Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə8/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
20 
olan xınalıqların, buduqların, haputların, qımılların, Alban mənşəli udilərin,  İber-Qafqaz mənşəli 
gürcülərin, ingiloyların,  İran mənşəli tatların, talışların, dağlıların, lahıcların, kürdlərin, slavyan 
mənşəli rusların, malakanların, yəhudi mənşəli dağ  yəhudilərinin, assimliyasiya olmuş  ərəblərin, 
Hind-Avropa mənşəli qaraçıların və s. azsaylı xalqların nümayəndələri də vardır. Bunlar dini mən-
subiyyətinə görə müsəlmanlardan, xristianlardan və iudaistlərdən ibarətdir. Belə azsaylı xalqlar 
Azərbaycanın Şirvan bölgəsində (ləzgilər, tatlar, malakanlar, yəhudilər və s.), Şəki-Zaqatala bölgə-
sində daha çox etnik əlvanlıq yaradır. Burada avarların, saxurların, darginlərin, ingiloyların birlikdə 
yaşadığı multikultural şərait formalaşmışdır. Bu şəraitin mənəvi həmrəyliyi gücləndirən əsası ortaq 
dəyərlərin aktiv olması  və dinamik inteqrasiyasıdır. Bütün ənənəvi mədəniyyət resursları bölgə 
xalqlarını ortaq mədəniyyət daşıyıcısına çevirmişdir. Belə ortaq dəyərlərə malik olmaq cəmiyyəti 
milli həmrəyliyə və sabit inkişafa doğru aparan əsas faktorlardan biridir. 
Müasir dövrdə hər bir dövlət üçün ölkəsindəki xalqların və ya milli dövlət daxilində fərqli dil, 
din və mədəniyyət xüsusiyyətləri ilə mövcud olan qruplara hansı səviyyədə yanaşılması, bu kateqo-
riyaya kimlərin daxil edilməsi, mədəniyyət siyasətinin müəyyənləşdirilməsi zamanı onun əsasları-
nın hazırlanması və tətbiqi ciddi bir problem təşkil etməkdədir. 
Bu məsələ uzun bir zaman ərzində Azərbaycan üçün də  həllini tapmamış bir məsələ olaraq 
qalmışdır. Dil, mədəniyyət və milli-mədəni birliyin əsasları ilə Azərbaycan xalqının canlandırılması 
və Azərbaycan mədəniyyəti ilə şəkilləndirilməsinin araşdırılması işi, demək olar ki, aparılmamışdır.  
Azərbaycan  əhalisinin 95%-indən çoxunun Azərbaycan türklərinin təşkil etdiyi bir ölkədir. 
Azərbaycanın bölgələri  ənənələrin qorunduğu və folklor nümunələrinin zəngin olduğu canlı qay-
naqdır. Bu qaynaq ənənənin fasiləsizliyini və mədəniyyətin müxtəlifliyini təmin edən xüsusi folklor 
resurslarına malikdir. Azsaylı xalqların folklorunun səciyyəsi həm də onun etnik (Qafqaz, alban, 
iran, ərəb, slavyan, yəhudi və b.) və dini (müsəlman, xristian, iudaist) müxtəlifliyi ilə şərtlənir. Belə 
zəngin və rəngarəng folklor arealının yaşatdığı ənənələr, qeyri-maddi mədəniyyət nümunələri indi-
yə qədər sistemli şəkildə toplanmamış və araşdırmalardan kənarda qalmışdır.  
Bu səbəblə tarixi-mədəni prosesin yenidən təhlili və müasir azsaylı xalqlara baxışlar daxilində 
və azərbaycanlı şəxsiyyətinin birləşdirici xüsusiyyətini nəzərə alan və Azərbaycan milli bütövlüyü-
nün qorunmasını əsas götürən və onu pozmağa imkan verməyən uyğun bir azlığın öyrənilmə meto-
dunu Azərbaycanda yaşayan xalqların folklorunun öyrənilməsinə  tətbiq etmək, azsaylı xalqların 
folklor fondunu və müasir aktiv minimumunu müəyyənləşdirmək və onların folklor antologiyalarını 
hazırlamaq lazımdır.  
Azərbaycanda yaşayan etnik azlıqların folklor nümunələri XIX əsrin sonlarına doğru Rusiya 
İmperiyasının təşkil etdiyi ekspedisiyalarla qismən toplanmış və natamam şəkildə təqdim edilmiş-
dir. Belə nümunələrə SMOMPK məcmuəsində və digər rusdilli nəşrlərdə rast gəlirik.  
Azərbaycan dövlətinin multikulturalizm strategiyasının əsas konsepti Azərbaycanı vahid orqa-
nizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsinə əlverişli şərait yaradır. 
Bu şəraitdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu olaraq bizim üzərimizə düşən 
vəzifə Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən azsaylı xalqların folklorunu öyrənməkdir. 
Çünki Azərbaycan folkloru Azərbaycanda yaşayan bütün xalqların vahid mənəvi dünyasını, milli-mə-
nəvi dəyərlər sisteminin bütövlüyünü və tamlığını əks etdirir. Bütün mənəvi dəyərlər folklorda birləşir 
və vahid milli ideya üçün möhkəm mənəvi təməl yaradır. Bu mənada, folklorun Azərbaycanda yaşa-
yan bütün xalqlar kontekstində öyrənilməsi milli ideyanın mənəvi əsaslarının tam və geniş şəkildə öy-
rənilməsi deməkdir. Bununla biz folklorda qorunan mənəvi resursları milli mədəniyyətin kənar hü-
cumlardan, daxili zəifləmə və dağılmadan qorumaq üçün səfərbər edə, onu ictimai həyatımızın aktiv 
hissəinə daxil edə bilərik. Çünki Azərbaycan folkloru Azərbaycan ərazisində yaşayan bütün etnosların 
tarixi-mədəni təcrübəsinin və yaratdığı dəyərlərin vəhdətini əks etdirir.  
İndi bizim qarşımızda duran əsas məsələlərdən biri milli mənəvi sağlamlığın möhkəmləndiril-
məsi, sosial immunsistemin gücləndirilməsi naminə Azərbaycan folklorunu onun bütün etnik-lokal 
xüsusiyyətləri, təzahürləri və qarşılıqlı əlaqələri ilə birlikdə öyrənmək, folklorda ifadə olunan mənə-
vi dəyər komponentlərinin milli vəhdət ideyasına, birliyə və bütövlüyə xidmət edən funksional im-
kanlarını araşdırmaq və əldə etdiyimiz nəticələrin tətbiqi imkanlarını müəyyənləşdirməkdir. Bu işi 
həyata keçirmək üçün yaxın və uzaq hədəfləri müəyyən etmək, Azərbaycanda yaşayan xalqların bü-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
21 
tün nümayəndələrinin folklor-etnoqrafik resurslarını ardıcıl şəkildə öyrənərək onu sistemli hala gə-
tirməkdən və ortaq dəyər konseptlərini mümkün vasitələrlə populyarlaşdırmaqdan ibarətdir.  
 
 
Xülasə 
 
Məqalədə Azərbaycanın multikultural reallığının səciyyəvi xüsusiyyətləri və tarixi-mədəni  əsasları 
araşdırılır. Multikultural şəraitdə dəyərlərin ortaqlaşmasını şərtləndirən faktorlar öyrənilir. 
 
Резюме 
 
В  статье  исследуются  специфические  особенности  мультикультуральной  реальности  Азер-
байджана  и  их  историко-культурные  основы.  Изучаются  факторы,  обусловливающие  общие 
ценности при мультикультуральных условиях. 
 
Summary 
 
In the article the characteristic peculiarities and historical-cultural basis of Azerbaijan multicultural 
reality are investigated. The factors arranging the community of values in multicultural condition are studied. 
 
Ədəbiyyat: 
 
1.
 
Вевьерка М. Формирование различий // Социс. Социологические исследования: Научный и 
общественно-политический журнал . – М. : Наука, 08/2005 . – N8 . – С.13-24 
2.
 
Кимлика У. Современная политическая философия. Введение. М.: ВШЭ, 2007. 
3.
 
Липкин А.И. К вопросу о понятии “национальной общности” и его применимости к России 
// ПОЛИС (Политические исследования) 2008, вып. 6, с. 113 –129. 
4.
 
Малахов  В.  Зачем  России  мультикультурализм? // Мультикультурализм  и  трансформация 
постсоветских обществ / Под ред. В.С. Малахова и В.А. Тишкова, М., 2002 с. 48-60) 
5.
 
Семененко  И. (2008) Интеграция  инокультурных  сообществ  в  развитых  странах // сб.  ст. 
«Управление государством: Проблемы и тенденции развития. Политическая наука: Ежегодник 2007» 
(М.: РОССПЭН, 2008 
6.
 
 Kivisto P. (2002) Multiculturalism in a Global Society. Oxford. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə