Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

 
113
çılpaq  şaftalıları  uyğun  olaraq  nektarin  və  bryunyon  (gərdi  və 
ya güşdü) adlandırırlar. 
Ə
tli  hissəsi  çəyirdəyindən  tam  ayrılanlar  daha  zərif  və 
ş
irəli  olur.  Bunlarda  pektin  maddələri  az  olur.  Geniş  yayılmış 
sortlarından  Lola,  Sarı  nektarin,  Nikitin,  Çempion,  Qızıl 
yubiley şaftalılarıdır. 
Ə
tli hissəsi çəyirdəyindən ayrılmayanlar xırçıldayan olur. 
Bunlarda  pektin  maddə  nisbətən  çoxdur.  Sortları  Ağ  qoriyski, 
Brusski, Pauni, Zəfərani şaftalılarıdır. 
Azərbaycanda  şaftalının  standart  sortlarından  Çempion, 
Qrinobero,  Salami,  Qızıl  yubiley,  Elberta,  gecyetişən  narıncı, 
gecyetişən  zəfəranı,  Nikita,  Mayflever,  Salvey,  Fidan,  Malik, 
Ağ  nazlı  yetişdirilir.  Təzə  şaftalı  hər  pomoloji  sort  üzrə  key-
fiyyətinə  görə  birinci  və  ikinci  əmtəə  sortuna  bölünür.  Ölçü-
sünə görə iri (50 mm-dən çox), orta iri (35-50 mm) və xırda (35 
mm-dən kiçik) qruplarına bölünür. 
Yeni  perspektiv  ağ  ətli  şaftalılardan  Jemçujina,  Flamin-
qo,  Yubiley,  Znamya,  Krım,  Tavriçeski,  sarı  ətli  şaftalılardan 
Mayak,  Fakel,  Krım  kəhrəbası,  Xəzinə  sortlarını  göstərmək 
olar. 
Ş
aftalının tezyetişən sortlarını soyuducuda (0-6
0
C-də) 6-
10 gün, gecyetişən sortlarını isə 1-2 ay saxlamaq mümkündür. 
Meyvəsinin  ətliyində  15%-ə  qədər  şəkər,  alma,  şərab, 
limon və xinin turşuları , efir yağı, dəmir, kalium, C vitamini, B 
qrupu vitaminləri, karotin vardır. Çəyirdək ləpəsində 57% yağ, 
acı  badam  efir  yağı,  amiqdalin  qlükozidi  və  digər  maddələr 
vardır. 
Ş
aftalının müalicəvi xassələri. Şaftalı təzə halda yeyilir, 
ondan kompot, mürəbbə, sukat hazırlanır. Şaftalı şirəsi, əsasən 
də  ətliyi  ilə  hazırlanmış  şirə  çox  dadlı  və  xoşagələndir. 
Uşaqlara və xəstələrə verilir. 
Ş
aftalı mədəaltı vəzinin şirə ifrazını sürətləndirdiyi üçün 
qidanın  həzmini  yaxşılaşdırır.  Lakin  şəkər  xəstəliyində  və  kö-
kəlməyə  meyilli  olanlar  üçün  çox  şaftalı  yemək  məsləhət  gö-
 
114
rülmür. Tərkibində kalium çox oduğundan ürək-damar xəstəliyi 
olanların  gündəlik  qida  rasionuna  daxil  edilir.  Şaftalının  tu-
mundan alınan  yağ əczaçılıqda yüksək qiymətləndirilir. Şaftalı 
yağı  ərik  yağı  kimi  həlledici  rol  oynayır  və  bəzi  dərialtı  və 
ə
zələdaxili  iynələrin  tərkibinə  qatılır.  Şaftalı  yağından  duru 
məlhəmlər də hazırlanır. 
Xalq təbabətində şaftalının yarpaqlarından və çiçəyindən 
alınan  həlimdən  və  şaftalı  şirəsindən  baş  ağrılarında,  revma-
tizm, bəzi mədə-bağırsaq xəstəliklərində istifadə olunur. Şaftalı 
çiçəkləri  sidikqovucu  və  yumşaldıcı  vasitə  kimi  təyin  olunur. 
Ekzemaya  qarşı  yarpaqlarından  hazırlanan  həlimdən  qaynar 
vannalar edilir. Şaftalı yağı ən vacib ürək dərmanı olan və təcili 
yardım  məqsədilə  geniş  istifadə  olunan  «Oleum  kamfora»nın 
hazırlanmasında istifadə olunur. Şaftalının ürək-damar sistemi, 
böyrək və mədə xəstəliklərində müalicəvi əhəmiyyəti vardır. 
Zoğal  –  Кизил  –  Cornus  mas  L.  Zoğal  (Cornaceae) 
fəsiləsinin zoğal cinsindəndir. Zoğal cinsinin 4 növü məlumdur 
ki,  bunlardan  yalnız  biri  –  adi  zoğal  yayılmışdır.  Adi  zoğal 
yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, 
Orta Asiyada, Moldovada bitir. Azərbaycanda, Böyük və Kiçik 
Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və 
güney  yerlərdə  balaca  meşəliklər  təşkil  edir.  Başqa  meşə 
ağacları arasında da tək-tək bitir. 
Zoğal  yarpaqlamazdan  çox  əvvəl  fevral-martda  çiçəklə-
yir.  Sarı  çiçəkləri  bir  yerə  toplanıb  çətir  kimi  sallanır.  Mey-
vələri  avqustun  axırı  və  sentyabrda  yetişir.  Meyvələri  yumru, 
oval, armudaoxşar və silindrik olur. Meyvəsinin  rəngi qırmızı, 
tünd qırmızı, qara qırmızı və bəzi formaları açıq sarı olur. Adi 
zoğal meyvəsi iriliyinə, formasına və rənginə görə çox müxtə-
lifdir. Yabanı zoğal xırda olmaqla 2-6 q, mədəni halda bağlarda 
becərilənlər  isə  20-22  qr  çəkisində  olur.  Ətliyi  çəyirdəyindən 
ayrılan və ayrılmayan formaları da vardır. Ətliyi bərkdir, lakin 
yetişib  ötdükdə  və  dərildikdən  bir  müddət  sonra  yumşalır.  Bu 
zaman biokimyəvi proseslərin təsirindən zoğalın dadı şirinləşir. 


 
115
Dadı turş, turşaşirin və müxtəlif dərəcədə şirin olur. Tam yetiş-
məmiş  meyvələrdə  aşılayıcı  maddələrin  miqdarı  çox  oldu-
ğ
undan ağız büzüşdürücüdür. Çəyirdəyi  çox bərkdir, ucları şiş 
və ya küt olur. 
Zoğalın  tərkibində  10%-ə  qədər  şəkər  (əsasən,  invert 
şə
kər),  2-3,5%  üzvi  turşu,  0,62-1,6%  pektinli  maddə,  1,14% 
azotlu  maddə,  1,03%  sellüloza,  1,18%  minerallı  maddə,  0,71-
1,24% aşılayıcı və rəngləyici maddə vardır. Zoğalın tərkibində 
55  mq%-ə  qədər  C  vitamini  olduğundan  sinqa  əleyhinə  tətbiq 
edilir.  Zoğalın  ətri  onun  tərkibindəki  efir  yağının  miqdarından 
asılıdır. Çəyirdəyində 30% yağ olur. 
Zoğaldan  şirə,  mürəbbə,  kompot,  povidlo,  jele,  pastila, 
şə
rbət,  spirtli  içkilər  (likör,  nalivka,  punş,  şərab,  araq),  sirkə, 
sərinləşdirici  içkilər,  lavaşana  hazırlanır.  Zoğal  çəyirdəkli  və 
çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal 
ekstraktı (məti) aşpazlıqda işlədilir. 
Zoğal  texniki  yetişmə  dövründə  dərilir.  Lavaşana,  sirkə 
və  şirə  hazırlamaq  üçün  dərilmiş  meyvələr  saxlanılır  və 
yumşaldılır (lalıxlayır). 
Zoğalın  müalicəvi  xassələri.  Zoğalın  həlimindən  və 
kiselindən ishala qarşı istifadə edilir. Həlim və tinkturası 5-10 q 
quru zoğal ilə 1 stəkan suda hazırlayıb gündə 4 dəfə 1/4 stəkan 
içilir.  Gürcüstanda  zoğal  və  yabanı  armuddan  hazırlanan  qatı 
ekstraktdan ishala qarşı istifadə olunur. Zoğal maddələr müba-
diləsinin  pozulması  zamanı,  podaqrada,  qanazlığında  və  dəri 
xəstəliklərində  məsləhət  görülür.  Soyuqdəymədə  və  mədə 
xəstəliklərində  zoğal  mürəbbəsi  ilə  çay  içilir.  Zoğallı-nanəli 
düyü  sıyığı  bişirilib  sətəlcəmli  xəstələrə  verilir.  Tərgətirici  və 
sidikqovucu kimi də xeyirlidir. 
Zoğal yarpaqlarında 10-14% tannidlər var. Yarpaqlardan 
hazırlanmış  tinkturadan  (1  xörək  qaşığı  yarpaq  1  stəkan  suda) 
gündə 3-4 dəfə 1/4 stəkan içmək məsləhət  görülür. Xalq təba-
bətində zoğal yarpağı sidikqovucu və ödqovucu vasitə kimi də 
istifadə olunur. 
 
116
Təzə  zoğal  qabığı  malyariya  xəstəliyinə  qarşı  istifadə 
olunur.  Xalq  təbabətində  titrətməyə  qarşı  zoğal  güllərindən 
alınan ekstrakt, zoğal şirəsi və ya meyvələrdən alınan tinktura-
dan  istifadə  olunur.  Zoğal  ağacının  qabığından  ümumi  möh-
kəmlik, tonusqaldırıcı və şəfqətləndirici vasitə kimi də istifadə 
olunur.  Qafqazda  zoğal  qabığı  ilə  arpa  unundan  hazırlanmış 
təpitmədən  irinli  yaraların  və  çibanların  müalicəsində  istifadə 
olunur.  Bu  məqsədlə  və  mədə-bağırsaq  xəstəliklərində  xırda-
lanmış  zoğal  çəyirdəyindən  hazırlanan  həlimdən  də  istifadə 
edilir. 
Zoğalın  büzüşdürücü  xassəsi  və  tərkibində  fitonsidlərin 
olması,  ondan  müalicəvi  məqsədlə  mədə-bağırsaq  xəstəlik-
lərində  istifadə  olunmasına  imkan  verir.  shala  qarşı  zoğalın 
sulu  məhlulundan  istifadə  edilir,  uşaqlara  isə  zoğal  kiseli 
verilir.  Zoğal  mürəbbəsini  qarın  ağrısına  və  soyuqdəyməyə 
qarşı tətbiq edirlər. Maddələr mübadiləsinin pozulmasında, qa-
nazlığında və dəri xəstəliklərində zoğaldan istifadə olunur. 
Zoğalın  yarpaqlarından  və  cavan  budaqlarından  alınan 
sulu  məhlul  öd  və  sidikqovucu  vasitə  kimi  istifadə  edilir. 
Zoğalın  kökləri  və  oduncağının  qabığı  kinə  (xinin)  əvəzinə 
isitməyə  qarşı  tətbiq  edilir.  Bəzi  yerlərdə  cavan  yarpaqlarını 
qurudub çay əvəzinə işlədirlər. 
Zoğal  bütün  meyvələrdən  əvvəl  çiçəkləyir.  Çiçəkləri 
ə
tirli və çox nektarlı olduğundan arılar sarı tozcuqlarla birlikdə 
zoğal nektarını çox həvəslə toplayırlar. 
Oduncağı sarı rəngdə, olduqca möhkəmdir. Şəmşid ağacı 
kimi  bərk  olduğundan  toxuculuq  alətləri  (eşmə  aləti,  məkik, 
masura, mil) hazırlamaq üçün işlədilir. 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə