Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə31/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   27   28   29   30   31   32   33   34   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
68 
Folklor söyləyiciliyi canlı hadisədir, yəni bir material canlı deyildiyi zaman folklordur. Yazı-
ya alındığı zaman xeyli şey itirir. Xüsusən mətnin konteksti, yəni onun harada, nə zaman və hansı 
məqsədlə deyilməsi qeydə alınmazsa, o, bəzi hallarda tam anlaşılmır, bir az kəskin söyləsək, folk-
lorluqdan çıxır.  
2012-ci ildə Şamaxı rayonunda yaşayan tatlardan folklor toplayarkən də belə bir halla qarşı-
laşdıq.  Şamaxı rayonunun Məlhəm kəndində yaşayan 65 yaşlı Poladəliyeva Zəhra Xanlar qızı  və 
oğlu Poladəliyev Qorxmaz bizə xeyli folklor nümunəsi, həmçinin bayatılar söylədilər. Onlar bizim 
xahişimizdən sonra həmin folklor mətnlərini tat dilində də dedilər. Sıra bayatılara çatanda isə “Ba-
yatının tatcası olmur ki. O elə Azərbaycan dilində olur”, – deyə məsələyə yekun vurdular
22
.  
Azərbaycan dilində deyilən bayatılarla yanaşı, azsaylı xalqların öz dillərində söylənən bayatılar-
la məhdud sayda da olsa, rastlaşırıq. Daha dəqiqini söyləsək, avarlardan da dambırla
23
 ifa olunan za-
man oxunan bir neçə hayla nümunəsi qeydə ala bildik. 2015-ci ilin iyul ayında Zaqatala şəhərində 
dambırçı  Məhəmmədlə görüşdük. Milliyyətcə avar olan Mamedov Mamed (Məhəmməd) Mikayıl 
oğlu 1962-ci ildə Zaqatala rayonun Dardoqqaz kəndində doğulub. Dambırçı Məhəmməd gözəl dam-
bır çalmağı bacarır, olduqca ürəyə yatımlı səsi var. Canlı xarakteri oxuduğu haylalarda da özünü gös-
tərir. Məhəmməd dayının oxuduğu haylaların böyük əksəriyyəti Azərbaycan dilində idi. Əvvəlcə bizə 
hayla ilə “xoş gəldin” deyən Məhəmməd dayı hamımızın ümumi vətəni olan Azərbaycanı mədh etdi:  
 
Kim gəlibdi, xoş gəlib, 
Bu yerlərə xoş gəlib. 
Bizim bu Ləman xanım 
Zaqatalaya xoş gəlib. 
 
Şöhrətim, şanım mənim, 
Vətənim, canım mənim. 
Gözəlliklər məskəni 
Azərbaycanım mənim. 
 
Sərvətimiz var bizim
Qüdrətimiz var bizim. 
Dövlətlərin içində 
Hörmətimiz var bizim. 
 
Vətənimin hər yanı, 
Məftun edər insanı. 
Cənnət görmək istəyən 
Gəzsin Azərbaycanı. 
 
Məhəmməd dayı haylaları ilə Zaqatala rayonunu vəsf etməyi də unutmadı. O, Zaqatalanın 
sözlə sanki rəsmini çəkdi: 
 
Ulduz dönüb Ay olmaz, 
Yaz keçməsə, yay olmaz. 
Bütün dünyanı gəzsən  
Zaqatalaya tay olmaz. 
 
Bir tərəfi Tala çay, 
Bir tərəfi Katex çay. 
Olarmı heç sənə tay, 
Oy mənim Zaqatalam. 
                                                            
22
19-20 may 2016-cı ildə Zaqatala şəhərində keçirilmiş “Azərbaycan folkloru və mədəni müxtəliflik” adlı Beynəlxalq 
Elmi-Praktiki Konfransda bu mövzuda etdiyimiz çıxışı dinləyən azsaylı xalqların nümayəndələri də evlərindəki yaşlı 
qadınların bayatıları məhz Azərbaycan dilində söylədiklərinin şahidi olduqlarını söyləməklə fikirlərimizə dəstək verdilər. 
23
Balakən-Zaqatala bölgəsində tənbur dambır adlandırıldığı üçün biz də bu sözü belə verməyi məqsədəuyğun saydıq.
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
69 
Heç olarmı sənə tay, 
Oy mənim Zaqatalam. 
 
Uca, qarlı dağların, 
Bol məhsullu bağların. 
Mehriban insanların 
Var sənin, Zaqatala. 
 
Qınamayın siz məni
Eşidin bu kəlməmi. 
Hər kəsə öz vətəni, 
Mənimçün Zaqatala. 
Hər kəsə öz vətəni, 
Bizimçün Azərbaycan. 
 
Dambırçı Məhəmməd avar məclislərinə getdiyi zaman Azərbaycan dili ilə yanaşı, avar dilində 
də oxumağa çalışır. Özünün də etiraf etdiyi kimi, bəzən kitablarda çap olunmuş bayatıları da avar 
dilinə çevirib oxuyur. Hətta “Ana” adlı şeiri də avar dilinə çevirib avarların çox olduqları məclislər-
də səsləndirir. Məhəmməd dayı haylaları hətta rus dilinə çevirərək Belorusiyada keçirilmiş tədbirdə 
səsləndirib. Məhəmməd dayı gülə-gülə dedi ki: “Düşündüm ki, hindi mən tutax ki, azərbaycanca, 
avarca oxudum. Bunnar mənim oxuduxlarımnan nə qanacaxlar. Samalyotdaca bir-iki haylanı rus di-
linə çevirdim. Bizə bələdçilik eliyən Qalinaya dedim ki, hindi mən rus dilində bir şeyir yazmışam, 
qulax as, əyər səhvlik varsa, sən də ora-burasını düzəlt”. Dambırçı Məhəmmədin dediyinə görə, o 
gün nəticədə aşağıdakı haylalar meydana çıxıb: 
 
Asalamaleykum Belorusiya, 
Privet vam iz Azerbaydjana. 
İspasibo vam za tyoplıye priyom, 
Ot radosti mı dlya vam pesni payom. 
 
Belorusiya qoroda krasivıe, 
Lyudi qosti priyomnıye, dobrıye. 
Eti mı ne zabudem nikoqda, 
Vspominat budem mı vas vseqda. 
 
Gözəl ziyalımız,  şimal bölgəsinin təəssübkeş insanı olan Əli Süleymanovun milli azlıqların 
folklorundan bəhs edən “Babaların hikmət xəzinəsi” adlı kitabına da saxur və ingiloy dillərində de-
yilmiş bir neçə bayatı nümunəsi salınmışdır. Bu, olduqca təqdirəlayiq haldır. Akademik Maarın gö-
zəl bir sözü var: “Folkloru toplamaq özü ən böyük elmdir”. Bu baxımdan Əli müəllim gözəl bir işlə 
məşğul olur. İxtisasca folklorşünas olmasa da, bu qədər folklor nümunəsini itib-batmaqdan xilas et-
diyi üçün Əli müəllimi cəfakeş bir insan da adlandırmaq olar. Bu kitaba salınmış folklor materialı-
nın əsas hissəsini də bayatılar təşkil edir. Ancaq kitabı oxuduğumuz zaman ciddi bir qüsurla da rast-
laşdıq.  Əli müəllim bölgədən topladığı bayatı nümunələrini yanlış başlıqlar altında nəşr etdirib: 
“Azərbaycan dilində avar folkloru nümunələri” [3, s.46-64], “Azərbaycan dilində saxur folkloru nü-
munələri” [3, s.133-165]. Bu kitaba Azərbaycanın bütün bölgələrində məşhur olan bayatı nümunə-
ləri də salınaraq bunlar avarların, yaxud da saxurların Azərbaycan dilində yaratdıqları folklor nümu-
nələri kimi təqdim olunur. Onlardan bir neçəsini burada misal gətirmək istəyirik: 
 
Qaradır qaşın, ördək, 
Yaşıldır başın, ördək. 
Həmişə cüt gəzərdin, 
Hanı yoldaşın, ördək? 
 
Bu bayatının Ahısqa türklərindəki variantı belədir: 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə