Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
12
Səyyad Salahlı (Aran)
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini
Azərbaycan, Bakı
TOLERANTLIĞIN AZƏRBAYCAN NÜMUNƏSİ
Çox hörmətli cənab başçı, hörmətli konfrans iştirakçıları, əziz zaqatalalılar. Mübariz müəllim
təbii və çox haqlı olaraq sözü qızılgüllə başladı. Belə götürsək, Azərbaycan rayonlarının hər biri qı-
zılgülə bənzəyir, amma hamısı bir dəst halında, buket halında daha gözəldir. Azərbaycan bu xüsu-
siyyətinə görə məhz dünyada məşhurlaşıb və hazırda böyük diqqət mərkəzindədir. Gəlin sizin də
tez-tez eşitdiyiniz iki sözün izahına nəzər salaq: tolerantlıq və multikulturalizm. Tolerantlıq əslində
dözümlülük mənasını kəsb edən sözdür. Qarşındakı adama fikri, əqli, əxlaqi, mənəvi, psixoloji mə-
nada dözmək. Yəni, ona hörmətlə yanaşmaq, qulaq asmaq və eyni zamanda qarşındakı adamın da
sənə hörmətlə yanaşması və sənin fikirlərinə mənəvi dözümlülüyünü nümayiş etdirməsidir. Multi-
kulturalizm isə hərfi
mənada dinlər zənginliyidir, siyasi mənada mədəni müxtəlifliyin idarə edilməsi
üçün siyasi sistemə verilmiş addır. Bu da o anlama gəlir ki, ən müxtəlif dinlərin
nümayəndələri bir
kənddə, yaxud bir bölgədə yanaşı, mehribancasına yaşaya bilir. Nəinki yaşayır, həm də bir-birləri-
nin zənginliklərindən istifadə etməklə eyni məkanda birgə yaşam tərzi və hüququna sahib olurlar.
Bax, budur multikulturalizm!
Bilirsiniz ki, Azərbaycanda 2016-cı il Möhtərəm Prezident tərəfindən «Multikulturalizm ili»
elan olunmuşdur. Bu, bizim dünyaya çıxan ən parlaq özünüifadə tərzimizdən biridir. Azərbaycanda
bir çox millətlərin nümayəndələrinin yaşaması ilə bərabər üç əbədi və bəşəri səmavi dinin üçünün
də burada məbədgahları vardır. Və bu dinlərin nümayəndələrinin Bakıda, ümumiyyətlə Azərbay-
canda heç vaxt qarşıdurması olmayıb. Bu fakt dünyanı heyrətə gətirir. Faktla bağlı gəlin
Təzə Pir
məscidinin yerləşdiyi əraziyə diqqət çəkək. Həmin ərazidən 200 metr aşağıda Jen Mironosets kilsə-
si, ondan da 700 metr aşağıda Yəhudi sinaqoqu fəaliyyət göstərir. Azərbaycanda bundan başqa kriş-
nalılar, Provoslav dininin müxtəlif qolları fəaliyyət göstərir ki, nə bu qurumlar arasında, nə də onla-
rın nümayəndələri arasında heç vaxt qarşıdurma olmayıb. Bununla dünyaya göstəririk ki, biz sülh
xalqıyıq, torpağımızda yaşayan millətlərin ənənəsinə, milli mənsubiyyətinə toxunmadan onlarla bir
yerdə yaşamağı bacarırıq. Buyurun,
gəlin Azərbaycana, görün bu xalqlar necə mehribanlıqla bir
yerdə yaşayırlar.
Keçən il komitəmizin dəstəyi ilə Amerikanın Los Ancelos şəhərinin Sinay sinoqoqundan
Devid Volpenin başçılığı altında 50 nəfər nümayəndə Azərbaycana gəlmişdi. Onlar təxminən 10
gün Azərbaycanda qaldılar və çox böyük heyrət içində öz vətənlərinə döndülər. Qayıtdıqdan sonra
Los Ancelosun məşhur qəzetlərinin birində “Tolerantlıq oazisi” adlı böyük bir yazı ilə çıxış etdilər.
O anlamda ki Qərb, həm də müsəlman ölkəsi sayılan bu məmləkətdə yəhudilərə münasibətdə tole-
rantlığımızı görmüşdü!
Hələ eramızdan əvvəl IV əsrdə Babil hökmdarı Novuxodonosor İudeya çarlığını darmadağın
etdi. Həmin dövrdə 250 min yəhudi əsir götürülmüşdü. Qalanları isə dünyanın bir çox ölkələrinə sə-
pələndilər (o cümlədən Azərbaycan deyilən əraziyə). Düz 2600 ildir ki, bu ərazidə yəhudilər yaşa-
yır. Bundan başqa, 2000 ildir ki, pravoslavlar, 1300 ildir müsəlmanlar ölkəmizdə sakindirlər. Heç
vaxt Azərbaycanda adlarını çəkdiyimiz xalqların arasında qarşıdurma olmayıb. Hazırda Bakının or-
tasında erməni kilsəsinin qorunub saxlanılması bunu deməyə əsas verir. Və ya Şəkidə, Qaxda və s.
yerlərdə Alban kilsələrinin bu günədək fəaliyyət göstərməsini bu anlamda misal gətirmək olar.
Qeyri-müsəlmanların ibadət etdiyi həmin abidələr xalqımız tərəfindən
çox hörmətlə və tariximizin
parlaq nümunələri kimi qorunur. Azərbaycan bu xüsusiyyətilə bütün dünyaya nümunədir və ölkə-
mizə gələn dünya liderləri azərbaycanlıların bu xarakterinə heyran qalırlar.
Papa II İohan Pavel vaxtilə Azərbaycana gələrkən buradakı dini plüralizmin və multikultural
dəyərlərin necə yüksək səviyyədə olduğunu görərək heyranlığını bildirmişdi. O demişdir: “Azər-
baycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri
Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
13
üçün yaxşı nümunə ola bilər”. Papa ilə gələn yüzlərlə agentliklərin jurnalistləri bunu bütün dünyaya
bəyan etdilər.
II Aleksi Azərbaycanda olarkən dedi ki, burada pravoslavlar heç bir sıxışdırılmaya məruz qal-
madan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu
cür şərait təəssüf ki, bəzi pravoslav ölkə-
lərində belə yoxdur.
O cümlədən Rum patriarxı (İstanbul) I Vorfolomey yurdumuza ziyarəti zamanı haqqımızda
bunları demişdir: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir.
Azərbaycanı çox sevirəm. Bu ölkənin xoşbəxtliyi və rifahı üçün hər zaman dua edəcəyəm”.
Beləliklə, biz mental xüsusiyyətimizdən irəli gələn humanizmi və ölkəmizdə yaşayan qeyri-
islami xalqlara olan səmimi münasibətimizi ortaya qoyuruq. Bununla da düşmənlərimizin haqqı-
mızda söylədikləri yalan və böhtanların nə qədər əsassız olduğunusübut edirik.
Yəqin hələ bilməyənləriniz var ki, Azərbaycan multikulturalizmi deyilən fənn hazırda dünya-
nın 16 ölkəsində tədris olunur. Avropada, MDB-də, Orta Asiyada və digər Qərb ölkələrində. Bu,
Azərbaycan həqiqətlərini dünyaya bəyan edən ən yeni fənlərdən biridir.
Bilik Fondu həm də qış-yay məktəbləri deyilən maraqlı bir tədbirin təşkilatçısıdır. Prosesdə
dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycana gəlir, Azərbaycan
mədəniyyəti, tarixi, ədə-
biyyatı və s. sahələrdə olan zənginlikləri ilə tanış olur, həmin şəxslər eyni zamanda Azərbaycandan
öz vətənlərinə buradan əldə etdikləri biliklərlə qayıdırlar. Şübhəsiz, bu tədbirin keçirilməsində Za-
qatalanın seçilməsi təsadüfdən olmayıb. Əvvəla, Allah-Təala bu bölgədən heç bir gözəlliyini əsirgə-
məyib. İkincisi, bu torpağın nümayəndələri bu diyarın çiçəklənməsi üçün öz bacarıqlarını heç za-
man əsirgəmirlər. Mən işimlə əlaqədar bu bölgəyə tez-tez gəlirəm. Xatırlayıram ki, yarım il əvvəl
burada olarkən şəhərin hər yerində təmir -tikinti işləri gedirdi. Demək olar ki, hər yer qazılmışdı,
çoxlu inşaat layihələrinə start verilmişdi. İndi isə burda olduğum vaxtda o səliqəsizliklərdən əsər-
əlamət görmədim. Bütün bunlara görə başda Mübariz müəllim olmaqla hamınıza təşəkkür edirəm.
Və sizə daha parlaq, gözəl günlər arzulayıram!
İndi də başqa bir məqamın üzərinə gəlmək istəyirəm. Zaqatalada ən müxtəlif xalqların nüma-
yəndələri yaşayır. Hamımızı birləşdirən də məhz Ulu Öndərdən bizə miras qalmış Azərbaycançılıq
ideyasıdır. Vəzifəmizdən, sinfi, dini mənsubiyyətimizdən, məsuliyyətimizdən asılı olmayaraq, biz
ilk öncə azərbaycanlıyıq. Azərbaycan bütövlükdə bizim vətənimizdir. Eyni zamanda buradakı ən
müxtəlif millətlərin nümayəndələri Azərbaycanı özlərinə vətən hesab edir və bu ölkəni dərin mə-
həbbətlə sevirlər. Bu unikal bir hadisədir. O anlamda ki, ən müxtəlif millətlərin nümayəndələri bir
yerdə yaşasın, aralarında söz-söhbət olmasın! Doğrudan da unikal bir xüsusiyyətdir!
Bizim məqsədimiz nədir?! Biz azad, sərbəst, müstəqil yaşamaq uğrunda kurs götürmüşük və
bunu Ulu Öndər Azərbaycan xalqına əbədilik vəsiyyət edib. Ölkə özünün xoşbəxt gələcəyinə doğru
inamla irəliləyir. Məlumdur ki, sovetlər dağıldıqdan sonra bir çox respublikalarda yenidənqurma
adı altında cürbəcür hadisələr oldu. O cümlədən millətlərarası münaqişələr başladı, qanlı qırğınlar
törədildi. Biz də süni şəkildə yaradılmış Dağlıq Qarabağ problemi ilə sınağa çəkildik. Bu bizim
sürətli inkişafımızı bir qədər zəiflətsə də, onun qarşısını tamamilə ala bilmədi.
Dövlətimiz problemin həlli yollarında durmadan səy göstərir. Prezident İlham Əliyevin dövlə-
timiz və xalqımız qarşısındakı əziyyəti hədər getmədi. İki-beş aprel hadisələri
bunu bir daha isbatla-
dı. Azərbaycan reallıqlarını dərk etdikcə dünya artıq Azərbaycana tətbiq etdiyi ikili standartlardan
geri çəkilməyə başlayıb. Bizim isə dünyaya mesajımız budur – Gəlin bu konfliktləri sülh yolu ilə
həll edək. Əks təqdirdə Azərbaycan xalqı öz hüquqlarını müdafiə etməkdə sərbəstdir: həm dünya
hüquq qaydalarına uyğun olaraq, həm də ölkəmizin hüququ qaydalarına əsaslanmaqla gec-tez bunu
həyata keçirəcəyik!
Bu gün artıq bilirsiniz ki, danışıqlar masası ətrafında diqtə edən tərəf Azərbaycandır. Dağlıq
Qarabağa yardım etməyə çalışan bir çox ölkələr prezidentimizin qəti etirazı ilə qarşılaşdılar. Və bu tə-
şəbbüsdə olanlar həmin andan geri çəkildilər. Çünki Azərbaycan suveren ölkədir. Onun toxunulmaz-
lığı BMT-də təsbit olunub. Hazırda hadisələrin inkişafını müəyyənləşdiririk
və bu haqda ictimaiyyəti
vaxtaşırı məlumatlandırırıq.
Azərbaycan dövləti talışı, ləzgisi, avarı, tatarı, rusu, ukraynalısı və s. xalqların bir yerdə olduğu
təqdirdə güclüdür, qüdrətlidir. Eyni zamanda tolerant ölkədir, multikulturalizmin ən böyük bayraqda-