Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə15/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   11   12   13   14   15   16   17   18   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
34 
Vüsalə Kərimova 
AMEA Folklor İnstitutu, kiçik elmi işçi 
Azərbaycan, Bakı 
 
CƏNUB BÖLGƏSİ FOLKLORUNDA MULTİKULTURAL DƏYƏRLƏR 
 
Açar sözlər: multikulturalizm, folklor, mədəniyyət, cənub bölgəsi 
Ключевые слова: мультикультурализм, фольклор, культура, Южный регион 
Key words: multiculturalism, folklore, culture, South region 
 
Multikulturalizm hər bir vətəndaşın öz mədəniyyətini, adət-ənənələrini, dini və etnik dəyərlə-
rini inkişaf etdirən bərabərhüquqlu cəmiyyətdir. Multikulturalizm həmçinin müxtəlif mədəniyyətlə-
rin bir arada yaşamasını qəbul edən cəmiyyətin başlıca xüsusiyyətidir. Bütün bunlar ayrı-ayrı mədə-
niyyətlərin birləşməsi və nəticədə ümumi mədəni birliyin formalaşmasına gətirib çıxarır.Haqqında 
söz açdığımız cəmiyyət ilk dəfə  qərbi Avropanın və  Şimali Amerikanın inkişaf etmiş ölkələrində 
mövcud olmuşdur. 
Bildiyimiz kimi, Cənab Prezidentin sərəncamı ilə 2016-cı il ölkəmizdə multikulturalizm ili 
elan olunmuşdur.Azərbaycan xalqı ümumiyyətlə, əsrlər boyu dünyəvi və bəşəri ənənələri qoruyub 
saxlamış və bu baxımdan bütün dünyaya bir nümunədir.Azərbaycanın Avropa və Asiyanın qovşa-
ğında yerləşməsini nəzərə alsaq, böyük əminliklə deyə bilərik ki, Azərbaycan ta qədimdən multi-
kultural məkandır. 
Bu baxımdan Cənub bölgəsi rayonlarının tarixi ipək yolunun üstündə yerləşməsi də bu bölgə-
də multikultural dəyərlərin inkişafina xüsusi zəmin yaradır.  
Əsrlər boyu bu bölgədə türklər, talışlar yaşamışdır. Sonralar müəyyən ruslaşma siyasəti nəti-
cəsində bu rayonlarda xüsusi plan şəklində ruslar yerləşdirilmişdir. Əlbəttə, bu cənub bölgəsi rayon-
larının bütün kəndlərini  əhatə etmir, amma ayrı-ayrı  kəndlərdə bu siyasət, yəni ruslaşma siyasəti 
özünü göstərmişdir. Ekoloji cəhətdən ən təmiz məkanlarda ruslar yerləşdirilmiş və həmin kəndlərin 
adı dəyişdirilib rus adları ilə adlandırılmışdır.  
Məsələn, Lənkəran rayonunun indiki Bürcəli kəndinin adı (dəyişdirilmiş) Alekseyevka, Hir-
kan qəsəbəsinin adı isə Avrora olmuşdur və yaxud Masallı rayonunun Kalinovka kəndi ruslar yer-
ləşdirilən kəndlərdən biri olmuşdur. Kəndin keçmiş adı isə Ləmsədir. Müstəqillik qazanandan sonra 
isə bu kəndlərin  əvvəlki adları  bərpa olunmuşdur. Bəlli siyasət nəticəsində  ruslar  bu  məkanlarda 
yerləşdirilmiş və yerli xalqlarla bir arada yaşamışlar. Lakin maraqlısı budur ki, rusların burada yaşa-
ması, yerli xalqın adət-ənənəsini deformasiyaya uğratmamış, əksinə, yerli xalqın təsiri altında onla-
rın da özünəməxsus mədəniyyəti yaşamına davam etmişdir. Məsələn, onlar bizim bütün milli bay-
ramları  və bu bayramlarda icra olunan ritualları qeyd etməklə yanaşı, öz bayramlarını (özəlliklə 
Pasxanı) da qeyd etmişlər. Bu da mədəniyyətlərin inteqrasiyasının bariz nümunəsi kimi diq-
qətəlayiqdir. 
Talış və türklər isə Cənub bölgəsində ta qədimdən bir arada yaşamışlar. Bütün toy adət-ən-
ənələri, bayramlar, mərasimlərin hamısı eynidir. Burada xüsusi bir məqamı qeyd etmək istəyirəm 
ki, Azərbaycanın digər bölgələrində yaşayan ayrı-ayrı azsaylı xalqların toy və digər mərasim ritual-
ları bir-birindən fərqlənir. 
Məsələn, avarlar, türklər, ləzgilərin yaşadığı  məkanlarda onların adət-ənənələri ilə bağlı ri-
tuallarda fərqli məqamlar özünü göstərməkdədir. Ancaq türklərin və talışların yaşadığı cənub bölgə-
sində isə onların icra etdiyi rituallarda müəyyən cüzi özəllikləri çıxmaq şərti ilə heç bir fərq yoxdur. 
Bu da hər iki xalqın mədəniyyətlərinin bir-birinin içərisinə  dərin nüfuz etməsi və vahid bir mə-
dəniyyətin ortaya çıxmasının nəticəsidir. Məsələn, xalqımızın milli bayramı olan Novruzla bağlı 
bütün rituallar burda yaşayan xalqların hamısında tam eyni şəkildə icra olunur. Həmçinin dini bay-
ramlar, toy, yas mərasimləri ilə bağlı rituallar tamlıqla eynidir.Tarix boyu bu xalqlar bir arada 
mehriban yaşamış və vahid bir mədəniyyəti, Azərbaycan mədəniyyətini qoruyub saxlamışlar. 
Bölgə həm də tolerant mədəniyyət nümunəsi kimi sayıla bilər, daim bu bölgədə istər köklü, 
yerli xalqlara, istərsə də digər xalqlara hörmət, yüksək qonaqpərvərlik, hər bir xalqın dilinə, dininə 
qayğı özünü göstərmişdir. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
35 
Dünyada konfliktlərin, siyasi çəkişmələrin artdığı bir dövrdə özünün kökündə humanizmi, in-
san haqlarını, ümumbəşəri insani duyğuları birləşdirən multkultralizmə və onun təbliğinə çox böyük 
ehtiyac vardır. Bu baxımdan cənub bölgəsi bir örnək və nümunədir.  
Multikultralizmdə ayrı-seçkilik yoxdur, lakin bunun fonunda hər bir xalqın mədəniyyətinə xü-
susi qayğı və diqqət vardır. Mətbəxə gəldikdə isə burada müəyyən fərqlilik özünü göstərməkdədir. 
Məsələn, ləvəngi, lərgə plov, qoz küküsü və digər bəzi yeməklər vardır ki, məhz talış yeməkləridir. 
Digər məhz talışlara məxsus özəl bir adətə diqqət edək: bölgədə belə bir adət vardır ki, çər-
şənbə günü səhər tezdən durub nehrə üçün heyva ağacından balaca ölçüdə heyva çubuğu dərilir ki, 
bu da nehrədən bol yağ çıxacağı anlamına gəlir. Talışlara məxsus başqa bölgələrdə müşahidə olun-
mayan adətlərdən biri də Novruz bayramında nişanlı qızlara balığın ağzında qızıl üzüyün aparılması 
adətidir. Qızıl üzük balığın ağzına keçirilir və bayram xonçasında qız evinə aparılır. Digər özəl bir 
inanca nəzər salaq: Çərşənbə axşamı çiy yumurta, ocaq kösövü və yumurta boyamaq üçün qırmızı 
rəng bunların hamısını götürüb təmiz qaba qoyaraq aparıb axar su kənarına qoyurlar. Çərşənbə 
günü sübh tezdən durub heç kim görmədən gizlincə həmin yerə gedir və yumurtaya baxırlar. Əgər 
yumurta qırmızı  rəngə boyanıbsa, niyyətin hasil olacağına, yaxud qara rəngə boyanıbsa, niyyətin 
hasil olmayacağına yozulur.  
Qədim yaşayış məskəni olan Lənkəranın Biləsər kəndində, bölgənin digər yerlərində müşahi-
də olunmayan bir inanc bu gün də öz aktuallığını qoruyub saxlamışdır. Kiçik Çillənin əvvəllərində 
yerə istiliyin gəlməsi ilə bağlı diqqət çəkən bir inanca nəzər yetirək. Kiçik çillənin  əvvəli (bu 
hardasa fevral ayının üçunə təsadüf edir) inanca görə Kürdoğlu adlı bir oğlan qışın sərt boranına, 
çovğununa düşür. Lakin, qılınc kimi kəsən şaxta gəncin inamını qıra bilmir. O inanır ki, təbiətin bu 
sərt sınağından çıxacaq və onun isti ruhu, inamı şaxtaya qalib gələcək. Bu inamla o yoluna davam 
edir. Artıq taqətdən düşmüş gənc yerə yıxılır. Onun üstünü lopa-lopa yağan qar örtməyə başlayır və 
o tamamilə qarın ağ örtüyünə bürünür. Ancaq Kürdoğlu öz inamını itirmir, inanır ki, içində alov-
lanan həyat məşəli bütün vücudunu dondurmağa çalışan şaxtanın əlindən onu tezliklə xilas edəcək. 
Budur, onun aldığı nəfəsin istiliyindən üstünü örtən qar əriməyə başlayır. Artıq bu istilik ətrafa ya-
yılır və ətrafdakı qar da əriyir. Bu xalq inancı qışın son ayı olan fevral ayında havaların sərt keçməsi 
ilə tam səsləşir. Fevral ayında havalar sərt keçir, kiçik çillə özünün sərt üzünü göstərir. Lakin buna 
baxmayaraq, insanlar yazın gəlişinə inanır və böyük ümidlə gözləyirlər. 
Gördüyümüz kimi, bölgədə xalq inanclarının müxtəlifliyi, özəlliyi multikultural ünsürlərin 
nümunəsidir. Çünki multikultural cəmiyyətdə  fərqli mədəniyyətlər, fərqli xalq inancları, fərqli ri-
tuallar özünü göstərməkdədir. Cənub bölgəsi üçün də yuxarıda sadalananlar xarakterik olsa da, la-
kin bu fərqlilik bir-birinin içərisinə o qədər dərin nüfuz etmişdir ki, vahid bir mədəniyyət üzə çıx-
mışdır. Multikultralizm demokratiyanın bariz nümunəsidir. Yalnız demokratik cəmiyyətdə multi-
kultural mədəniyyətlər bir arada birləşə bilər. Bu baxımdan Azərbaycan demokratik, sivil dövlət ki-
mi dünyaya bir örnəkdir və Cənab prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda multikultura-
lizm ili elan etməsi bütün dünyaya Azərbaycanın humanizm və dostluq ölkəsi olduğunun mesajıdır. 
Multikulturalizm insanlığa dəyərin təzahürüdür, və özündə tolerantlığı ehtiva edir ki, bu da 
bütün bəşəriyyətin, dünyanın xilaskarı olan humanizmi özündə birləşdirir. Multikulturalizm an-
layışı, ümumiyyətlə, bu termin çox qədim tarixə aid deyildir. Lakin humanizm, digər xalqlara, xalq-
ların mədəniyyətinə, dini və milli dəyərlərinə hörmət, bir sözlə ən böyük insani keyfiyyət, ən böyük 
insani dəyər olan humanizmin tarixi isə çox-çox qədimdir. Məsələn, biz bunu Kitabi-Dədə Qorqud 
dastanında, həmçinin nağıllarımızda humanist ideyaların şahidi oluruq. Ona görə də buna əsaslanıb 
deyə bilərik ki, multikultralizm termini nə qədər modern olsa da onun özündə birləşdirdiyi amillər 
dünyanın yaşı  qədər qədimdir. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər sübut edir ki, 
Azərbaycan multikultural və tolerant dövlətdir. Lakin sonda onu da xüsusi vurğulamaq istəyirəm ki, 
Azərbaycan nə qədər tolerant və multikultural dövlət olsa da biz vahid düşmənimiz olan ermənilərə 
qarşı heç vaxt multikultural və tolerant ola bilmərik. Çünki bu etnik qrupun nümayəndələrinin kö-
kündə və genefonunda multikultural hüceyrələr yoxdur. Onlar digər xalqların mədəniyyətinin, adət-
ənənələrinin oğurluğu ilə məşğuldurlar. Ona görə də, biz Azərbaycan xalqı olaraq, bu etnik qrupa 
qarşı heç bir zaman multikultural olmamalı və gələcək nəsli də bu ruhda tərbiyələndirməliyik. Dədə 
Qorqud dastanında deyildiyi kimi, “qarı düşmən dost olmaz”. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə