Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə39/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   35   36   37   38   39   40   41   42   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
85 
Beləliklə, Xınalıq kəndinin folklorunu ümumazərbaycan folkloru kontekstində araşdırmağın 
vacib olduğu qənaətinə gəldik. Bu yerdə vurğulamaq yerinə düşər ki, müasirləşmə başlayana qədər 
folklor insan həyatının əsas tərkib hissəsi olmuşdur. Xınalıq kəndi qədim adət-ənənələrin, folklor 
düsüncələrinin arxaik formada təzahürünü qoruyub saxlamışdır. Sanki yuxarıda bəhs etdiyimiz 
müasirləşmə başlayana qədər olan bir dövrün siması Xınalıq folklor nümunələri sayəsində günümü-
zədək gəlib çatmışdır. 
Dunyanın ən yüksək (dəniz səviyyəsindən 2350 m. yuksək) yaşayış məskənlərindən sayılan 
Xınalığın folkloru arxaik inanc və görüşləri ilə qəbilə-tayfa dovrundə mövcüd olmuş etiqadlara çox 
yaxındır. Hətta bəzi alimlər bu yaxınlara qədər Xınalıqda ibtidai icma quruluşunun mövcud olduğu-
nu yazıblar (6, 27). Şəhər sivilizasiyasından uzaq düşülüb, əsas səbəblərdən biri budursa, ikinci sə-
bəb adət-ənənəyə sadiqlik, onun nəsildən-nəslə ötürülməsinə böyük vəchlə xidmət etmək, dili qoru-
maq (hansi ki, oxşarı yoxdur, unikaldır) və assimilyasiyaya uğramamaq üçün canfəşanlıqla çalış-
maqdır. Bu, müsbət haldır. 
Ona görə də həyata keçirilən multikulturalizm siyasəti əsas hədəflərdən biri kimi Xınalıq və 
xınalıqlılara da şamil edilməlidir. Çünki Xınalıq təkcə Azərbaycan tarixində deyil, həmçinin bəşər 
tarixində ən zəngin və qədim etnoqrafik yasayış məntəqələrindən biri hesab olunur. Xınalıqlılar isə 
çox dəyərli folklor mətnlərinə sahib olduqları üçün onlarla laqeyd davranılmamalıdır. Düşünürük 
ki, kəndin dili kimi, onun ağız ədəbiyyatı da bənzərsiz və özünəməxsusdur. Böyük güc sərf edərək 
tədqiqatları davam etdirmək mütləqdir. Və bu bölgənin folklorunun araşdırılması zamanı ənənəvip-
lan dəyişdirilərək artıq yeni biçimdə tərtib olunmalıdır; orijinallıq bunu tələb edir. Unutmayaq ki, 
Xınalıq folklorunda mifoloji dünyagörüşü hakimdir. Qədim, lakin az öyrənilmiş tarixə sahib xına-
lıqlıların bu istiqamətdə araşdırmaya cəlb olunması çox əhəmiyyətlidir. Çunki mifologiya ilə bağlı 
hər bir inamı araşdırmaq paralel olaraq xalqın tarixini öyrənmək deməkdir (5, 147). 
Xınalıq folklorunu mükəmməl, geniş şəkildə toplayıb tərtib etmək və onu nəinki Azərbaycan, 
həmçinin digər dünya xalqlarının  şifahi  ədəbiyyat nümunələri ilə müqayisəli  şəkildə öyrənmək 
böyük təşəbbüs və nailiyyət olardı. 
 
 
Xülasə 
 
Məqalədə Quba rayonu ərazisində yerləşən Xınalıq kəndinin folkloru araşdırılır. Və bu kəndin ilk dəfə 
araşdırmaya cəlb olunduğu bildirilir. Folklorumuzun az öyrənilmiş bölgələrindən sayılan Xınalıq 
folklorunun primitiv inanc və görüşləri ilə qəbilə-tayfa dövründə mövcud olmuş etiqadlara çox yaxın olduğu 
vurğulanır. Azərbaycan folkloru tarixində ilk dəfə olaraq Istar Meram adlı mifoloji varlığın adı çəkilir. 
 
Резюме 
 
В  статье  рассматривается  фольклор  Кубинского  региона  деревни  Хыналыг.  Исследования  в 
этой  области  проводятся  впервые.  Также  впервые  в  истории  Азербайджанского  фольклора 
упоминается  мифологическое  существо  по  имени  Истар  Мерам.  Следует  отметить,  что  фольклор 
Хыналыг очень близка к архаическим верованиям. 
 
Summary 
 
In the article the folklore of Khynalyg’s village which is included in the territory of Guba is 
investigated. It is also mentioned that this problem is studied for the first time. The Khynalyg’s folklore 
which is considered has been learned a little, it is mentioned, it looks like to old beliefs with primitive 
outlook. It is spoken about the mythological creature which called Istar Meram in the history of Azerbaijan’s 
folklore for the first time. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
86 
Ədəbiyyat: 
 
1.M.H.Təhmasib. “Seçilmiş əsərləri”, I cild, Bakı, 2010 
2.M.Paşayeva. ”Azərbaycanın qədim diyarı Xınalıq”. Bakı, 2006 
3.R.Alxas. “ Xınalıq və Xınalıqlılar”. Bakı, 2003 
4.Г.А.Гейбуллаев. «К этногенезу Азербайджанцев». Bakı, 1991 
5.M.Seyidov. “Azərbaycan xalqının soykökünü düşünərkən”. Bakı, 1989 
6.G.Məmmədyarova, Mehmandarova. “Xınalıq, Xınalıq, Xınalıq”. “Qobustan” jurnalı, Bakı,1993 
7.T. Bünyadov. “Əfsanələr diyarı”. “Azərbaycan” jurnalı. Bakı, 1997, № 1,2 
8.“Dağların xınalı gəlini”. “Azadlıq” qəzetinin xüsusi jurnalist qrupu. 2010, № 2032 
9.R. Alxas. “Xınalıqlı Əhməd Əfəndi”. “Quba” qəzeti,1995, №44 
10.C.Musayev. “Diplomatik psixologiya”. Bakı, 2001 
11.“Əsatirlər, əfsanə və rəvayətlər”. Tərtib edənlər: A.Acaloğlu, C.Bəydili. Bakı, 2005 
12.X.Məmmədova. “Quba pirləri: funksional təsnifat və inanc sistemi”. “Dədə Qorqud ” jurnalı. Bakı, 
2010, № 2 
13.az.m.wikipedia.org 
14.R. Alxas. “Xınalıqlı Seyidqələm baba”. Bakı, 2001 
15.“Bilqamıs” dastanı, Bakı, 1999 
16.“Azərbaycan dilinin izahlı lügəti”, II cild, Bakı, 2006 
 17. Məhsəti İsmayıl. “Naxçıvan əfsanələri”, Bakı, 2008  
18. 2350m hight village; Xınalıq/Azerbaijan (gullnarr.wordpress.com) 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
87 
Hacı Abdulla  
AMEA Tarix İnstitutu, dissertant, 
Azərbaycan Respublikası Prezidenti yanında  
Bilik Fondunun sektor müdiri 
Azərbaycan, Bakı 
 
 “KİTABİ-DƏDƏ QORQUD”DA MULTİKULTURALİZMİN İZLƏRİ 
 
Açar sözlər: multikulturalizm, etnik, Dədə Qorqud, oğuz, epos 
Ключевые слова: мультикультурализм, этнический, Деде Коркут, огуз, эпос 
Key words: multiculturalism, ethnicity, Dede Korkut, Oghuz, epos 
 
İngilis dilində “çoxlu mədəniyyətlər” mənası verən multikulturalizm insanların sosial-mədəni 
davranışlarının, mənəvi–psixoloji dəyərlərinin toplusudur, fərqli dildə danışan, digər dinə, özünə-
məxsus məişət, adət-ənənəyə malik etnik qrupların mədəni müxtəlifliklərinin qorunub saxlanması, 
inkişafı, qarşılıqlı hörmət münasibətlərinə əsaslanan birgəyaşayışıdır (1)
 
Azərbaycan xalqı əsrlər boyu məhz bu dəyərlərə malik, açıq cəmiyyət toplumu kimi tanınıb. 
Bunun  ən bariz nümunəsi hazırda ölkəmizin bütün guşələrində yaşayan, öz dil və dinlərini, etnik 
özəlliklərini qoruyub saxlayan milli azlıqların mövcudluğudur.  
Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçən ümummilli lider Hey-
dər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini 
inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, 
ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu, bununla ilk növbədə multikultura-
lizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün ol-
duğunu bütün dünyaya nümayiş etdirdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimiz-
dir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq" deyən ulu öndər, bütün 
sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Ulu öndərin rəhbərliyi ilə
nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd 
etdiyi kimi, "dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni 
hüquqlara malik"olmalarını təmin etməli idi. 
Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və 
cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturaliz-
min  əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd 
etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çı-
xarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan 
bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də "Azərbaycan onun ərazisində 
yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, 
avar da, kürd də, talış da, udi də, qumıq da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır" (2).  
Bu müdrik siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycan-
da “Multikulturalizm ili” elan etməsi beynəlxalq aləmin diqqətini çəkir, respublikaya göstərilən ma-
rağı artırır və müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının mümkün olduğunu açıq 
şəkildə bəyan edir. Burada Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorun-
masına göstərdiyi yüksək münasibət, dövlətin təməl siyasi prioritetlərinin uğurla davam etdirildiyini 
və multikulturalzmin alternativinin olmadığını göstərmiş olur. 
Azərbaycan insanının multikulturallığı xalqımızın ədəbi-bədii düşüncə müstəvisində də kifa-
yət qədər aydın görünür. Azərbaycanlıların ulu babası olan oğuz türklərinin qəhrəmanlıq dastanları 
sırasında ən önəmli yeri tutan ən qədim yazılı abidəmiz “Kitabi-Dədə Qorqud” dastanında maraqlı 
multikultural və tolerant əhvalın təsvirinə rast gəlirik. 
«Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, «Dədə Qorqud» o biri gözünə qoyul-
sa, yenə «Dədə Qorqud» ağır gələr” dəyərləndirməsi bu eposun milli-mənəvi, ədəbi-bədii, etik, es-
tetik düşüncəsindəki yerini düzgün dəyərləndirir. Bu eposda xalqımızın bütün mənəviyyatı, düşüncə 
tərzi əks olunub.  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə