Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə14/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
32 
xalqların tarixinin öyrənilməsi, Azərbaycan vətəndaşı kimi qayğıları ön plana cəkilmişdir. Xalqımız 
kimi hər bir sahədə  bərabərhüquqlu olmağa böyük imkan yaratmışdır. Etiraf edək ki, bu gün 
dünyanın inkişaf etmiş dövlətlərində azsaylı xalqlara bu qədər azadlıq verilmir. Onlar ana dillərində 
belə yazıb-oxumağa, təhsil almağa, tarixlərini qorumağa, dini ayinlərini və s. həyat tərzlərini icra 
etməkdən məhrumdurlar.  
Bildiyimiz kimi, hal-hazırda Azərbaycanda müxtəlif xalqlar yaşayır. Bir sözlə, onlar Azərbay-
canı özlərinə vətən bilirlər. Bu xalqlar müstəqil şəkildə bütün adət-ənənlərini, dini etiqad və sitayiş-
lərini yerinə yetirirlər. Dövlətimiz tərəfindən hər bir xalqın nümayəndəsinə hərtərəfli azadlıq veril-
miş, bu barədə heç bir qadağa qoyulmamış, onların tarixinə, qədim inam-etiqadlarına hörmətlə ya-
naşılmışdır. Bu tarixən belə olub, bu gün də belədir. Çünki Azərbaycanımız demokratik, humanist, 
multikulturalizm ənənələrinə diqqət yetirən, əməl edən dövlətdir. Cənab İlham Əliyevin Azərbay-
canda 2016-ci ili “Multikulturalizm ili” elan etməsi də məhz bütün bunların rəsmi şəkildə təsdiqi, 
bütün bunları həyata keçirməsi diqqət və qayğısının bariz nümunəsi, dünyaya bəyan olunmasıdır. 
Azərbaycanda tarixən ləzgilər, udilər, avarlar, buduqlar, talışlar, tatlar və s. xalqların birgə yaşayışı 
mövcud olmuşdur. Bütün müsbət keyfiyyətləri: xeyirxahlığı, mərdliyi, əliaçıqlığı, rəhmli və sadəli-
yi, böyüklüyü, hünər və məhəbbətini görən bu xalqlar Azərbaycanı vətən kimi seviblər. Humanist 
xalq kimi bizlərə güvənib, arxalanıblar. Onlar yaxşı biliblər ki, Azərbaycan xalqından heç bir kim-
səyə zərər gəlməmişdir. Xalqımız hər zaman böyüklüyünü, hünərliyini, cəsarətini və səbrliliyini sü-
but edibdir. Bu ənənələr əvvəlcədən mövcud olsa da rəsmi şəkildə 2016-cı ildə həyata keçdi. İlham 
Əliyev bütün bunları rəsmiləşmiş dövlət siyasəti kimi dünyaya bəyan etdi. O, bununla təsdiq etdi ki, 
bizim xalqımız ona pənah gətirəni, onunla ünsiyyət saxlayanı, duz-çörək kəsəni, Azərbaycanı Və-
təni kimi sevəni, özünə yaxın sirdaş, qardaş bilib. Çətin günündə  də  hər tikəsini hər kəslə yarıya 
bölüb. Artıq bütün dünya bu ənənələrin Azərbaycanda əvvəldən varlığına şahid olmaqdadır.  
Azərbaycanın hər bir bölgəsində müxtəlif xalqların nümayəndələri yaşayır. Qəbələ rayonunda 
da ləzgi, udi və digər xalqların nümayəndələri yaşayırlar. Onlar hal-hazırda Azərbaycanda yaşa-
maqla bərabər müxtəlif dövlət işlərində çalışırlar. İndi bütün dünya dövlətimizin respulikamızda ya-
şayan hər bir xalqın mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, dilinə və dininə böyük dəyər verdiyi-
ni, diqqət və qayğı göstərdiyini daha aydın şəkildə görməkdədir. Azərbaycanda yaşayan bütün mil-
lətlər azad, müstəqil şəkildə yaşamaqları ilə yanaşı, qədim adət və ənənələrinə, milli mətbəxlərinə, 
dillərinə və dinlərinə sahibdirlər, onlara heç bir qadağa qoyulmamışdır. Bütün azsaylı xalqlar hərtə-
rəfli şəkildə ulu keçmişlərinin yadigarlarını qorumaqdadır. Çünki dövlətimiz, xalqımız çox yaxşı bi-
lir ki, hər bir xalqın öz tarixi mədəniyyəti vardır. Hər bir dinə, mədəniyyətə, tarixə mənsub olan in-
sanlar öz milli dəyərlərinə əsaslanaraq hərəkət edir. Xalqımız onu da yaxşı bilir ki, hər sahədə hər 
bir işə düzgün əməl etmək müsbət nəticələrini göstərər. İlham Əliyev bununla da 2016–cı ili xüsusi 
olaraq tarixmizə yazdı.  
Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində hər zaman bir sıra tədbirlər təşkil olunmaqdadır. 
Belə tədbirlər tarixi söhbətlərdən, görüşlərdən, yeni güşə və sərgilərin təşkil olunmasından ibarət olur. 
Belə daimi guşələrdən biri də Qafqaz Albaniyası tarixində adları çəkilən udi xalqına məxsusdur. Mu-
zeyin bu daimi guşəsi 20 ildən cox müddətdir ki, fəaliyyət göstərir. Bu bölmədə onların mədəniyyəti, 
qədim tarixi, məişəti və ədəbiyyatını əks etdirən sənədlər əsas yer tutur. Qədim udi qadınlarının milli 
geyimləri, musiqi alətləri, udi əlifbası, tarixi və s. haqqında bu bölmədə geniş materiallar yerləşdiril-
mişdir. Qəbələdə yaşayan udi xalqının tarixi haqqında geniş mövzunu əhatə edən tarixi elmi məlumat-
lardan ibarət materiallarla bərabər Azərbaycanın fəxri olan Voroşil Qukasaarinin fəaliyyəti haqqında 
da muzeyimizdən məlumat almaq olar. XVIII əsrin nümunəsi olan Çotari kilsəsi bu gün udilərin iba-
dətgah yeri olmaqla bərabər Azərbaycanımızın XVIII əsr tarixi abidələrindəndir. Multikultural dövlət 
kimi bu tarixi məbəd tarixi abidələrimiz sırasında özünəməxsus yer almışdır.  
Hal-hazırda Qəbələdə ləzgi xalqının nümayəndələri də yaşayırlar. Neçə illərdir ki, bu xalqın 
nümayəndələri ilə səmimi dostluq, mehribanlıq, qohumluq əlaqələrinə yol açılmışdır. Ləzgi qadın-
larının toxuduğu corablar, xurcunlar dillər əzbəri, xalcalar evlərin yaraşığı, motal pendiri ağızların 
xoş, ləziz təamı olmuşdur. Ləzgi xalqının tarixi haqqında da muzeyimizdən geniş məlumatlar əldə 
etmək olar. Etnoqrafiya bölməsinin ekspozisyasını ləzgi qadınlarının əl işləri bəzəməkdədir. Bunun-
la da onu sübut edirik ki, Azərbaycan həqiqətən də coxmillətli, çoxmədəniyyətli bir dövlətdir. Bu 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
33 
gün multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, tarixi ənənələrin qorunmasının, 
yaşadılmasının təminatıdır. Bəli, bu gün respublikamızda çoxmədənilik, bir çox mədəniyyətlərin bir 
arada yaşayışı həyat tərzimizə çevrilmişdir. Beynəlxalq münasibətlərdə mədəniyyətin insanlar ara-
sında qarşılıqlı dostluğun, əməkdaşlığın, birliyin, humanizmin, multikulturalizmin bariz nümunəsi 
bu gün Azərbaycanda əsaslı şəkildə özünü göstərməkdədir.  
 
 
Xülasə 
 
Hal-hazırda Azərbaycanda müxtəlif xalqlar yaşayır. Bu xalqlar müstəqil şəkildə bütün adət-ənənlərini, 
dini etiqad və sitayişlərini yerinə yetirirlər. Dövlətimiz tərəfindən hər bir xalqın nümayəndəsinə  hərtərəfli 
azadlıq verilmiş, bu barədə heç bir qadağa qoyulmamış, onların tarixinə, qədim inam-etiqadlarına hörmətlə 
yanaşılmışdır. Bu tarixən belə olub, bu gün də belədir. Çünki Azərbaycanımız demokratik, humanist, 
multikulturalzm ənənələrinə diqqət yetirən, əməl edən dövlətdir. Cənab İlham Əliyevin Azərbaycanda 2016-
ci ili “Multikulturalizm ili” elan etməsi də məhz bütün bunların rəsmi şəkildə təsdiqi və həyata keçirilməsi 
Prezidentimizin diqqət və qayğısının bariz nümunəsi, dünyaya bəyan olunmasıdır. 
 
Резюме 
 
В  данный  момент  в  Азербайджане  проживают  разные  народности.  Эти  народности  свободно 
исполняют свои вероисповедания и обычаи. Наше государство каждому представителю этих народ-
ностей предоставляет свободу и относится с уважением к их истории, древним поверьям. Это было 
так исторически и продолжается до сих пор. Потому, что Азербайджан – демократическое, гуманное 
и  обращающее  внимание  на  обычаи  мультикультурализма  государство.  Именно  объявление  прези-
дентом Азербайджана господином Ильхамом Алиевым 2016-го года – «годом Мультикультурализма» 
и  уделение  внимания  и  заботы  этому  вопросу  является  наглядным  примером  того,  насколько  это 
важно для государства. 
 
Summary 
 
At present different nations live in Azerbaijan. These nations fulfill all customs and traditions, 
religious beliefs and worships independently. The comprehensive freedom is given to the representative of 
each nation, there is no ban, their history, ancient beliefs are respected. It was historically and even today it 
is so. Because Azerbaijan is a government that pays attention and follows to the democratic, humanist, 
multicultural traditions. President Ilham Aliyev’s announcing 2016 as “The year of multiculturalism” in 
Azerbaijan is the proof of these in an official form and their realizing is the distinct example and declaring to 
the world of the attention and care of the president. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə