Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə12/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   8   9   10   11   12   13   14   15   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
28 
Zaqatala aşıqlarının yaradıcılığında sənətə sənətkara hörmət, insanlığa dəyər vermə bacarığı çox 
yüksək şəkildə özünü göstərir. Əslində, bu, tarixən bölgədə bütün xalqlarda olduğu kimi el sənətkarla-
rında da vətənpərvərlik hislərinin, bəşəri və multikultural dəyərlərinin bir yaşam tərzinə çevrilməsin-
dən irəli gəldiyini isbat edən xüsusiyyətdir. Zəyəmli Aşıq Camalın “Əvvəl-axır ” şerinə diqqət edək:  
 
Ey dünya dili ləl olan, sözləri zülal
Bağlamalardan, qıfılbənddən, əvvəl-axırdan deyən, 
Elmin dəryası, ismi-əzan duasını mükəmməl bilən,  
Molla Cümə tək şairi neylədin dünya!  
 
Zaqatala aşıqlarının yaratdıqları dastanlarda biz obrazların bir-birilərinə qarşı insanlıq, bəra-
bərlik münasibətlərində azərbaycançılıq və multikulturalizm ideyalarını əks etdirən nümunələrə tə-
sadüf edirik. Aşıq Valehin yazdığı “Mətin və Riyalənin dastanı” da azərbaycançılıq və multikultural 
dəyərlər, tolerantlıq ənənələri üzərində qurulan dastanlanlarımızdandır. Ənənəvi, klassik dastanları-
mızdan fərqli olaraq, bu dastan giriş sözü ilə başlayır sonra dastanın yazıb başa çatdırmaq üçün tan-
rıdan güc-qüvvət istəyərək ona müraciət eləyir: Bu dastançılıq  ənənəsində yeni bir cığırdır. 21 
bəndlik  şeir nümunəsində  sənətkar tolerantlıq və dini dünyagörüşüni, özgə dinlərin və dillərin 
müqəddəs şəxsiyyətlərinə hörmətini, səmimi münsibətini bildirmişdir: 
 
Musaya elmi xudanı, 
Öyrətdi, qutardı canı. 
Sən verdin sirri-sübhanı, 
Şahi-mərdan xatirinə. 
 
Ustad sənətkar dörd müqqəddəs peyğəmbərin adını çəkməklə, bu dinlərin hər birinin ayrılıqda 
və bir-biriləri ilə müqayisədə yüksək dəyərə malik olduğunu anlatmış, təriqət, şəriət, mərifət və hə-
qiqətdən keçib kamilləşən, müqəddəsləşən ümum bəşəri dinlərin, ümumbəşəri dəyərləri yüksək tu-
tan insandakı insani keyfiyyətləri, eləcə də, bu gün cəmiyyətimizdə olan pisləri xatırladan onlarla 
birgə tutulan kafir, əntər və s. kimi qüvvələr pislənilmişdir. Aşıq belələrinə allah xofunun olduğunu 
xatırlatmışdır.  
 
Dörd müqəddəs Peyğəmbərin, 
Ya Rəbb böyükdü ləngərin. 
Kafir Yəzidi-əntərin, 
Boynun viran xatirinə (3, s.21
 
Qarabağ savaşına həsr olunmuş bu dastanda Mətin azərbaycanlı oğlu, Riyalənin isə atası azər-
baycanlı, anası isə ermənidir. Çətin sınaq yolu keçən, vətən yolunda canından keçən hər iki gəncin 
qəhrəmanlıq, sevgiləri birinci növbədə bir amala-vətənə məhəbbət, düşmənə nifrət amalına xidmət 
edir. Burada mulikultural düşüncə  tərzi bir türk övladının başqa dindən olun və sonradan islamı 
qəbul etmiş xristian qızına aşiq olmasıdır. Riyalə Azərbaycan xalqı, torpaqlarının alınması yolunda 
canından keçən qəhrəman Mətini və onun yoldaşlarını əsirlikdən qurtarmaqla bir daha sübut edir ki, 
onun damarında erməni deyil, əsl azərbaycanlı qanı dövr eləyir. Bu dastana Mətin və Riyalə müna-
sibətləri baxımından yanaşdıqda əsl multikulturalizm və tolerantlığın nümunəsi hesab etmək olar. 
Azərbaycançılıq və multikultarizmin göstəricilərindən olan dastanlarımızdan biri də Aşıq Mə-
dətin yazdığı, avtobioqrafik səciyyə daşıyan “Aşıq Mədət və Bəhrinazın dastanı”dır. Burada Aşıq 
Mədət butasının arxasınca Dağıstan ellərinə kimi səfər edir. Qarşısında duran çətin maneələrə bax-
mayaraq, sənətkar öz arzu və istəyinə çatır. O, müxtəlif mədəniyyətlərin inkişaf etdiyi ayrı-ayrı 
xalqların yaşadığı elini özünə arxa dayaq hesab edir. Onun dastanda verdiyi “Eldir” rədifli ustadna-
məsi burada birgə yaşayan müxtəlif xalqların qardaşlıq, dostluq, qarşılıqlı hörmət və sevgisini əks 
etdirən ən kamil nümunəsidir: 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
29 
Mədət, nəzər salsan, ərşə-əsmana, 
Səyyah tək ayağın çatar hər yana. 
Dağda oluf, haray etsən arana, 
Səsinə səs verif çatası eldir (13). 
 
Bundan başqa, XIX əsrin 30-40-cı illərində Azərbaycanın şimal bölgəsindəki vəziyyəti əks et-
dirən “Çar yürüşü” haqqında dastan-rəvayətdə bu regionda yaşayan azərbaycanlılarla azsaylıların 
qardaşlıq, dostluq, bərabərlik kimi ən təmiz hisləri əks olunur. 
Tarixən bu ərazidə Azərbaycanlılarla yanaşı, yaşayan müxtəlif xalqların qarşılıqlı münasibətləri 
birgə, bərabərlik, mehribanlıq, qardaşlıq və dostluq, hörmət şəraitində necə qurulmuşdursa, indidən 
sonra da elə davam edəcəyi şübhəsizdir. Muxaxlı el şairi Ramazan şeirlərinin birində qeyd etmişdir: 
 
Bir arzum var bu dünyada əzəldən, 
Yer üzündə olsun əmin-amanlıq. 
Qazanılan izzət, hörmət, ehtiram, 
Şahid olsun bizə axır zamanlıq (7, s.71). 
 
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin multikulturalizmlə bağlı səsləndirdiyi və bütün 
dünyaya bəyan etdiyi dəyərli fikri ilə sözümüzü bitiririk: «Azərbaycanda multikulturalzm dövlət si-
yasətidir və onun alternativi yoxdur». Məhz buna görə də Zaqatala aşıqlarının poeziyalarında multi-
kultural dəyərlərə mühüm əhəmiyyət verilmiş və onlar geniş şəkildə təbliğ olunmuşdur. 
 
 
Xülasə 
  
Məqalədə Zaqatala aşıqlarının yaradıcılığında əks olunmuş bu bölgədə məskunlaşan azsaylı xalqlara – 
avarlara, ləzgilərə, udinlərə, tatlara, inqiloylara, ruslara və başqa xalqlara dostluq, qardaşlıq münasibəti araş-
dırılmışdır. Zaqatalada yaşayıb-yaratmış aşıqların poeziyalarındakı Azərbaycançılıq və multikulturalizm ən-
ənələri, tədqiq edilmiş regional dastanlardakı multikultural münasibətlər öyrənilmişdir. Belə bir nəticəyə gə-
lirik ki, azərbaycançılıq və multikulturalizm bu bölgədə yaşayan bütün xalqların həyat tərzinə çevrilmişdir. 
Bu prosesin tarixən də belə olması müəyyən edilmişdir. 
 
Резюме 
 
В  статъе  исследовано  дружеское  и  братское  отношение  к  таким  малочисленным  народам  как 
лезгины, авары, ингилои, удины и русские, проживаюших в Закатальском районе.  
Было исследовано также творчество ашигов, проживающих в Закатале, и мультикультуральные 
традиции и традиции Азербайджанства в их поэзии.  
В  результате  приходится  к  такому  выводу,  что  Азербайджанство  и  мультикультурализм  это 
стиль жизни народов, проживающих в этом районе. Определено, что этот процесс также было уста-
новлено исторически.
 
 
Summary 
 
Article investigated friendly and brotherly attitude to minorities - avars, lezghins, udins, tats, ingilos, 
russians and other nationalities living in this region set out in works of Zagatala ashugs. The article also 
investigates Azerbaijan-study and multicultural traditions in poetry of ashugs lived in the territory of 
Zagatala, multicultural relations of studied regional eposes. We can come to a conclusion that, Azerbaijan-
study and multiculturalism has become a way of life for the people living in this region. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə