Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə41/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   37   38   39   40   41   42   43   44   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
90 
Bunı  eşidicək qırq yigit ağlaşdılar. Qanturalı sağına baqdı, qırq yigidin ağlar gördi. Solına 
baqdı, eylə gördi. Aydır: “Hey, qırq eşüm, qırq yoldaşım, niyə ağlarsız? Quruluça qopuzum gətü-
rün, ögün məni!” - dedi.  
 
Burada qırq yigit Qanturalıyı ögmişlər. Görəlim, xanım, necə ögmişlər. Aydır: 
Sultanım Qanturalı, qalqubanı verindən durmadınmı?  
Yelisi qara Qazılıq atu binmədinmi  
Arqu mili Ala dağı avlayuban-quşlayuban?  
Babanın ağ-ban eşigində 
qaravaşlar inək sağar görmədinmi?  
“Buğa, buğa!” dedikləri 
qara inək buzağısı degilmidir? 
Apl ərənlər qırımından qayururdı. 
Oldur, Sarı donlu Selcan xatun köşkdən baqar 
Kimə baqsa, eşqiylə oda yaqar. 
 
... Məgər, xanım, təkür peşiman oldı. “Üç canavər öldür-digiçün bir qızcığazımı aldı-getdi”, - 
dedi. İçin qara donlı, gög dəmürli altı yüz kafır seçdi. Gecə-gündüz yortdılar. Nagahandan yetdilər. 
Qız hazır idi. Baqdı gördi, ilğar yetdi. Atın oynatdı, Qanturalının üzərinə gəldi. Soylamış, görəlim, 
xanımım, nə soylamış, aydır: 
 
Ğafil olma, qara başın qaldır, yigit!  
Ala qıyma görklü gözün açğıl, yigit! 
Qarularından ağ əllərin bağlanmadın, 
Ağ alnun qara yerə dəpilmədin, 
Ğafillə görklü başın kəsilmədin, 
Alca qanın yer yüzinə dökülmədin, 
Yağı yetdi, düşmən irdi,  
Nə yatursan, qalqğıl! 
Qab qayalar oynamadın,yer obruldı. 
Qarı bəglər ölmədin el boşaldı. 
Qurcuşuban-uğraşuban dağdan endi. 
Yasanuban üzərinə yağı yetdi. 
Yatacaq yermi buldun, yurtmı buldun, 
noldı sana? - deyü çağırdı. 
 
Qanturalı sərmərdi, oyandı; uru durdı. Aydır: “Nə söylərsən, görklüm?” - dedi. Aydır: “Yigi-
dim, üzərinə yağı gəldi. Oyarmaq bəndən, savaşuban hünər göstərmək səndən!” - dedi.  
Qanturalı gözin açdı, qapaqların qaldırdı. Gördi gəlin at üzərinde geyinmiş, sügüsi əlində. Yer 
öpdi. Aydır: “Amənna və səddəqna! Məqsudımız Haq Taala dərgahında hasil oldı” deyüb, arı sudan 
abdəst aldı. Ağ alnını yerə qodı. İki rikət namaz qıldı, atına bindi. Adı görklü Məhəmmədə salavat 
gətürdi. Qara donlı kafırə at saldı. Qarşu vardı. 
Selcan xatun at oynatdı. Qanturalının öninə keçdi. Qanturalı aydır: “Görklüm, qanda gedər-
sən?” - dedi. Aydır: “Bəg yigit, baş əsən olsa, börk bulunmazmı olur? Bu gələn kafir çoq kafırdir. 
Savaşalım, dögüşəlim: ölənimiz ölsün, diri qalanımız odaya gəlsün!” - dedi. Burada Selcan xatun at 
saldı, qırımın basdı. Qaçanın qovmadı. “Aman” deyəni öldürmədi. Eylə sandı ki, yağı basıldı. Qılı-
cının balçağı qan odaya gəldi. Qanturalıyı bulımadı” (5).
 
Göründüyü kimi, 1500 ilin o üzündə bizim əcdadımız olan oğuzlar əbədi dost, sevgili, ya düş-
məni onun dili, dininə yox, insanlığına-sədaqətinə, xeyirxahlıq və  mərifətinə,  əxlaqına görə seçib 
dəyərləndiriblər. 
Azərbaycan xalqı əsrlərin o üzündən gələn bu düşüncə tərzinə yenə də sadiqdir, indi də bu ən-
ənəni yaşadır. Bunun ən bariz nümunəsi Zaqatala rayonudur, burada 20-dək fərqli etnik mənsubiy-
yəti olan toplumun yaşamasıdır, öz mövcudluğunu, dilini, adət-ənənələrini qoruyub saxlamasıdır. 
Etnik fərqliliklərə baxmayaraq, onlar müstəqil Azərbaycanı özlərinə doğma, əziz Vətən bilir, bu öl-
kənin bərabərhüquqlu vətəndaşı sayırlar. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
91 
Xülasə 
 
Azərbaycan xalqı əsrlər boyu fərqli dil və dinə, müxtəlif etnik qrupa mənsub insanlara, topluluqlara 
hər zaman tolerant münasibət göstərib, açıq olub, bu dəyərləri qoruyub-saxlayıb.  
Multikultural düşüncə tərzi Azərbaycan türklərinin – oğuzların “Ana kitabı” olan “Kitabi-Dədə Qor-
qud” dastanlarında da aydın görünür. Eposun “Qanlı Qoca oğlu Qanturalı” və ”Baybörənin oğlu Bamsı Bey-
rək boyu”nda oğuz igidləri xristian qızlarına könül verirlər. Onlar üçün dini, milli mənsubiyyət əhəmiyyət 
kəsb etmir, insanı dəyərlər əsas amildir. 
Dastanın bütün ruhuna humanizm, tolerantlıq ideyaları hakimdir.  
 
Резюме 
 
Азербайджанский народ на протяжении веков всегда имел толерантное, открытое отношение к 
людям, принадлежащим к различному языку, религии, этнической группе, компактности к ним и сох-
ранил эти ценности.  
Мультикультуральный  образ  мышления  отчетливо  показывается  и  в  «Главной  книге»  азер-
байджанских тюрков – эпосе «Китаби-Деде Коркут». В сказаниях эпоса под названиями «Сын Крова-
вого Старика Гантуралы» и «Сын Бейбуры Бамсы Бейрек» огузские герои влюбляются в христиан-
ских девушек. Религиозная, национальная принадлежность для них не имеет никакого значения и че-
ловеческие ценности являются главными факторами. 
Весь дух эпоса обладает гуманными, толерантными идеями. 
 
Summary 
 
Azerbaijan people always showed a tolerant attitude to various language and religious, to peoples 
belonging to various ethnic group, societies and reserved these values. The multicultural thinking is seem 
clearly in the “The Book of Dede Gorgud”, in the “Mother’s Book” of Oghuz. In the songs of “Ganli 
Gojaoglu Ganturali” and “Bamsi Beyrak-the son of Bayboran” the Oghuz braves fell in love to Christian 
girls. The religious, national belonging doesn’t play an important role for them, the human values are factors. 
The humanism, tolerance ideas dominate in the spirit of the epic. 
 
Ədəbiyyat
 
1.Multikulturalizm Azərbaycanın həyat tərzidir, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
Nazirliyi, Azərbaycan Milli Kitabxanasının nəşri, Bakı-2016, s.60 
2.Kamal Abdullayev, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir, “Azərbaycan” 
qəzeti, 23 iyul 2014 
3.“Kitabi-Dədə-Qorqud” məqalələr toplusu, Bakı, Elm, 1999, s 75-82 
4.Yeganə  İsmayılova, “Kitabi-Dədə Qorqud” eposu şifahi, qədim, orta və müasir Azərbaycan 
ədəbiyyatında, Bakı, Universitet nəşriyyatı, 2013, s.226 
 5.“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, Bakı, BBMM-2016, s 288 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə