Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə20/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   16   17   18   19   20   21   22   23   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
44 
qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm 
artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir” (1).  
Respublika prezidenti cənab İlham Əliyevin sərəncamında qeyd olunduğu kimi, ideya-məfku-
rəsini birgə yaşayışa uyğunlaşdıran ölkəmizdə tolerantlığın, multikultural dəyərlərin Azərbaycan 
ədəbiyyatına gətirilməsi də başlıca vəzifələrdən olmuşdur.  
Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanında erməni qızı ilə türk oğlunun sevgi ma-
cərasından bəhs edilir. Roman “Əsli və Kərəm” dastanın əsasında yazılsa da, süjet xəttinə çoxlu əla-
vələr edilibdir. Əsərin əsas qayəsi insanların arzuları, baş verən hadisələrə münasibəti, yaşamaq, ya-
ratmaq eşqi, haqqa-ədalətə inam hissini yaşatmaqdır. 
Filologiya üzrə elmlər doktoru Gülxani Pənah “ Elçinin “Mahmud və Məryəm” əsəri və folk-
lor” məqaləsində yazır: “Elçinin qəhrəmanları Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə Ke-
şişin qızıdır. Hadisələrin mərkəzində duran Mahmudla Məryəmin bir-birinə olan məhəbbətidir və 
bu iki gəncin bir-birinə qovuşmasına mane olan, hadisələrin faciəvi sonluqla bitməsinə gətirib çıxa-
ran din ayrılığıdır. Əsərdə iki gəncin sevgisinə mane olan mürtəce fikirli Qara Keşişdir. O, Məhəm-
məd ümməti Mahmudun qızıyla arasında olan məhəbbətinə qarşı çıxaraq gecəylə ailəsini götürüb 
eldən qaçır və sonrakı hadisələr onların başına gələn faciələrdən bəhs edir. Əsərdə el ədəbiyyatın-
dan gələn motivlər güclü olsa da, burada sənətkar dəsti-xətti, onun özünəməxsus bədii qələmi diq-
qəti cəlb edir. Yalnız dastanın süjetindən bəhrələnməklə  və bu süjetdən yararlanmaqla onu yeni 
məzmun, yeni ideyalarla zənginləşdirmiş, dastanda qoyulan problemləri, mövzuları genişləndirmiş, 
bədii cəhətdən daha qüvvətli, bəşəri ideyaları, milli-mənəvi əxlaqi görüşləri özündə əks etdirən yeni 
mövzuda bir əsər yaratmışdır” (2). 
Romanda Mahmudla Məryəm insanlığın, işığın simvolu kimi təzahür edirsə, keşiş obrazı qa-
ranlığın, şərin, bəd qüvvələrin, xalqlar arasında multikultural dəyərlərin inkişafına maneçilik törə-
dən təcrübənin göstəricisidir.  
Ədəbiyyatımızda saf sevgi üzərində qurulması nəzərdə tutulan, bəşəri dəyərləri özündə cəm-
ləşdirən ailə istəkləri Azərbaycan xalqının çoxmədəniyyətlilik və tolerantlığının, bəşəriliyinin gös-
təricisidir. Məhz bu göstərici zaman-zaman bir çox nağılların, dastanların, bədii əsərlərin mövzusu 
olmuşdur. Nəriman Nərimanovun “Bahadır və Sona”, Hüseyn Cavidin “Şeyx Sənan”  əsərlərinin 
qaynağı da xalq arasında geniş yayılmış bu əhvalatların üzərində qurulmuşdur. Bu cəhətdən Elçinin 
“Mahmud və Məryəm” əsərinin süjet xəttində məhəbbət macərası dayansa da, çoxmədəniyyətli bir 
baxışın sərgilənməsi bəşəriyyətə ən ülvi duyğuların, arzu və istəklərin reallaşdırılması çağırışı kimi 
səslənir.  
Xalqlar arasında multikultural dəyərlərin öyrənilməsi və təbliği eyni zamanda milli ədavət qı-
zışdırıcılarına, müharibə  əhval-ruhiyyəsi ilə yaşayan, dünyanın müxtəlif bölgələrində dağıdıcılıq 
missiyasını utanmadan həyata keçirən şeytan xislətli adamların toplaşdığı birliklərə də bir mesajdır. 
Uzağa getmədən ölkəmizdə illərlə davam edən erməni işğalına münasibətimizi bildirək. Ölkəmiz 
zaman-zaman erməni xalqına öz qucağını açıb əzizlədi. Lakin erməni şovinistlərinin, yadelli “ermə-
ni ağalarının” təkidi, təzyiqi ilə süni surətdə yaradılan Qarabağ problemi iki xalq arasında böyük 
uçurumlar yaratdı, dəhşətli müharibəyə gətirib çıxardı. Müharibədə qazanan tərəf olmur, hər iki tə-
rəf qeyb edir. Bu gün azərbaycanlılarla bərabər sadə erməni xalqı da müharibənin acılarını yaşayır. 
Bu baxımından son zamanlarda yaranmış  bədii  əsərlərdə müharibənin açdığı yaraların real 
boyalarla təsviri və acı  nəticələrinin göstərilməsi, sülhə, demokratiyaya çağırış kimi bəşəri 
ideyaların yer alması böyük əhəmiyyətə malikdür. Belə  əsərlərdən biri də Nizami Muradoğlunun 
“Baba ocağı” romanıdır. Əsərdən bir hissəni burada xatırlatmağı məqsədə müvafiq hesab edirik:  
“Hərtün ilə Hidayətin sazandalığı davam edir. Son zamanlar Farizi də özlərinə qoşublar. Ax-
şamları Hərtüngilə yığışıb çalıb, oxuyur, oynayırlar. Bu üçlük kəndin məşhur toy çalanlarıdır.  
Ması arvadın keyfi gələndə yenə də Mustafa onu yanına salıb Hərtüngilə aparır. Ması arvadın 
məzəsi buralar işi deyil, oynamaqdan doymayınca ortalıqdan çıxmaz. Oynamaq həvəsi də  əksər 
vaxt axşamlar gəlir.  
Hərtün də Ması arvadın məzələrinə öyrəncəklidir. Bu oynamağınnan yaşmağı da həmişə ağzı-
nın üstündə olur. Hərtünün yorulduğunu görəndə hərdən məzəli bir söz deyib çalğını yenidən can-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
45 
landırır. Görürsən ki, birdən Ması arvad yaşmağı ağzından aralayıb deyir:- Hərtün qardaş, bağışla. 
Gənclərin könlünü almaq üçün hərdən, - Fariz qardaş, sən də bağışla, - deyir.  
Ması arvadın oynağan olduğunu bu kənddə bilməyən yoxdur. Mustafa kişi də neyləsin, bu 
yaşda durub Masının talağını qoltuğuna verib dədəsi evinə göndərəsi deyil ki. Amma zalım qızı 
Ması arvad da ay oynayandı ha, elə sındırır ki, baxanın gözü dörd olur. Onu deyim ki, Hərtünün ar-
vadı Haykanuş da ayrı bir arvaddı, nəcib adamdı, yaxşı adamdı. Hər gecə evlərində toplanan şənlik 
məclislərini yola verir, hələ gələnləri çaya, meyvəyə qonaq da edirdi. Ması arvad da oynayıb yoru-
landan sonra Haykanuşun dəmlədiyi pürreyi çaydan bir bardaq içib özünə gələndən sonra görərdin 
əlini qoydu qulağının dibinə, bir bayatı çağırdı: 
 
Dağlar duman oldu, gəl, 
Halım yaman oldu, gəl. 
Yollarına baxmaqdan
Gözlərim qan oldu, gəl. 
 
Deyirlər ki, Ması arvad cavanlığında bir başqasını sevmişdi. Taleləri onları ayırmış, Masının 
qarşısına sonralar Mustafanı çıxartmışdı. Ması arvad yaşlaşsa da sevdiyini unuda bilmirdi, hərdən 
həsrətli-həsrətli oxuyardı. Bəlkə oynamağı da, o həsrətini unutdurmaq məqsədi daşıyırdı. Nə bilmək 
olar... (4, 78
Diqqət edin, bir müsəlman türk qadını, bir xristian erməni tarzənin evində oynayır. Türk qadı-
nın əri də yanında, erməni çalğıçının arvadı qonaqlara, oynayan qadına çay gətirir, xidmət edir. Bu 
yaxınlıq haradan qaynaqlanır? Uzun illər qonşuluqda mehriban yaşayan bu insanlar bütün siyasət-
lərdən kənardırlar. Onları maraqlandıran birgə, mehriban yaşamaları  və güzəranlarını yaxşı keçir-
mələridir. Onlar heç bir dini məhdudiyyətlə bir-birilərinə qarşı hərəkət etmirlər. Hər kəs öz dinində 
azaddır, necə istəyir yaşayır, ona qoruq-qadağa yoxdur.  
Göründüyü kimi, Azərbaycanda tarixən xalqların azadlığı məhdudlaşdırılmadığı kimi bu gün 
də tolerantlıq respublika rəhbərliyinin, aborigen xalqın əsas dəyər verdiyi meyarlardan biridir. Məhz 
bunun nəticəsidir ki, Azərbaycanda multikulturalizmin inkişafı dünya çoxmədəniyyətliyinin aparıcı 
amilinə çevrilə bilir. Azərbaycan türkləri azərbaycanlı vətəndaşlığını qəbul etmiş və burada yaşayan 
hər bir xalqın nümayəndələrinə qardaş, dost münasibəti bəsləyir, respublikanın inkişafı naminə bir-
likdə çalışmağa üstünlük verirlər.  
Azərbaycan ədəbiyyatında multikultural dəyərlərin inikası xalqlar arasında dostluq və qardaş-
lığın tərənnümü ilə nəticələnir. Ədəbiyyat həyat həqiqətlərinin bədii ifadə vasitəsi olduğu kimi, eyni 
zamanda yetişməkdə olan nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu sahədə Respubli-
kada aparılan məqsədyönlü işlər ədəbiyyatla məşğul olanların da qarşısına yeni vəzifələr qoymuş-
dur. İnanırıq ki, çoxmədəniyyətli ədəbiyyatımız dünya ədəbi arenasına çıxarılacaq əsərlərin yaradı-
cısına çevriləcəkdir.  
 
 
Xülasə 
 
Çoxmədəniyyətlilik Azərbaycan ədəbiyyatının əzəli mövzularından biridir. “Kitabi-Dədə Qorqud”dan 
Nizami Gəncəvinin “Yeddi gözəl”inə, C.Cabbarlının “1905-ci ildə” pyesinə qədər keçilmiş yola nəzər sal-
dıqda, biz bunu aydın görə bilirik. Azərbaycan ədiblərinin bədii əsərlərində çoxmədəniyyətli süjetlər, müxtə-
lif xalqların nümayəndələri arasında münasibətlər, multikultural ideyaların inikası diqqətimizi cəlb edir. 
Qeyd edək ki, ölkəmizdə bütün etnik qrupların fərqli baxışlarına, adət və ənənələrinə həmişə hörmətlə yana-
şılıbdır. Azərbaycançılıq məfkurəsi burada yaşayan milli azlıqların azərbaycanlılarla birliyinin nümayişi, 
ideoloji bazasıdır. Müasir yazarlarımız bu ideyanın bədii əsərlərdə təcəssümünə çalışırlar.  
Məqalədə çoxmədəniyyətliyin konkret faktlarla təcəssümünə həsr edilmiş bədii əsərlərdən söhbət açılır.  
 
Резюме 
 
  Мультикультурализм – одна из извечных тем азербайджанской литературы. Она явно просле-
живается  во  всех  произведениях,  начиная  с  «Китаби  Деде  Коркуда»  до  «Семи  красавиц»  Низами 
Гянджеви  и  пьесы  Дж.Джаббарлы  «В 1905 году».  В  художественных  произведениях  азербайджан-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə