Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə28/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   24   25   26   27   28   29   30   31   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
61 
man qələm sınağından çıxmış bitkin əsərlərdir. Bu əsərlərdə incə bir musiqililik, ahəng, təravət və 
axıcılıq gözlənilməklə janrın bütün tələbləri nəzərə alınmışdır. Hələ vaxtilə 60 - cı illərdə S.Qurbani 
şairliyin böyük məsuliyyətini, yaradıcılığın xəlqi mahiyyətini,  şairin söz içərisindən söz seçmək 
məharətini “Deyərlər” adlı proqram şeirində ifadə edərək yazmışdı:  
 
Söz ordunu göndər elin içinə,  
Qoy güvənsin o da elin gücünə. 
Söz içindən söz seçməyə incimə
Duzlu yazsan, “sözü vardır” deyərlər [6]. 
 
Şairin zəngin arxivinə baş vurarkən görürük ki, onun lirikasının özülünü təşkil edən şeirlərin 
çoxu aşıq şeirinin oynaq janrlarından olan qoşma və gəraylı janrlarında yazılıb. S. Qurbaninin saz, 
söz, aşıq sənətinə vurğunluğu göz qabağındadır. Qarşımızdakı yüzlərlə yaradıcılıq nümunələri içəri-
sində saza həsr olunmuş, aşıq sənətini təbliğ edən şeirlər də vardır. “Kəndim” [7] adlı şeirində şairin 
yazdığı “Adına söz qoşub, saz da çalıbdır” misrası fikrimizin təsdiqidir. Vaxtilə  kənd toylarının 
aşıqlar tərəfindən aparıldığını şair “Aşıq, çal sazını” şeirində gözəl ifadə etmişdir. Şeirdə verilmiş 
məzmunda “haqq aşığı”, “təcnis”, “Dilqəm”, “Qaraçı”, “dodaqdəyməz”, “dildönməz” kimi hava və 
janrların adının çəkilməsi S. Qurbanini bizə aşıq sənətinin mükəmməl bilicisi kimi də təqdim edir. 
Şeirdən oxuyuruq: 
 
Aşıq “Dilqəm”i çal, bəzə məclisi, 
Niyə ucalmasın, səsin, avazın? 
Yeddi kəndə çatsın sədası gərək, 
Əlində dillənən sədəfli sazın. 
 
Bir dodaqdəyməz de, bir diltərpənməz, 
Obam fəxr eləsin təcnislərinlə. 
Sönük sədalarla məclis bəzənməz, 
Təzə bir meydan aç öz hünərinlə! 
 
Sonra da “Qaraçı” havası başla, 
Quş tək süzə-süzə oyna arada! 
Bir istedad qalır, bir xoş söz qalır,  
Bir də haqq aşığı qoca dünyada [7]! 
 
“Saz” [8] şeirində isə şair, sazı öz sədası ilə qəmi silib, ürəkləri riqqətə gətirən, əsas oylağı 
Təbriz, Çənlibel və Dədə Qorqud yadigarı olan bir musiqi aləti kimi səciyyələndirir: 
 
Söylə, Təbrizlisən, Çənlibellisən, 
Sən bizim ellisən, bizim ellisən. 
Demə, dağıstanlı, doqquz tellisən, 
Kim gətirib səni bizə gəldi saz?! 
 
Yaxşıya yaxşısan, yamana yaman, 
Qucaqdan düşmürsən niyə heç zaman? 
Kimdir Dədə Qorqud, kimdir o ozan
Oğuzlar qəlbindən qəmi sildi, saz [8]?! 
 
Şairin saz, aşıq sənəti ilə bağlılığına dair verdiyimiz bu qısa təhlil onun yaradıcılığında qoşma 
və gəraylı janrının çoxluğunun səbəblərini aydınlaşdırır. Xalq ruhunu canında daşıyan Surağat Qur-
bani mütləq fikirlərini dil sadəliyinə söykənən bu janrlarda ifadə etməli idi.  
Şairin klassik poeziyadan qaynaqlanıb gələn “Dedim, dedi” [12] formantlı şeiri S.Qurbanini 
aşıq poeziyasına yaxınlaşdıran  ən maraqlı nümunə kimi diqqəti cəlb edir. Bu formant bildiyimiz 
kimi, dahi Nizami Gəncəvi yaradıcılığından bu üzrə bir çox şair və aşıqların yaradıcılığında öz əksi-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
62 
ni tapmışdır. Lakin “Səbuhi” ədəbi məclisinin istedadlı üzvlərindən olmuş S.Qurbani özünəməxsus 
üslubda, sadə dildə, axıcılığı ilə diqqətçəkən, yaddaqalan bir nümunə yaratmışdır: 
 
Dedim: başına dolanım! 
Dedi: dolanma, dolanma. 
Dedim: qoy, oduna yanım! 
Dedi: qalanma, qalanma. 
 
Dedim: gül səpim başına, 
Dedi: yar küsər, yar küsər. 
Dedim: söz qoşum qaşına, 
Dedi: saz küsər, saz küsər. 
 
Dedim: başına dolanım, 
Pərvanəm: çox- çoxdu dedi, 
Dedim: gedim a ceyranım,  
Geriyə yol yoxdu dedi [12 ]. 
 
Şeirin sonuncu bəndində formantın dəyişərək, “dedi” formantının sonda verilməsi nəinki axı-
cılığı pozan, onu daha da qüvvətləndirən bir üslubi gediş təsiri bağışlayır ki, S.Qurbani burada ustad 
sənətkar olduğunu təsdiqləyir.  
Şairin şeirlərinin əksəriyyətində sözlərin, xüsusilə, təkrar sözlərin, işlənməsi o dərəcədə cazi-
bədardır ki, misralardan xalq şeirinin ruhundan gələn şirə süzülür. Bu sirin şirə oxucu ruhunu cana 
gətirir. 
 
“Baxa-baxa” [10] gəraylısına diqqət edək: 
Niyə qəsdən bilə-bilə, 
Saldın məni dildən-dilə?! 
Könül verib gülə - gülə, 
Könül aldın baxa-baxa?! 
 
Nə hal qaldı məndə, nə can, 
Hara getdin, bəs, a canan?! 
Qurbaniyə uddurub qan, 
Harda qaldın baxa-baxa [10]?! 
 
Bu poetik nümunənin hər misrasından professor M.Qasımlının təbirincə desək, “saz səsi, aşıq 
nəfəsi”, duyulur. Hiss olunur ki, həmin misralar qanı, iliyi ilə xalq ruhuna bağlı bir sənətkarın qəl-
bindən qopmuşdur.Görkəmli ədəbiyyatşünasın vaxtilə ulu Xətai poeziyası haqqında söylədiyi yuxa-
rıdakı fikir S.Qurbaninin yuxarıdakı şeirinə də şamil edilə bilər. Məzmunundan öz həyat yoldaşına 
ithaf olunması duyulan “Təkcə  sənsən”  [11]  şeiri yalnız gənc nəslə dönməz, sədaqətli məhəbbət 
yollarını göstərən, onların mənəvi tərbiyəsinə müsbət təsir edən bir nümunə təsiri bağışlamır, yük-
sək sənətkarlıq baxımından da diqqəti cəlb edir. Şairin həyat yoldaşına sonsuz məhəbbəti “təkcə 
sənsən, təkcə sənsən, təkcə sən” misraboyu təkririn məzmununa hopmuşdur. Şeirdən oxuyuruq: 
 
Ömrün boyu keşiyimdə dayanan, 
Təkcə sənsən, təkcə sənsən, təkcə sən. 
Ürəyimə nur saçaraq hey yanan, 
Təkcə sənsən, təkcə sənsən, təkcə sən. 
 
Bu dünyanın nə sonu nə əzəli, 
Bəri əyləş, ey söhbəti məzəli, 
Gözlərimdə gözəllərin gözəli, 
Təkcə sənsən, təkcə sənsən, təkcə sən. 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə