Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə7/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   2   3   4   5   6   7   8   9   10   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
17 
lət başçısı tərəfindən dini konfesiyalara bu məqsədlə 1,8 mln.manat vəsait ayrılmışdır), dini etiqad 
məkanları dövlət vəsaiti hesabına təmir edilir, yeni ibadətgahlar tikilir, müxtəlif dini konfesiyaların 
ən yüksək vəzifəli  şəxsləri dini bayramları birlikdə qeyd edirlər. Məhz dövlət tərəfindən aparılan 
uğurlu siyasətin nəticəsidir ki, 1995-ci ildən başlayaraq, müstəqil Azərbaycan ərazisində milli və di-
ni zəmində bir dənə də olsun cinayət hadisəsi qeydə alınmamış, multikulturalizm cənab Prezident 
İlham  Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birinə – Azərbaycan xalqının həyat 
tərzinə çevrilmişdir. 
Diqqətinizə görə sağ olun. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
18 
BİRİNCİ BÖLMƏ 
Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu 
 
Ağaverdi Xəlil, filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun şöbə müdiri, 
Azərbaycan, Bakı 
 
MULTİKULTURAL ŞƏRAİTDƏ ORTAQ DƏYƏRLƏR 
 
Açar sözlər: Azərbaycan, multikulturalizm, mədəniyyət, ənənə, dəyər 
Ключевые слова: Азербайджан, мультикультурализм, культура, традиция, ценность. 
Key words: Azerbaijan, multiculturalism, culture, tradition, value 
 
Azərbaycan mədəniyyətinin zənginlik qaynaqlarından biri kimi multikkultural dəyərlərin öyrə-
nilməsi sürətlə müasirləşən və qloballaşan cəmiyyətin humanist ehtiyatlarının aktivləşdirilməsi və po-
pulyarlaşdırılması imkanlarının və  şəraitinin müəyyənləşdirilməsi baxımından olduqca aktualdır. 
Azərbaycan bütövlükdə və ayrı-ayrı bölgələr üzrə multikultuaral dəyərlərlə zəngindir. Burada həm et-
nik, həm də dini multikultural faktorlar mövcuddur və bu baxımdan cəmiyyət multikultural şəraitdə 
ortaq dəyər konseptlərini təbii şəkildə qoruyub, yaşadıb. 
Azərbaycanda Azərbaycan Respublikasının prezidenti İlham  Əliyevin də qeyd etdiyi kimi, 
multiklulturalizm problemi yoxdur. Bu o deməkdir ki, cəmiyyət multikultural dəyərlərə  zənginlik 
kimi baxır və onu qiymətləndirir.  
Multikultural dəyərlərin yaranması və formalaşması prosesinə baxdığımız zaman onun dörd 
əsas faktorla şərtləndiyini görürük: 
1. Qlobal faktor 
2. Sivilizasiya faktoru 
3. Milli faktor 
4. Lokal faktor 
Bu faktorların hər biri cəmiyyətdə dəyər formalaşdırır. Beləliklə, cəmiyyət dəyərlərlə zəngin-
ləşir və əlvanlıq qazanır. Eyni zamanda cəmiyyətin istehsal etdiyi bu dəyərlər arasında uyğunlaşma, 
qaynayıb-qarışma baş verir. Belə bir harmoniya olmadığı halda multikultural mədəniyyətədən deyil
onun problemlərindən bəhs etmək lazım gəlir. 
Multikulturalizmin siyasətdə, hüquqda və dövlət idarəçiliyində daha erkən tətbiq olunduğu 
qərb ölkələrində ağıl, fərdin azadlığı və insan haqları əsas ideal sayılmaqdadır. Multikulturalizm bu-
rada mədəniyyət müxtəlifliyini tənzimləyən vasitələrin məcmusunu özündə ehtiva edir. Bu tənzim-
ləmə prosesində hüquq da, siyasət də, ictimai-mədəni münasibətlər də iştirak edir. Qərb daha çox 
multikultural məsələni hüquqla həll etməyə çalışır. Amma yenə də müxtəlif mədəniyyət daşıyıcıları 
arasında uyuşmazlıqlar yarana bilir. Bu uyuşmazlıqlar hüququn və ictimai münasibətlərin boşluğu-
na düşəndə ziddiyyətli məqamlar, konfliktlər meydana gəlir. Qərb sivilizasiyasına aid cəmiyyət-
lərdə müşahidə olunan birinci tip konflikt milli və lokal səviyyələr arasında baş verir. İkinci tip 
konflikt isə lokal cəmiyyətin qeyri-qərb sivilizasiyasına aid olması ilə əlaqəli yaranır. Bir fərq yara-
dan məsələ də ideallara və dəyərlərə münasibətdə fərdilik və kolletivlik məsələsidir. Hüquq və fərdi 
həyat dəyərləri və idealları bir, bu dəyərləri və idealları saymayan kollektivlik isə ikinci münasibət 
forması kimi Qərb multikultural dəyərlərinin içində yer tutur. 
Multikulturalizmin Qərbdə keçdiyi yola qısa nəzər salsaq görərik ki, Qərb multikulturalizmin-
də fərdiyyətçilik və kollektivlik maarifçilik epoxasından sonra yaranmış və özündə ağıl, zəka, fərdi 
azadlıq və insan haqlarını nəzərdə tutmuşdur. XVIII əsrin sonu, XIX əsrin əvvəlləri üçün şəhər bur-
juaziyasının fərdi elitası yaranır. Liberal-demokratik dəyərlər formalaşır və bu dəyərlərin içərisində 
insan həyatı yüksək dəyər qazanır. XIX əsrin sonlarında sosialist, nasionalist, nasional-sosialist kol-
lektiv cəmiyyətlər meydana gəlir (1). Sivilizasiyadaxili qərb multikulturalizmi sivilizasiyaların toq-
quşması şəraitində postmodern epoxanın tələbləri ilə müəyyənləşir. 1960-cı illərin sonlarından baş-
layaraq cəmiyyətdə mədəni fərqlilik artmağa başlayır. Bu prosesin əsas səciyyəsi ondan ibarətdir ki, 
1970-ci illərdən başlayaraq azlıqlar “tolerantlıq”lıqdan “etiraf” olunmaq mübarizəsinə keçirlər 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
19 
(1,20). Yəni azlıqlar artıq öz mədəni haqlarını tələb etməyə başlayırlar. Bu dövrdə aşağıdakı lokal 
qruplar meydana gəlir: Milli azlıqlar, imiqrantlar, etnokonfessional qruplar, miqrantlar, afroameri-
kanlar, feministlər,  əlillər, seksual azlıqlar. Bu qruplar multikultural bir sfera formalaşdırır və öz 
haqq və hüquqlarını tələb edirlər. 
Multikulturalizm dar mənada mədəniyyət müxtəlifliyinin hüquqi aspektləri və dövlət idarəsi 
institutlarını  nəzərdə tutur. Bu yanaşmanın vətəni Kanadadır. 1969-cu ildə Kanadada fransız dili 
dövlət statusu alır. Beləliklə, dövlət siyasətində multikulturalizm başlanmış olur. Avstraliyada abo-
rigenlərin hüquqlarının müdafiəsi ilə bağlı yaranan problem mültikulturalizm məsələsini gündəmə 
gətirir. ABŞ-da kütləvi miqrasiyalar multikulturalim məsələsinin aktuallaşmasına səbəb olub. “Po-
zitiv diskriminasiya” yoxsul qrupları nəzərdə tutur. 
Fransa və Almaniyada “siyasi millət” və “etnik millət” anlayışlarının dixotomiyasında multi-
kulturalizmə baxılır. Almaniya daha çox “etnik millət” modelinə üstünlük verir. Hər iki ölkədə mul-
tikultural millət fenomeninin yaranması problemi ciddi ideoloji maneələrlə qarşılaşır (5; 6,185). 
Məsələyə Azərbaycan reallığında baxdığımız zaman mədəni müxtəlifliyin rəngarəngliyi ilə 
qarşılaşırıq. Bilirik ki, multikultural dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırıl-
ması, cəmiyyətin gələcək inkişafının mənəvi ehtiyatlarının təmin edilməsi müasir dövrün aktual 
problemlərindən biridir. Dünyada gedən qloballaşma və elmi-texniki tərəqqi, mədəniyyət paradiq-
malarının dinamik artımı, differensiallaşma prosesləri, dəyişmə və şəkillənmələr müasir cəmiyyətə 
öz təsirini göstərir. Belə təsirlər mədəni dəyərlərin mühüm bir qismini sosial təcrübənin passiv his-
səsinə doğru sıxışdırır, insanların müasir həyatında multikultural dəyərlərin iştirakının azalmasına 
səbəb olur. Bu özünü multikultural dəyərlərin formalaşmasında rolu olan xalqların folklor-etnoqra-
fik nümunələrində göstərir. Azərbaycan cəmiyyətinin gələcək mədəni inkişafının harmonikliyini tə-
min etmək üçün respublika ərazisində yaşayan müxtəlif xalqların milli-mənəvi ehtiyatlarının da 
milli mədəni inkişafın mənəvi dinamikası üçün səfərbər edilməsi Azərbaycan humanitar elmləri, o 
cümlədən folklorşünaslıq elmi qarşısında duran aktual məsələlərdən biridir. 
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan dövləti 
tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti mədəni quruculuq strategiyasının prinsip-
lərinə uyğun olaraq cəmiyyətin modernləşməsi prosesində milli köklərə bağlılıq və milli özünəməx-
susluğun qorunması çox aktual sayılan məsələ kimi qəbul edilib. Tarixi təcrübə də birmənalı şəkildə 
sübut edir ki, istənilən cəmiyyət ortaq milli-mənəvi və mədəni kökləri üzərində yeniləşə bilər. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın polietnik tərkibini gələ-
cək mədəni inkişafın zəngin mənəvi qaynağı kimi azərbaycançılıq ideyasında aydın ifadə etmişdir:” 
Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub sax-
lamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və 
hər bir insanın inkişafının təmin olunması deməkdir”. Bu ideyanı müasir Azərbaycan cəmiyyətinin 
mədəni inkişaf strategiyasının  əsas nüvəsi kimi təqdim edən Azərbaycan Respublikası Prezident 
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məsələnin konseptual istiqamətləri ilə ya-
naşı, onun tətbiqi yollarının araşdırılmasının zəruriliyini də ayrıca qeyd edir:”Azərbaycan millətinin 
formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün 
etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir”. 
Müasir tarixi şəraitdə müstəqilliyini əldə etmiş dövlətlər qloballaşma şərtləri daxilində sosial-
mədəni inkişafa və total modernləşməyə milli köklərə bağlılığı təmin etməklə nail ola bilər. Bu sıra-
da multikultural dəyərlərin qorunması, öyrənilməsi və müasir tarixi şəraitdə cəmiyyətdə onun yeri-
nin dəqiq müəyyənləşdirilməsi strateji əhəmiyyət daşıyan problem kimi qarşıda durur. 
O cümlədən, Azərbaycan mənəvi mədəniyyətində xüsusi yeri və çəkisi olan multikultural re-
sursların qorunması, təbliği və gələcək nəsillərə itkisiz və zədəsiz çatdırılması ilə yanaşı, onun sosi-
al-mədəni, folklor-etnoqrafik, kulturoloji və s. aspektlərdə daha geniş öyrənilməsi olduqca ciddi ak-
tuallıq kəsb edir. Həmin prosesdə AMEA Folklor İnstititu üzərinə düşən vəzifəni yerinə yetirmək 
istiqamətində önəmli addımlar atır və Azərbaycan multikulturalizminin folklor-etnoqrafik qaynaq-
larının araşdırılması və qorunması işinin təşkilində aktiv iştirak edir. Azərbaycanlı adlanan xalqın 
içində çoxluq təşkil edən Azərbaycan türkləri ilə yanaşı, türk mənşəli Mesxeti türklərinin, axıskalı-
ların, tatarların, Qafqaz mənşəli avarların, ləzgilərin, darginlərin, saxurların, Şahdağ qrupuna daxil 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə