Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
11
lərin birində səhər tezdən (saat 9:00-da) Mirzə İbrahi-
mova zəng edir. Təsadüfən iş elə gətirir ki, telefonun
dəstəyini Mirzə müəllimin özü götürür. Salam-kalamdan
sonra Rövşən Novruzoğlu Mirzə müəllimin xoş damarına
düşür. Mirzə müəllimin dilini tapır. Rövşən Novruzoğlu
ona deyir:
–
Evə kəndindən (Cənubi Azərbaycanda Mirzə İb-
rahimovun anadan olduğu kənd) məktublar yazırlar və
deyirlər ki, Mirzə müəllimin səsini eşitmək istəyirik.
Bu fikir Mirzə müəllimi tutur. Yeri gəlmişkən,
Rövşən Novruzoğlu nə dediyini yaxşı bilir. Bilir ki, Mir-
zə müəllimi bu yolla ələ almaq olar. Yazıçı səhərisi gün
saat 9:00-da onu gözləyəcəyini deyir. Rövşən Novruz-
oğlu əhəmiyyət vermir ki, Mirzə müəllim onu harada
gözləyəcək. Səhəri gün onun görüşünə gedəndə yadına
düşür ki, bəs onlar harada görüşəcəklər?! Birtəhər öyrənir
ki, Mirzə İbrahimov səhər tezdən görüşəndə öz evində
görüşür. Və Rövşən Novruzoğlu Mirzə müəllimgilə
gedir. Yazıçı onu qəbul edir. Sonra soruşur:
–
Ay oğul, harada işləyirsən?
–
Cənubi Azərbaycan Radiosunda Aqşin Babayevin
yanında.
Mirzə müəllim görür ki, Rövşən çox diribaş, vətən-
pərvər oğlandır. Elə həmin gündən yazıçının, necə deyər-
lər, quşu Rövşənə qonur. Rövşənə geniş bir müsahibə ve-
rir. Onların arasında səmimiyyət yaranır. Bir müddətdən
sonra Mirzə müəllim Rövşəni mətbuat katibi kimi öz ya-
B u l u d x a n X ə l i l o v
12
nında işə götürür. Və bu da Mirzə İbrahimovun jur-
nalistlərə müsahibə verməsi işini də asanlaşdırır.
Rövşən Novruzoğlu tez-tez Mirzə müəllimin maddi
cəhətdən qayğısını da görür. Adətən belə qayğını Mirzə
İbrahimov o vaxt gənclərə edərmiş. İş elə gətirir ki, bu
qismət Rövşən Novruzoğluna da nəsib olur. Günlərin bi-
rində o, Mirzə müəllimin evinə gəlir. Əynindəki pencə-
yini soyunub asılqandan asır. Çay içib, çörək yedikdən
sonra təbii ki, getməli olur. Pencəyini əyninə geydikdən
sonra yolda əlini cibinə salanda görür ki, orda nəsə var.
Hiss edir ki, puldur. Elə bilir ki, kimsə çaşıb qoyub. Geri
qayıdıb bunu demək istəyir. Ancaq həyətdə Mirzə müəl-
limi yaxşı tanıyan ağsaqqal bir kişi Rövşən Novruz-
oğlunu görüb deyir:
–
Bala, sən indi Mirzə müəllimin yanından çıxdın.
Nə tez geri qayıtdın.
Rövşən Novruzoğlu:
–
Dayı, Mirzə müəllimə sözüm var...
Ağsaqqal deyir:
–
Bala, mən bilirəm niyə qayıdırsan. Qayıtmaq
lazım deyil. Mirzə müəllimin özü hər şeyi yaxşı bilir. O
kişi ilə görüşməyə ehtiyac yoxdur.
Ağsaqqal bilirmiş ki, Mirzə müəllim evinə gələn
gənclərə belə qayğını heç zaman əsirgəmir. Mütləq onları
yedirib-içirdir, ciblərinə hansı yollasa pul qoyur. Onların
ehtiyaclarını az da olsa, ödəmək istəyir. Və belə hadisələr
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
13
tez-tez təkrar olunduğundan ağsaqqal bilir ki, Rövşən
Novruzoğlu niyə tez bir vaxtda geri qayıtdı.
Beləliklə, Mirzə İbrahimovun qayğısını görənlər
onu unutmur və yəqin unutmayacaqlar da…
22.09.2014
B u l u d x a n X ə l i l o v
14
Mir Cəlalla Mehdi Hüseynin
zarafatı
Mir Cəlal Paşayev Mehdi Hüseynin xətrini çox is-
təyirmiş. Təbii ki Mehdi Hüseynin də Mir Cəlala böyük
hörməti və məhəbbəti varmış. Hətta onların arasında tez-
tez zarafatlar da olurmuş. Zarafatları ilə bir-birinin xətrini
xoş edərlərmiş. Günlərin birində Qazaxdan Mehdi Hü-
seynin yaxınlarından - qohumlarından biri onun yanına
gəlir. Mehdi Hüseyndən məsləhət almaq istəyir. Mehdi
Hüseynə deyir:
–
Qağa, mənim oğlum olmur, məsləhətin nədir?
Mehdi Hüseyn zarafatından qalmayaraq öz həm-
yerlisinə deyir:
–
Sən Mir Cəlalın yanına get, o, məsləhət versin. O
daha hörmətli, nüfuzlu adamdır. Həm də seyiddir. Onun
göstərdiyi yol daha yaxşı olar.
Belə də olur. Mehdi Hüseynin qohumu Mir Cəlalın
yanına gəlir. Mir Cəlal müəllimə müraciətlə:
–
Ay müəllim, hər bir əyər-əskik işimiz barədə
Mehdidən məsləhət alırıq. Onun yanında oldum. Məni
sizin yanınıza göndərdi. Dedi ki, siz ondan da hörmətli,
nüfuzlu adamsınız. Başınıza dönüm, mənə bir yol
göstərin.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
15
Mehdi Hüseynin qohumu kənd adamı olduğundan
hiylə - məkr nə olduğunu bilmir. Ürəyində nə varsa,
dilində də onu deyir:
–
Qağa, qurbanın olum, mənim başqa elə bir ada-
mım yoxdur ki, ondan məsləhət alım. Mehdi qağam idi, o
da sizin yanınıza göndərdi. İndi məsləhət yerim sizsiniz.
Qağam Mehdidir, bir də siz. Qağam Mehdi sizi daha
ağıllı, müqəddəs adam hesab eyləyir. Odur ki, məni sizin
yanınıza göndərdi. Mənə məsləhətinizi əsirgəməyin. Bu
qağanız da elə-belə adam deyil. Sizin xəcalətinizdən
çıxar...
Mir Cəlal müəllim işin nə yerdə olduğunu başa
düşür. Bilir ki, bu xata Mehdi Hüseyndən keçibdir. Ona
görə də özünü o yerə qoymur. Soyuqqanlı və ciddi bir
görkəm alır. Öz təmkinini pozmadan kişiyə məsləhət
verir:
–
Ay kişi, axşam ailənlə yatanda başına papağını
qoy və yat. Axşam yatanda heç zaman başından papağını
çıxartma.
Kişi olduqca sadəlövh olur, Mir Cəlalın verdiyi
məsləhətə qulaq asır. Və Allahın izni ilə vaxt-vədə yetişir
və həmin kişinin oğlu dünyaya gəlir. Mir Cəlalın
seyidliyi kişinin gözündə daha da böyüyür. Bakıya
Mehdi qağasının yanına əlidolu, sovqatla gəlir.
–
Ay qağa, bu kişi nə qədər Allah adamıymış.
Onun dediyini elədim, oğlum oldu.
Mehdi Hüseyn deyir:
Dostları ilə paylaş: |