354
məhsullar arasından seçimi asanlaşdırır. kincisi, internet digər ənənəvi
analoqlardan fərqli olaraq müştərilərinə xidmət etmək üçün ənənəvi ofisi
olmayan, ofisi və iş mühiti veb-sayt olan virtual şirkətlər yaratmaq imkanı verir.
Bu modelin həyata keçriliməsinə nümunə kimi telekommunikasiyanın elektron
vasitələrlə həyata keçirilən birgə qarşılıqlı prosesində iqtisadiyyatın sub-
yektlərinin coğrafi bölgülərini birləşdirən elektron təşkilatlar ola bilər. Həm-
çinin, həmişə onları realizə etmək üçün kifayət qədər resursları olmayan ideya
generatorları ilə lazımi resursları olan şirkətlər arasında vasitəçilik edən in-
ternet-inkubatorların fəaliyyətini də qeyd etmək olar. Buraya həm də məsləhət
və maliyyə xidmətləri göstərən təşkilatları da aid etmək olar. Məsələn, virtual
bank və elektron broker.Bu kateqoriyaya xəbər, yayılma vasitəsi intenet
şə
bəkəsi olan işgüzar və ixtisaslaşdırılmış informasiyaların istifadəçilərinin ge-
niş dairəsini təmsil edən müxtəlif layihələri də aid etmək olar. Bundan başqa bu
kateqoriyada internetdə reklam və hər şeydən əvvəl saytın reklam modelini
qeyd etmək olar. Reklam modelinin həyata keçirərkən onda daimi, dəqiq seq-
mentləşdirilmiş və ya maksimal geniş auditoriya formalaşdırmaq üçün veb-sayt
yaradılır. Adətən belə resurslar portal adlanır. Portal saytda verilən infor-
masiyanın və ya xidmət növünün genişlik və ya dərinliyini xarakterizə edir. Bu
modelin uğurlu həyata keçirilməsini təmin etmək üçün əvvəlcə sayta istifadəçi-
lərin cəlb olunması lazımdır. stifadəçilərin saytda keçirdikləri vaxtı uzatmaq,
onları saytın aktiv həyatına cəlb olunması (müzakirələr, sorğular,müsabiqələr
yolu ilə) vacibdir. Reklam modeli ilə yanaşı bu kateqoriyaya internetdə reklam
bazarında vasitəçilik xidmətləri göstərən biznes-modeli də daxildir. Qeyd
olunan hər bir biznes-model biznes növünün ixtisaslaşdırılması və xüsusiyyət-
lərindən çıxış edərək tərtib olunmuşlara bölünə bilər. Bundan başqa bir sayt
eyni zamanda müxtəlif biznes-modelləri realizə edə bilər.
Müasir tendensiyalardan biri internetdə mövcud biznesə dəstək modeli ilə
yeni biznes-modellərinin birləşməsidir. Təcrübə göstərir ki, belə şirkətlər böyük
etibarlılıq və sabitlik ehtiyatına malik olur və diversifikasiya yaranmış prob-
lemləri həll etməkdə onlara kömək olur.
Elektron biznes sisteminə keçidin şirkət üçün marketinq məqsədlərinin
aşağıdakı əsasları vardır:
1. Brendin möhkəmləndrilməsi. Şirkətin veb-sayt yaratmaqda əsas
məqsədlərindən biri şirkətin zamanla ayaqlaşmasını nümayiş etdirməkdi.
Marketinq müəssisələri bunu brendin möhkəmləndirilməsi adlandırır. Brend –
ş
irkət haqqında mövcud və eyni zamanda potensial müştərilərin şüurunda for-
malaşan təsəvvürlərdir. Saytın istənilən aspekti sənədləşmənin keyfiyyəti,
tərtibatın aydınlığı, güvənlilik və səriştəlilik hissi, yükləmə vaxtı və s. kimi as-
pektlər şirkətin nüfuzuna dəlalət edir. Əsas məqsəd səhifəyə baş çəkəndən
sonra istifadəçidə şirkət haqqında xoş xatirə qalsın və o şirkətlə əlaqə qurmaq
istəsin. Şirkətin brendinin nüfuzu həm də müştərinin ona qarşı hiss etdiyi eti-
bardır. Bu məsələdə universal resept yoxdu. Bü gün rəqabətə davam gətirmək
355
üçün professionalların köməyindən istifadə etmək lazımdır. Öz qarşınıza
qoyduğunuz məqsədlər işərisində brendin nüfuzu məsələsi ön planda olmalıdır.
Bu, uğurlu satışın zəmanətidir. Belə ki, şirkətin nüfuzu müştərinin etibarına
təsir edir. Əgər şirkət bu məsələdə uğur qazana bilməsə, digər məsələlərdə də
uğursuz olacaq.
2. Yeni müş
tə
rilə
r qazanmaq. Biznes-model imkanlarından biri yeni
müştərilər qazanmaq və satışı stimullaşdıran informasiyanın çatdırılması üçün
internetdən istifadə olunmasıdır. Sövdələşmə özü gələcəkdə telefon, elektron
poçt vasitəsilə və ya şəxsi görüş zamanı bağlana bilər. Bir çox böyük olmayan
ş
irkətlər uğurla bu modeldən istifadə edirlər. Müştəri axtarışının əsas aləti
müştərinin şirkətin web-saytından tapa biləcəyi əlaqə formasıdır. “Mail to”
müştərilərə şirkətə elektron məktub yazmaq imkanı verir. Buna qarşılıq olaraq
yaxşı tərtib olunmuş internet-anket dərhal potensial müştərini seçmək və ona
uyğun cavab verilməsini təmin edir. Satışda daha çox uğur qazanmaq üçün
web-saytda müştəriyə qərar qəbul etməkdə lazım olan daha çox faydalı infor-
masiya yerləşdirmək lazımdır. Əgər potensial müştəri ona lazım olan infor-
masiyanı veb-saytda tapa bilmirsə, onda o, axtarışı internetdə davam etdirəcək
və digər rəqib şirkətin veb-saytında tapacaq. Şirkət haqqında nternetdə
informasiya o qədər dolğun və cəlbedici olmalıdır ki, potensial müştəri bununla
tanış olmaq istəsin. Daha çox şirkətlər təqdim olunmuş ixtisaslaşdırılmış və
personallaşdırılmış informasiyanı avtomatlaşdırmaq üsulunu tapır və sövdələş-
məni internet vasitəsilə sənədləşdirir.
3. Gəlirlərin əldə olunması. Saytda şirkətin istehsa etdiyi məhsul və
xidmət haqda məlumat verən on-layn şirkət ola bilər. Bu da biznesin həyata ke-
çirilməsinin adekvat strategiyasıdır. Lakin son nəticədə hər bir şirkətin əsas
fəaliyyət aspekti istər nternet, istərsə də digər vasitələrlə gəlir əldə etməkdir.
nternet vasitəsi ilə gəlir əldə etməyin 3 yolu var:
Satışdan əldə olunan gəlir. nternet vasitəsi ilə ticarət gəlir əldə etməyin
yeni yolu deyil, daha doğrusu, xərclərə qənaət etməyə imkan verən yeni gəlir
kanalıdır. nternetin əsas üstünlüklərindən biri şirkətin fəaliyyəti ilə məhdudlaş-
dırılan bazardan kənara çıxmaq imkanının olmasıdır. Əgər şirkət internet
vasitəsi ilə məhsul və ya xidmət sata bilirsə, onun üçün müştərinin yaşadığı
yerin əhəmiyyəti yoxdu. Bu zaman bütün dünya “satış bazarı” olur. Bu zaman
məhsul və ya xidmət satışından əldə olunan gəlir təyin olunmuş fasilə və ya
hesab-faktura və alışı sifarişin əsasında təsbit olunmuş transaksiya məbləği ilə
ödənilən transaksiya komissiyası kimi yığılır. Sayt sahibləri əsas gəliri nternet
vasitəsilə müxtəlif xidmətlər göstərməklə, ya birbaşa internet vasitəsilə , ya da
on-layn rejimdə əldə edirlər. Buraya elektron nəşrlərə abunə, şifrə ilə mühafizə
olunan informasiyaya giriş , vergi deklorasiyasının hazırlanması və s. daxildir.
Reklamdan ə
ldə
olunan gə
lir. lkin və daha geniş yayılmış gəlir əldə
etmək üsulu reklam yerləşdirilməsidir. Ticarət veb-saytlarının sayı internet-rek-
lama olan tələbdən daha tez artır və bu, reklam yerləşdirilməsinin dəyərinin