsasən girdə, oval və uzunsov formada
olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm enindədir. Dadı
ş
irin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu
tünd qəhvəyi və parlaqdır.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tər-
kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə,
9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay-
tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində
16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B
1
,
0,037-0,066 mq% B
2
, 0,79 mq% B
6
,
8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79
mq% fol turşusu (vitamin B
c
) və 1,2 mq% K vitamin vardır.
Toxumunda 0,28 mq% B
1
, 0,38 mq% B
2
, 14,3 mq% E vitamin
vardır. Toxumundan alınan yağın tərkibində 250 mq%
karotinoidlər, 165 mq% E vitamini və yarımdoymamış yağ
turşuları (F vitamini aktivliyində) vardır.
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan
müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele,
püre, povidlo, marmelad, vitaminli çay, spirtli içki, nastoyka və
likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər.
Çaytikanının müalicəvi xassələri. Dərman məqsədilə
çaytikanı çox qədim zamanlardan bəri istifadə edilir. Onun yar-
paq və çiçəklərindən xalq təbabətində çay kimi dəmləyib mədə-
bağırsaq və ya yel xəstəliklərində, meyvələrindən isə qanaz-
lığında qüvvətverici dərman kimi istifadə edilir. Meyvələrinin
toxumu isə zərif işlətmə dərmanı kimi qəbul olunur. Müasir
təbabətdə çaytikanının ancaq meyvələrindən istifadə olunur.
Meyvələrinin tərkibində bir sıra qiymətli müalicə əhəmiyyətli
maddələr vardır. Bu maddələrdən olein, stearin, linol və pal-
126
mitin turşularının qliseridi olan 8%-ə qədər piyli yağı göstər-
mək olar. Bunlardan başqa, meyvəsinin şirəsində şəkər (qlü-
koza), üzvi turşular (alma və şərab turşuları), aşı maddələri də
müəyyən edilmişdir. Meyvəsinin toxumlarında 12,5%-ə qədər
piyli yağ, çoxlu miqdarda A, B
1
, B
2
, E vitaminləri, eləcə də
karotin vardır. Məhz, ona görə də, çaytikanının meyvələri son
illərdə alimlərin diqqətini xüsusilə cəlb etmişdir. Aparılan təd-
qiqatlar nəticəsində müəyyən olunmuşdur ki, çaytikanının
meyvələrində olan maddələr bədxassəli şişlərin müalicəsində
müsbət təsir göstərir. Meyvələrində olan vitaminlər isə dəri
xəstəliklərinin müalicəsində, avitaminozda son dərəcə fay-
dalıdır. Qeyd etmək lazımdır ki, çaytikanı meyvələrində olan
vitaminlərin hər birinin mühüm müalicə əhəmiyyəti vardır.
Məsələn, yoluxucu xəstəliklərə qarşı müqaviməti artıran A
vitamini xüsusən uşaqlar üçün son dərəcə faydalıdır. Bu gözün
görmə qabiliyyətinə müsbət təsir göstərir. B
1
vitamini sinir
sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına
kömək edir. B
2
vitamini diabet, qaraciyər xəstəliklərinin müa-
licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun-
müddətli müalicədən sonra baş verən müxtəlif ağırlaşmalarda
müsbət təsir göstərir.
A vitamini ilə P vitamini birlikdə hipertoniya xəstəliyinin
müalicəsi üçün gözəl vasitədir. C vitamini orqanizmin normal
inkişafını tənzim edir, orqanizmin maddələr mübadiləsini yax-
ş
ılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır.
Ona görə də C vitamini bir sıra xəstəliklərdə (qanazlığında,
sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur. Mey-
vəsinin yağı yaraların sağalmasını sürətləndirir, dərini şüa
zədələdikdə sağaldıcı təsir göstərir. Yağından hazırlanan 5%-li
məlhəm dəridən kəskin qızartını, ağrını aradan qaldırır, çatla-
maların, dəmrovun sağalmasına, A vitamininin orqanizmdə
normaya düşməsinə səbəb olur.
Ağız boşluğunun zədələnməsində, üzün fleqmanoz səp-
kilərində bu yağ faydalı dərman kimi tətbiq olunur. Qida bo-
127
rusunun xərçəngi zamanı həmin yağdan gündə iki-üç dəfə ya-
rım xörək qaşığı müalicə müddəti ərzində daxilə qəbul etdikdə
yaxşı nəticə verir.
Çaytikanı vitamin konsentratı olduğundan, hipo- və avi-
taminozun profilaktikasında ən yaxşı vasitə hesab olunur. On-
dan 1:1 nisbətində (tumsuz) püre hazırlanıb qış mövsümündə
gündə 2-3 dəfə 1 xörək qaşığı yeyilir və orqanizmin vitaminlərə
olan tələbatı ödənir.
Çaytikanı yağından yanıqların, dərinin şüa ilə zədələn-
məsi və digər xəstəliklərdə istifadə olunur. Çaytikanı yağından
qinekoloji təcrübədə qadın cinsiyyət orqanlarının müxtəlif
iltihabi xəstəliklərində də istifadə olunur. Boğazdakı badamcıq
vəzilərinin (qlandanın) cərrahi əməliyyatından sonra yaralara
çaytikanı yağı sürtülür ki, epitel toxumaları daha tez əmələ
gəlsin və irinləmədən təmizlənsin.
Çiyələk – Клубника. Bu qrupa bağ çiyələyi (Fragaria
moschata Duch.) və meşə çiyələyi (Fragaria vesga) aiddir.
Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox yaxındır.
Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə
çiyələyi bağ çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi
yabanı halda yayılmış və soyuğa davamlı olduğundan şimal və
orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin meyvəsi iri
olmaqla diametri 3-5 sm və çəkisi 50 q-a qədər olur.
Bağ çiyələyi – Клубника – Fragaria moschata Duch –
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Çiyələk Azərbaycanın
dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz,
Qusar, Qonaqkənd, Laçın, Şuşa, Kəlbəcər, Dağlıq Qarabağ,
Şə
ki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı
çoxdur.
Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru
maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələ-
yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq%
C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, turşu-
lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən
128
2,8% qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci
yığımda çiyələyin tərkibində şəkərin miqdarı 2-ci və 3-cü
yığıma nisbətən 1% çox olur.
Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi,
0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral
maddə vardır. Ən çox dəmir, fosfor və kobalt duzları rast gə-
linir.
Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən
növlərə ayrılır. Əsas aşağıdakı sortlar yetişdirilir. Tezyetişən-
lərdən Mısovka, Komsomolçu, orta yetişənlərdən Çəhrayı ana-
nas, osif Maqomet, Muto, Koraska, Luiza və gecyetişənlərdən
Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda, əsasən
Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri
qablaşdırmaq üçün tutum 3-8 kq olan səbət və səbətcikdən
istifadə edilir.
Standarta əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı,
rəngi normal və sağlam olmalıdır. Bunların içində 10%-ə qədər
nisbətən xırda gilələrin, 5%-ə qədər qeyri-pomoloji sortların,
3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş, satış
yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına
icazə verilir.
Bağ çiyələyinin müalicəvi xassələri. Xalq təbabətində
çiyələyin meyvəsindən podaqra və böyrəkdaşı xəstəliyində,
yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edirlər.
Çiyələk, eyni zamanda orqanizmin maddələr mübadiləsinə
kömək edir və həzmi yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin
iltihabını aradan qaldırır. Çiyələk avitaminoza qarşı da yaxşı
təsir göstərir.
Xalq təbabətində bağ çiyələyinin meyvəsindən qanaz-
lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər.
Çiyələyin qurudulmuş yarpaqlarından isə moruq meyvəsi ilə
birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəs-
təliklərdə tərlədici və hərarəti aşağı salan dərman kimi iş-
lədirlər.
Dostları ilə paylaş: |