Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə4/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   2   3   4   5   6   7   8   9   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
10 
Muxtar Kazımoğlu – İmanov  
AMEA-nın müxbir üzvü,  
AMEA Folklor İnstitutunun direktoru 
Azərbaycan, Bakı 
 
 
 
MİLLİ-MƏDƏNİ MÜXTƏLİFLİK BAXIMINDAN  
ZƏNGİN BÖLGƏLƏRİMİZDƏN BİRİ 
 
Hörmətli sədr, hörmətli konfrans iştirakçıları, əziz zaqatalalılar!  
Multikulturalizm dediyimiz anlayışın təbliği ilə yanaşı, onun öyrənilməsinə  də  zəruri ehtiyac 
var. Və bizim konfransımız həmin ehtiyacdan irəli gəlir. Multikulturalizmin təbliği və öyrənilməsi is-
tiqamətində bizdə müxtəlif qurumlar fəaliyyət göstərir. Bunlardan ən möhtəşəmləri Respublika Prezi-
denti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Deyim ki, bu sahədə 
yeni-yeni qurumlar da yaradılmaqdadır. AMEA Rəyasət Heyətinin qərarı ilə  Fəlsəfə  İnstitutunda 
“Multikulturalizm”  şöbəsi yaradılıb, Folklor İnstitutunda isə  hələ 2012-ci ildə yaradılmış “Azsaylı 
xalqların folkloru” bölməsi əsasında xüsusi şöbə fəaliyyətə başlayıb. Bir çox ali məktəblərdə multi-
kulturalizmlə məşğul olan bölmələr var və həmin bölmələrin başlıca işlərindən biri multikulturalizm 
sahəsində dərs vəsaitləri hazırlamaq və multikulturalizmi ayrıca proqram kimi tədris etməkdir. Multi-
kulturalizm termini yeni bir termin olsa da, onun ənənəsi çoxdan Azərbaycanda mövcuddur. Xalq mə-
dəniyyətində bu ənənə əsrlərcə davam edib. Akademik Kamal Abdullanın sözləri ilə desək, multikul-
turalizm azərbaycanlıların canında, qanındadır. Multikulturalizmin folklorda hansı  səviyyədə özünü 
göstərdiyini bizim bu konfransdakı məruzəçilərimiz aydınlaşdırmağa çalışacaqlar.  
Multikulturalizm xalq mədəniyyətində çox aşkar şəkildə özünü göstərdiyi kimi, bu mədəniy-
yətin alt qatlarında da özünü büruzə verə bilir. Xalq yaradıcılığında dünya mütəfəkkirlərinə dərin 
ehtiram vardır. Xalq ədəbiyyatında başqa dinlərin müqəddəslərinə ehtiram hissi həmişə özünü bariz 
şəkildə göstərib. Məsələn, İsa Məsih adına təkcə bədii ədəbiyyatımızda deyil, həmçinin real həyatda 
geniş miqyasda rast gəlirik. Bizdə  İsa geniş yayılmış  şəxs adıdır. Bizdə  İsalı, Məsihli adlarında 
kəndlər var. XVII əsrdə yaşamış şairlərimizdən biri özünə Məsihi təxəllüsü götürüb. Aşıq ədəbiyya-
tımızda İsa Məsihlə bağlı xüsusi motivlər və obrazlar meydana gəlib. İstər yazılı ədəbiyyatımızda, 
istərsə  də  aşıq  ədəbiyyatında xristian dini ilə bağlı  səciyyəvi obrazlardan biri tərsa qızı obrazıdır. 
Aşıq şeirlərində ara-sıra rast gəldiyimiz tərsa qızı obrazı dastanlarımızdan birinin baş qəhrəmanıdır. 
Yaxşı bilirsiniz ki, söhbət “Əsli-Kərəm” dastanından gedir. Bəli, bu dastanda tərsa qızı Əslinin adı 
müsəlman oğlu Kərəmin adından  əvvəl çəkilir. Dini ayrı-seçkilikdən doğan qadağa və  çətinliklər 
Kərəmin Əsliyə sevgisinin qarşısını ala bilmir. Klassik poeziyamızda, eləcə də aşıq ədəbiyyatında 
tərsa qızına, ümumiyyətlə, başqa dinlərə mənsub gözəllərə məhəbbət öz kökü etibarilə sufizm fəlsə-
fəsinə gedib çıxır. Sufizm fəlsəfəsinə görə, gözələ  məhəbbət Allaha məhəbbət deməkdir. Gözəlin 
hicri ilə əzablar çəkmək Allahın hicri ilə əzablar çəkmək deməkdir. İnsana bu cür ilahi bir ucalıqdan 
baxan sənətkar üçün sinfi və dini ayrı-seçkilik öz mənasını itirir və sənətkar dinindən və milli mən-
subiyyətindən asılı olmayaraq insanları yer üzünün əşrəfi kimi qiymətləndirir. Hadisələrə  mənəvi 
yüksəklikdən qiymət verməyi bacaran sənətkar məhəbbət mövzusunu geniş miqyasda götürür, fərdə 
məhəbbəti bütövlükdə həmin fərdin mənsub olduğu dinə və xalqa məhəbbət kimi təqdim edir. Aşıq 
Alının misralarını yada salmaq istəyirəm. Aşıq Alı deyir: 
 
Nakəs adam bu dünyada çox olar, 
Mərd igidin gözü-könlü tox olar. 
Qonşunu yox istəyən özü yox olar, 
Onunçün aləmi var istər könlüm. 
 
Aşıq Alının “Könlüm” rədifli bu qoşmasında bir misra multikultural dəyərlər baxımından diq-
qəti xüsusi olaraq cəlb edir: “Qonşunu yox istəyən özü yox olar”. Bu misra məşhur bir atalar 
sözünü yada salır: “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Aşıq Alının ayrıca qeyd etdiyim misra-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
11 
sında və xatırladığım atalar sözündə “qonşu” sözü, heç şübhəsiz, “qonşu xalq” mənasında da başa 
düşülə bilər və o cür də başa düşülməlidir. Bəli, qonşu xalqlara hörmət və ehtiram Azərbaycan xal-
qının əsrlərdən bəri davam edib gələn mənəvi dəyərlərindən biridir və həmin dəyərin bu gün nə qə-
dər qorunub saxlandığını Şəki-Zaqatala bölgəsinin timsalında qabarıq şəkildə görmək olar. 
Müxtəlif xalqların mehribancasına yaşadığı  Şəki-Zaqatala bölgəsinin zəngin folklor ənənəsi 
vardır. Tənburun – qopuzun canlı varisi olan bu musiqi alətinin geniş şəkildə ifa olunduğu Şəki-Zaqa-
tala bölgəsində toplama işləri və araşdırmalar aparmaq təxirəsalınmaz vəzifələrdəndir. Yeri gəlmişkən 
deyim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu bu istiqamətdə müəyyən işlər 
görüb və görməkdədir. İnstitut Şəki folklor örnəklərindən ibarət çoxcildlik çap etdirməkdədir. İnstitut, 
Zaqatala bölgəsinin folklor nümunələrini  əks etdirən ayrıca antologiya buraxıb.  İnstitutda “Azsaylı 
xalqların folkloru” bölməsi yarandıqdan sonra ayrı-ayrı bölgələrimizdə, eləcə də Şəki-Zaqatala bölgə-
sində azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanıb tədqiq olunması daha geniş miqyas alıb. 
Biz toplama materialları əsasında “Azsaylı xalqların folkloru” seriyasından kitablar nəşr etməyə baş-
lamışıq. Həmin seriyadan nəşr etdiyimiz kitabın 1-ci cildi məhz Şəki-Zaqataladan toplanmış folklor 
nümunələrinə həsr olunub. Kitabın toplayıcısı və tərtibçisi Folklor İnstitutunun əməkdaşı, sizin həm-
yerliniz Mətanət Yaqubqızıdır. Mətanət xanım sizin bölgədən azsaylı xalqlara məxsus folklor nümu-
nələrini toplamaqla kifayətlənmir, o həmçinin topladığı nümunələrin multikultural dəyərlər baxımın-
dan araşdırılması ilə də ardıcıl surətdə məşğul olur. Mətanət xanımın yenicə çapdan çıxan monoqrafi-
yası bunun əyani sübutudur. Həmin monoqrafiya belə adlanır: “Azərbaycan folklorunda tolerantlıq və 
multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri əsa-
sında)”. Biz bu kitabı digər kitablarla yanaşı, sizə hədiyyə edirik.  
Toplama işindən söz düşmüşkən, bir məsələni sizlərin qarşısında xüsusi vurğulamaq istəyi-
rəm. Vurğulamaq istədiyim məsələ folklorşünaslarla yerli təşkilatlar və yerli ziyalıların əməkdaşlığı 
məsələsidir. Yerli təşkilat dedikdə mən ilk növbədə Rayon İcra Hakimiyyətini nəzərdə tuturam. Ra-
yonda mədəni-quruculuq işlərinin yüksək səviyyədə aparılması və bu konfransın yüksək səviyyədə 
təşkil olunması əsas verir ki, Zaqatala Rayon İcra Hakimiyyəti ilə daha sıx əlaqələr quraq və xalq 
mədəniyyətinin öyrənilməsi və təbliğ olunmasında həmin əlaqələrin verdiyi imkanlardan səmərəli 
şəkildə istifadə edək. Söz yox ki, yerli ziyalılar, o cümlədən azsaylı xalqları təmsil edən yerli ziyalı-
lar yaşayıb-fəaliyyət göstərdikləri bölgəni biz paytaxtda yaşayanlardan daha yaxşı tanıyırlar və yerli 
folklor biliciləri ilə daha sıx ünsiyyətdə ola bilirlər. Yerli ziyalıların bölgəyə ezam olunan folklorşü-
naslara yaxından bələdçilik etməsi folklor nümunələrinin toplanması işinə çox böyük fayda verə bi-
lər. Mən sizi – Şəki-Zaqatala ziyalılarını bizimlə əməkdaşlığa çağırıram. 
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə