Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   69   70   71   72   73   74   75   76   ...   111

 
218 
 
 
1608-ci ildə  İrəvanda  Əmirgunə xan tərəfindən Cəlalilərə 
qonaqlıq verilmiş, ancaq Əmirgunə xan Cəlaliləri qarşılamağa 
getmədiyi üçün üzürxahlıq edib demişdi: «Qala kutvalları dövlətin 
inanılmış adamlarıdırlar. Padşahdan icazəsiz onun evi olan qalanı 
qoyub getməyə ixtiyarımız yoxdur. Buna görə də sizi qarşılamavğa 
gələ bilmədim» (80, 773). Buradan aydın olur ki, bəylərbəyi 
hökmranlıq etdiyi bəylərbəyilikdə nə qədər müstəqil olsa da, Şahın 
icazəsi olmadıqda mərkəzdən başqa yerə gedə bilməzdi.  
1612-ci ildə İstanbulda Osmanlı-Səfəvi andlaşmasından sonra 
Salmasda iki dövlət arasında sərhədi təyin etmək və müqavilə əsa-
sında Səfəvi dövləti tərəfindən sənədlərə möhür vurmaq Əmirgunə 
xana tapşırılmışdı. Sülh müqavilənaməsi  əsasında demarkasiya 
sənədlərini Osmanlı dövləti tərəfindən Məhəmməd paşa və  sərhəd 
sancaqbəyiləri, Səfəvi dövləti tərəfindən isə  Əmirgunə xan və bu 
tərəfin  əmirləri möhürləmişdilər. 1617-ci ildə  İrəvan qalası yaxın-
lığında Osmanlılara qarşı vuruşmada  şücaət göstərdiyinə görə  Şah 
Əmirgünə xanı «Sarı Aslan» adlandırmışdı (80, 864, 910). 
Şah Təhmasib dövrünün qorçusu Gülabi bəyin oğlu Əmirgunə 
xan (Sarı Aslan) Qacar tayfasının Ağcaqoyunlu elindən idi. 
Əmirgunə xan Qəzvin darğalığından Çuxur-Səd bəylərbəyiliyinə 
qədər yüksək vəzifəyə qalxa bilmişdi. 1625-ci il iyul ayında 0, 
Gürcüstanda vuruşmada möhkəm yaralanır. Qacar döyüşçüləri onu 
yaralı halda vuruş meydanından çıxarırlar. Bir müddət  İrəvanda 
yaralarını müalicə etdirir. Lakin 1625-ci ilin axırlarında elə  həmin 
yaradan da ölür. I Şah Abbasın  əmri ilə onun böyük oğlu 
Təhmasibqulu bəyə xan titulu verilib Çuxur-Səd  əmir  əl-ümərası 
təyin olunur. İsgəndər Münşi yazır ki, «hal-hazırda o vilayətdə 
hökmrandır» (80, 1031, 1041). "Zeyl-i alamara-yi Abbasi" də 
göstərilir ki, 1629-cu ildə Xosrov paşanın Osmanlı ordusu öncə 
Bağdadı və sonra Təbrizi tutmaq məqsədi ilə Diyarbəkrdən hərəkət 
edib Mosula daxil olduqda Təhmasibqulu xan Çuxur-Səddə 
hakimiyyətdə idi. İmperiyanın  şimal-qərb sərhədlərinin qorunması 
ona,  şərq sərhədlərinin müdafiəsi isə bu zaman Xoyda olan 
Naxçıvan hakimi Maqsud sultan Kəngərliyə tapşırılmışdı.(81,32)    


 
219 
 
 
Beləliklə,  Əmirgunə xan 20 ilə yaxın Çuxur-Səd bəylərbəyi 
və  İrəvan hakimi olmuşdur.Əmirgunə xanın qısa tərcümeyi-halı 
göstərir ki, təsadüfi adamlardan bəylərbəyi olmur, bu vəzifəyə 
bacarıqlı, cəsarətli şəxslər, düşüncə sahibi olanlar seçilirdilər. Əbəs 
deyil ki, 1618-ci ildə ölkədə siyasi vəziyyət gərginləşdikdə  Şah 
məsləhət üçün Əmirgünə xanı Ərdəbilə dəvət etmişdi (86, 402). 
1635-ci ildə Çuxur-Sədə Sultan Muradın süvari dəstələri 
hücum edir, doqquz günlük mühasirədən sonra İrəvan  şəhərini 
osmanlılar yenə də tutub Təhmasibqulu xanı əsir götürüb İstanbula 
aparırlar. Təhmasibqulu xan ömrünün axırına qədər İstanbulda qalır 
(142, 255; 206, 110-111). 1636-cı ildə Şah Səfi qoşunları tərəfindən 
İrəvan azad edildikdən sonra Lar hakimi Kəlbəli xan Çuxur-Səd 
bəylərbəyi və  əmir  əl-ümərası  təyin edildi. Şah Səfinin  əmri ilə 
İrəvan qalasının təmiri də ona tapşırıldı. Ancaq 1640-cı ildə Kəlbəli 
xan öldürüldü. Məhəmməd Yusif Qəzvini yazır ki, Kəlbəli xan 
öldürüldükdən sonra cilovdarbaşı  Məhəmmədqulu xan Cığatay 
Çuxur-Səd bəylərbəyi oldu (128, v.104a, 132 b; 108, 259). 
1646-cı ildə isə xassə qulamlarının yüzbaşısı olmuş, sonra 
söhbət yasavulu vəzifəsinə keçmiş Keyxosrov bəy Çərkəz Çuxur-
Sədə  bəylərbəyi göndərilmişdi. Həmin ilin mart ayında isə onu 
Mehrab xan Qacarın oğlu Murtuzaqulu xan əvəz etmişdi (128, 
v.190b). 
1656-1663-cü illərdə Çuxur-səd bəylərbəyi Qazaq xan Çərkəz 
Şamlının oğlu Nəcəfqulu xan idi (206, 179). Nəcəfqulu xandan son-
ra  Əmirgunə xanın oğlu Abbas Çuxur-Səd bəylərbəyi və  İrəvan 
hakimi təyin edilmişdi. Ondan sonra isə  ləzgi Səfi xan burada 
bəylərbəyi olmuşdur. O, Şah tərəfindən cəzalandırıldıqdan sonra 
Rüstəm xanın oğlu Səfiqulu Çuxur-Sədə bəylərbəyi göndərilir (89, 
24). 
Şarden yazır ki, hazırda Səfiqulu xan İrəvan bəylərbəyidir. O 
keçmiş  Şah (II Şah Abbas) dövründə  Səfəvi  İmperatorluğunun  ən 
mühüm  əyalətlərindən birində hökmranlıq edirdi. Lakin saray 
qadınlarının təhriki ilə keçmiş padşah vəfat etməmişdən üç il qabaq 
tutduğu vəzifədən azad edilmişdi. Səfiqulu xanın arvadı ana 
tərəfdən Şahın qohumu idi. Şah Süleymanın hakimiyyətinin (1666-


 
220 
 
 
1694) ilk illərində onun xahişi ilə ərini Şah yenidən İrəvan hakimi 
və Çuxur-Səd bəylərbəyi təyin edir. Səfiqulu xan digər hakimlərə 
nisbətən  ədalətli olduğu üçün hökmran olduğu  ərazinin  əhalisinin 
hörmətini qazanmışdır. Lakin yerli sultanlar və  əyanların bir çoxu 
ona tabe olmaqdan boyun qaçırıb,  əleyhinə  Şah və divanbəyiyə 
çoxlu şikayətlər edirdilər. Səfiqulu xan da öz növbəsində Çuxur-Səd 
vilayətindəki vəziyyət barədə vaxtaşırı  Şaha məlumat göndərirdi. 
Nəhayət,  Şah fərman verir ki, kiçik hakimlər sözsüz olaraq İrəvan 
hakiminə tabe olmalıdırlar.  Şarden yazır ki, həmin fərmanı  Şahın 
qulamı İrəvana gətirdikdə mən İrəvanda idim. Onun gəlib qayıtması 
İrəvan hakiminə 400 tümənə başa gəlmişdi. Bu məbləğ onun mənzil 
və yemək xərcindən əlavə idi (113, c.II, 314-315). 
Z.Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda 
oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırıl-
mırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq 
edirdilər. Bütün İrəvan  əhalisi və qoşunlarının  şikayəti nəticəsində 
Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın 
kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azər-
baycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa 
adam getməmişdi. Çünki camaat onların gəldiyini bilmirdi. Zal xan 
İrəvan qalasına daxil olduqdan sonra vəzir,  şeyx ül-islam və  bəzi 
başqa  əyanları çağırtdırıb  Şahın fərmanını oxudu. Oraya  topla-
şanların hamısı ona itaətkar olduqlarını ifadə etdilər. Müəllif bu 
mərasimdən sonra carçının küçəyə  çıxıb «Zal xan İrəvanın sahibi 
oldu. Ömrü çox olsun»deyə uca səslə İrəvan sakinlərinə bildirişini 
türkcə olduğu kimi əsərində qeyd etməsi,  şəhərdə türk dilinin 
işlənmə  səviyyəsinin göstəricisi olub, həm də bu diyarın bir türk 
yurdu olmasından xəbər verir. 1679-cu ildə  İrəvanda zəlzələ oldu, 
bir çox binalar dağıldı. Lakin Zal xanın göstərişi ilə dağılmış binalar 
bərpa olundu. Bu vaxt İrəvanın qala divarları da dağılmışdı. Azər-
baycan vəziri İbrahim yenə İrəvana gəlib qonşu xanları - Naxçıvan, 
Bərdə, Zəyəm, Lori, Maku sultanlarını da çağırıb onlara qalanın 
tikilib bərpa edilməsinə köməklik etmələrini tapşırdı (206, 183-184, 
194-197). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə