Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə5/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   2   3   4   5   6   7   8   9   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
12 
Səyyad Salahlı (Aran) 
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini  
Azərbaycan, Bakı 
 
 
TOLERANTLIĞIN AZƏRBAYCAN NÜMUNƏSİ 
 
Çox hörmətli cənab başçı, hörmətli konfrans iştirakçıları, əziz zaqatalalılar. Mübariz müəllim 
təbii və çox haqlı olaraq sözü qızılgüllə başladı. Belə götürsək, Azərbaycan rayonlarının hər biri qı-
zılgülə bənzəyir, amma hamısı bir dəst halında, buket halında daha gözəldir. Azərbaycan bu xüsu-
siyyətinə görə  məhz dünyada məşhurlaşıb və hazırda böyük diqqət mərkəzindədir. Gəlin sizin də 
tez-tez eşitdiyiniz iki sözün izahına nəzər salaq: tolerantlıq və multikulturalizm. Tolerantlıq əslində 
dözümlülük mənasını kəsb edən sözdür. Qarşındakı adama fikri, əqli, əxlaqi, mənəvi, psixoloji mə-
nada dözmək. Yəni, ona hörmətlə yanaşmaq, qulaq asmaq və eyni zamanda qarşındakı adamın da 
sənə hörmətlə yanaşması və sənin fikirlərinə mənəvi dözümlülüyünü nümayiş etdirməsidir. Multi-
kulturalizm isə hərfi mənada dinlər zənginliyidir, siyasi mənada mədəni müxtəlifliyin idarə edilməsi 
üçün siyasi sistemə verilmiş addır. Bu da o anlama gəlir ki, ən müxtəlif dinlərin nümayəndələri bir 
kənddə, yaxud bir bölgədə yanaşı, mehribancasına yaşaya bilir. Nəinki yaşayır, həm də bir-birləri-
nin zənginliklərindən istifadə etməklə eyni məkanda birgə yaşam tərzi və hüququna sahib olurlar. 
Bax, budur multikulturalizm! 
Bilirsiniz ki, Azərbaycanda 2016-cı il Möhtərəm Prezident tərəfindən «Multikulturalizm ili» 
elan olunmuşdur. Bu, bizim dünyaya çıxan ən parlaq özünüifadə tərzimizdən biridir. Azərbaycanda 
bir çox millətlərin nümayəndələrinin yaşaması ilə bərabər üç əbədi və bəşəri səmavi dinin üçünün 
də burada məbədgahları vardır. Və bu dinlərin nümayəndələrinin Bakıda, ümumiyyətlə Azərbay-
canda heç vaxt qarşıdurması olmayıb. Bu fakt dünyanı heyrətə gətirir. Faktla bağlı gəlin Təzə Pir 
məscidinin yerləşdiyi əraziyə diqqət çəkək. Həmin ərazidən 200 metr aşağıda Jen Mironosets kilsə-
si, ondan da 700 metr aşağıda Yəhudi sinaqoqu fəaliyyət göstərir. Azərbaycanda bundan başqa kriş-
nalılar, Provoslav dininin müxtəlif qolları fəaliyyət göstərir ki, nə bu qurumlar arasında, nə də onla-
rın nümayəndələri arasında heç vaxt qarşıdurma olmayıb. Bununla dünyaya göstəririk ki, biz sülh 
xalqıyıq, torpağımızda yaşayan millətlərin ənənəsinə, milli mənsubiyyətinə toxunmadan onlarla bir 
yerdə yaşamağı bacarırıq. Buyurun, gəlin Azərbaycana, görün bu xalqlar necə mehribanlıqla bir 
yerdə yaşayırlar.  
Keçən il komitəmizin dəstəyi ilə Amerikanın Los Ancelos şəhərinin Sinay sinoqoqundan 
Devid Volpenin başçılığı altında 50 nəfər nümayəndə Azərbaycana gəlmişdi. Onlar təxminən 10 
gün Azərbaycanda qaldılar və çox böyük heyrət içində öz vətənlərinə döndülər. Qayıtdıqdan sonra 
Los Ancelosun məşhur qəzetlərinin birində “Tolerantlıq oazisi” adlı böyük bir yazı ilə çıxış etdilər. 
O anlamda ki Qərb, həm də müsəlman ölkəsi sayılan bu məmləkətdə yəhudilərə münasibətdə tole-
rantlığımızı görmüşdü! 
Hələ eramızdan əvvəl IV əsrdə Babil hökmdarı Novuxodonosor İudeya çarlığını darmadağın 
etdi. Həmin dövrdə 250 min yəhudi əsir götürülmüşdü. Qalanları isə dünyanın bir çox ölkələrinə sə-
pələndilər (o cümlədən Azərbaycan deyilən əraziyə). Düz 2600 ildir ki, bu ərazidə yəhudilər yaşa-
yır. Bundan başqa, 2000 ildir ki, pravoslavlar, 1300 ildir müsəlmanlar ölkəmizdə sakindirlər. Heç 
vaxt Azərbaycanda adlarını çəkdiyimiz xalqların arasında qarşıdurma olmayıb. Hazırda Bakının or-
tasında erməni kilsəsinin qorunub saxlanılması bunu deməyə əsas verir. Və ya Şəkidə, Qaxda və s. 
yerlərdə Alban kilsələrinin bu günədək fəaliyyət göstərməsini bu anlamda misal gətirmək olar. 
Qeyri-müsəlmanların ibadət etdiyi həmin abidələr xalqımız tərəfindən çox hörmətlə və tariximizin 
parlaq nümunələri kimi qorunur. Azərbaycan bu xüsusiyyətilə bütün dünyaya nümunədir və ölkə-
mizə gələn dünya liderləri azərbaycanlıların bu xarakterinə heyran qalırlar.  
Papa II İohan Pavel vaxtilə Azərbaycana gələrkən buradakı dini plüralizmin və multikultural 
dəyərlərin necə yüksək səviyyədə olduğunu görərək heyranlığını bildirmişdi. O demişdir: “Azər-
baycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
13 
üçün yaxşı nümunə ola bilər”. Papa ilə gələn yüzlərlə agentliklərin jurnalistləri bunu bütün dünyaya 
bəyan etdilər.  
II Aleksi Azərbaycanda olarkən dedi ki, burada pravoslavlar heç bir sıxışdırılmaya məruz qal-
madan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkə-
lərində belə yoxdur.  
O cümlədən Rum patriarxı  (İstanbul) I Vorfolomey yurdumuza ziyarəti zamanı haqqımızda 
bunları demişdir: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. 
Azərbaycanı çox sevirəm. Bu ölkənin xoşbəxtliyi və rifahı üçün hər zaman dua edəcəyəm”.  
Beləliklə, biz mental xüsusiyyətimizdən irəli gələn humanizmi və ölkəmizdə yaşayan qeyri-
islami xalqlara olan səmimi münasibətimizi ortaya qoyuruq. Bununla da düşmənlərimizin haqqı-
mızda söylədikləri yalan və böhtanların nə qədər əsassız olduğunusübut edirik. 
Yəqin hələ bilməyənləriniz var ki, Azərbaycan multikulturalizmi deyilən fənn hazırda dünya-
nın 16 ölkəsində tədris olunur. Avropada, MDB-də, Orta Asiyada və digər Qərb ölkələrində. Bu, 
Azərbaycan həqiqətlərini dünyaya bəyan edən ən yeni fənlərdən biridir.  
Bilik Fondu həm də qış-yay məktəbləri deyilən maraqlı bir tədbirin təşkilatçısıdır. Prosesdə 
dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycana gəlir, Azərbaycan mədəniyyəti, tarixi, ədə-
biyyatı və s. sahələrdə olan zənginlikləri ilə tanış olur, həmin şəxslər eyni zamanda Azərbaycandan 
öz vətənlərinə buradan əldə etdikləri biliklərlə qayıdırlar. Şübhəsiz, bu tədbirin keçirilməsində Za-
qatalanın seçilməsi təsadüfdən olmayıb. Əvvəla, Allah-Təala bu bölgədən heç bir gözəlliyini əsirgə-
məyib. İkincisi, bu torpağın nümayəndələri bu diyarın çiçəklənməsi üçün öz bacarıqlarını heç za-
man əsirgəmirlər. Mən işimlə əlaqədar bu bölgəyə tez-tez gəlirəm. Xatırlayıram ki, yarım il əvvəl 
burada olarkən şəhərin hər yerində təmir -tikinti işləri gedirdi. Demək olar ki, hər yer qazılmışdı, 
çoxlu inşaat layihələrinə start verilmişdi. İndi isə burda olduğum vaxtda o səliqəsizliklərdən əsər-
əlamət görmədim. Bütün bunlara görə başda Mübariz müəllim olmaqla hamınıza təşəkkür edirəm. 
Və sizə daha parlaq, gözəl günlər arzulayıram!  
İndi də başqa bir məqamın üzərinə gəlmək istəyirəm. Zaqatalada ən müxtəlif xalqların nüma-
yəndələri yaşayır. Hamımızı birləşdirən də məhz Ulu Öndərdən bizə miras qalmış Azərbaycançılıq 
ideyasıdır. Vəzifəmizdən, sinfi, dini mənsubiyyətimizdən, məsuliyyətimizdən asılı olmayaraq, biz 
ilk öncə azərbaycanlıyıq. Azərbaycan bütövlükdə bizim vətənimizdir. Eyni zamanda buradakı  ən 
müxtəlif millətlərin nümayəndələri Azərbaycanı özlərinə vətən hesab edir və bu ölkəni dərin mə-
həbbətlə sevirlər. Bu unikal bir hadisədir. O anlamda ki, ən müxtəlif millətlərin nümayəndələri bir 
yerdə yaşasın, aralarında söz-söhbət olmasın! Doğrudan da unikal bir xüsusiyyətdir!  
Bizim məqsədimiz nədir?! Biz azad, sərbəst, müstəqil yaşamaq uğrunda kurs götürmüşük və 
bunu Ulu Öndər Azərbaycan xalqına əbədilik vəsiyyət edib. Ölkə özünün xoşbəxt gələcəyinə doğru 
inamla irəliləyir. Məlumdur ki, sovetlər dağıldıqdan sonra bir çox respublikalarda yenidənqurma 
adı altında cürbəcür hadisələr oldu. O cümlədən millətlərarası münaqişələr başladı, qanlı qırğınlar 
törədildi. Biz də süni şəkildə yaradılmış Dağlıq Qarabağ problemi ilə  sınağa çəkildik. Bu bizim 
sürətli inkişafımızı bir qədər zəiflətsə də, onun qarşısını tamamilə ala bilmədi.  
Dövlətimiz problemin həlli yollarında durmadan səy göstərir. Prezident İlham Əliyevin dövlə-
timiz və xalqımız qarşısındakı əziyyəti hədər getmədi. İki-beş aprel hadisələri bunu bir daha isbatla-
dı. Azərbaycan reallıqlarını dərk etdikcə dünya artıq Azərbaycana tətbiq etdiyi ikili standartlardan 
geri çəkilməyə başlayıb. Bizim isə dünyaya mesajımız budur – Gəlin bu konfliktləri sülh yolu ilə 
həll edək. Əks təqdirdə Azərbaycan xalqı öz hüquqlarını müdafiə etməkdə sərbəstdir: həm dünya 
hüquq qaydalarına uyğun olaraq, həm də ölkəmizin hüququ qaydalarına əsaslanmaqla gec-tez bunu 
həyata keçirəcəyik!  
Bu gün artıq bilirsiniz ki, danışıqlar masası  ətrafında diqtə edən tərəf Azərbaycandır. Dağlıq 
Qarabağa yardım etməyə çalışan bir çox ölkələr prezidentimizin qəti etirazı ilə qarşılaşdılar. Və bu tə-
şəbbüsdə olanlar həmin andan geri çəkildilər. Çünki Azərbaycan suveren ölkədir. Onun toxunulmaz-
lığı BMT-də təsbit olunub. Hazırda hadisələrin inkişafını müəyyənləşdiririk və bu haqda ictimaiyyəti 
vaxtaşırı məlumatlandırırıq.  
Azərbaycan dövləti talışı, ləzgisi, avarı, tatarı, rusu, ukraynalısı və s. xalqların bir yerdə olduğu 
təqdirdə güclüdür, qüdrətlidir. Eyni zamanda tolerant ölkədir, multikulturalizmin ən böyük bayraqda-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə